XƏBƏRLƏR




- 1/5/2018 “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən maarifləndirmə tədbirlərinə başlanılır
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President of UDPO participaded in the 4th Zero Project Conference 2015
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
“Ailə” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən
maarifləndirmə tədbirlərinə başlanılır
“Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığına qarşı mübarizə sahəsində ictimai fəallığın təşviqi” adlı layihə həyata keçirəcəkdir.
Layihənin məqsədi regionlarda məişət zorakılığının, erkən nikah hallarının aradan qaldırılması üçün, müvafiq dövlət orqanlarının, hüquq mühafizə orqanlarının, hər bir rayonda fəaliyyət göstərən məişət zorakılığı üzrə işçi qrupunun nümayəndələrinin, bələdiyyələrin, qadınların, gənclərin, ziyalıların, ağsaqqalların iştirakı ilə maarifləndirmə tədbirləri təşkil etmək, insanların bu məsələlərə ictimai qınağının formalaşdırılması üçün onların fəallığını artırmaq, mövcud problemləri öyrənmək və müvafiq qurumlara təklif və tövsiyələri təqdim etməkdən ibarətdir.
Layihənin icrası məqsədilə Zərdab, Ağcabədi, Bərdə və Tərtər rayonlarında qadınlar, kişilər, gənclər və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə hər rayon üzrə maarifləndirmə tədbirləri keçiriləcəkdir.
Tədbirlərdə ekspert tərəfindən iştirakçılara məişət zorakılığı, onun əsas səbəb və nəticələri, həmçinin, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu, bu qanuna müvafiq olaraq qəbul edilmiş Nazirlər Kabinetinin Qərarları, ailə münaqişəsi zəminində qadınlara və uşaqlara qarşı törədilmiş cinayətlərin rəsmi statistikası, erkən nikahların baş vermə səbəbləri və fəsadları, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitənin Azərbaycan Hökumətinə təqdim etdiyi son tövsiyələri barədə məlumat veriləcəkdir.
Eyni zamanda, müvafiq qurumların nümayəndələri mövzu üzrə çıxışlar edəcək və rayon üzrə mövcud vəziyyətlə bağlı müzakirələr aparılacaqdır.
Layihənin yekununda təklif və tövsiyələr hazırlanaraq aidiyyatı qurumlara təqdim ediləcəkdir.
Mətbuat xidməti
Bu xəbər 887 dəfə oxunub