21 Sentyabr 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
6/4/2018 “AİTF 2018” - əlilliyi olan şəxslərin sərgisi


Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisində ilk dəfə sağlamlıq imkanları məhdud gənclərin əl işləri də nümayiş olunur

 
Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” (“AİTF 2018”) sərgisi öz işinə başlayıb. Üç gün davam edəcək sərgidə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində gənclər tərəfindən hazırlanmış əl işləri də nümayiş olunur.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İteca Caspian” və tərəfdaşı – “İTE Group” (Böyük Britaniya) şirkətlərinin təşkilatçılığı ilə keçirilən Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biridir. “Bütün dünya – bir sərgi” şüarı altında keçirilən, 20-yə yaxın ölkədən 277 şirkətin iştirak etdiyi, “AİTF 2018” sərgisi də regionun turizm imkanlarını yaxından təqdim etməyə imkan verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsünə əsasən, bu dəfəki sərgidə 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində gənclərin tətbiqi sənət növləri, o cümlədən rəssamlıq, ağac üzərində oyma, xalçaçılıq, toxuma, bədii tikmə və s. növlərdə hazırladıqları əl işlərinə də yer ayrılıb.
Beləliklə, sərgidə sağlamlıq imkanları məhdud 45 nəfər gəncin 62 mövzuda 110 əl işi nümayiş olunur. Həmin tətbiqi sənət nümunələrindən bir çoxunun müəllifləri də sərgidə iştirak edir. Təqdim olunan əl işlərində ölkəmizin əsrarəngiz təbiəti, xalqımızın nəcib adət-ənənələri, milli-mənəvi dəyərlərimiz, habelə əl işlərinin müəllifləri olan sağlamlıq imkanları məhdud gənclərin həyata nikbin baxışları və s. əksini tapır.
Ölkəmizdə əlilliyi olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində aparılan işlərin bir istiqaməti də bu təbəqədən olan insanların istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə tanıdılması, onların yaradıcılıq potensiallarının dəstəklənməsi məqsədinə yönəlib. Bu istiqamətdə ardıcıl tədbirlər, sərgilər, baxış-müsabiqələr təşkil olunur. “AİTF 2018” sərgisində sağlamlıq imkanları məhdud gənclərin əl işlərinin təqdim olunmasına şərait yaradılması da bu məqsədlə aparılan işlərin davamıdır. Sərgidə gənclərin müxtəlif mövzularda hazırladıqları tətbiqi sənət nümunələri sərgi iştirakçıları, o cümlədən ayrı-ayrı ölkələrdən gəlmiş qonaqlar tərəfindən maraqla qarşılanır.
Artıq dörd ildən çoxdur ki, fəaliyyət göstərən 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində bu vaxta qədər 1400 nəfərdən çox gənc müxtəlif peşələr, habelə tətbiqi sənət növləri üzrə kurslara cəlb olunub.
 
  
  
 
 
Davud Rəhimli
 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1529 dəfə oxunub




Flag Counter






» 19/9/2020- “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib

» 18/9/2020- Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı

» 17/9/2020- Nazir Sahil Babayev özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış kiçik müəssisələrə baxış keçirdi

» 16/9/2020- UNEC tələbəsi Birləşmiş Krallığın dəstəyilə "British Council" tərəfindən keçirilən "Creative Spark" müsabiqəsində dünya çempionu olub.

» 16/9/2020- "Əlilliyi olan aztəminatlı ailələrə sosial dəstək"

» 15/9/2020- Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açıldı

» 14/9/2020- “Qəhrəmanlarımız qürur mənbəyimizdir”

» 10/9/2020- Yenə standartlara uyğun olmayan ramp, əlilliyi olan şəxslərə qarşı laqeydlik, yanlış məlumat.

» 10/9/2020- Ağstafada 16 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlərlə təmin olundu

» 9/9/2020- Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verildi

» 8/9/2020- Qaradağ, Xətai, Binəqədi, Nərimanov, Saatlı, Sabirabad, Şuşa və Zəngilan rayonları üzrə xüsusi və güzəştli şərtlərlə pensiya təyin olunanların nəzərinə

» 5/9/2020- Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə bu dəfə həndbol üzrə inkluziv idman yarışları keçirildi

» 4/9/2020- AR Milli Məclisinin İnsan Hüquqları Komitəsi tərəfindən insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərlə birgə video-konfrans keçirmişdir.

» 3/9/2020- Əlilliyi olan uşaqların qatıldığı inkluziv idman yarışları təşkil edilib

» 2/9/2020- Bakıda Mərdəkan-Buzovna-Bilgəh magistral yolunda yeni piyada körpüsü istifadəyə verilib.

» 1/9/2020- “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi hüquqi yardımların göstərilməsi layihəsinin icrasına başladı

» 1/9/2020- Sosial-psixoloji reabilitasiya xidmətləri təkmilləşdirilir

» 31/8/2020- Daha 155 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq verilib

» 28/8/2020- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 27 avqust tarixli 309 nömrəli Qərarı ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın “I. Evdə təhsil almaq hüququ verən xəstəliklərin Siyahısı” bölməsi yeni redaksiyada təsdiq edilmişdir.

» 28/8/2020- “Benefisiar sahibliyin açıqlanması”