24 Mart 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
12/2/2018 “İnklüziv ali təhsil: beynəlxalq trendlər və UNEC təcrübəsi”


“İnklüziv təhsildə UNEC modelinin uğurlu olacağına əminəm”

12 FEVRAL 2018 | OXUNUB: 

503

 

Fevralın 12-də Azərbaycan Dövlət İqtisad Universitetində “İnklüziv ali təhsil: beynəlxalq trendlər və UNEC təcrübəsi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

UNEC-in rektoru, professor Ədalət Muradov “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın qəbul olunmasına diqqət çəkərək, sənəddə əlilliyi olan şəxslərin təhsil hüququnun təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin edilməsi, onların təhsili üçün maneəsiz mühitin yaradılması və bütün dünyada aktual olan inklüziv təhsil vasitəsi ilə cəmiyyətə inteqrasiyasını təmin edən bütün amillərin nəzərə alındığını bildirib.

Rektor UNEC-də inklüziv təhsil sahəsində görülən işlərdən bəhs edərək, 2015-ci ildən universitetdə Əlilliyi olan tələbələr üçün mərkəzin fəaliyyət göstərdiyini deyib. O, Azərbaycanda inklüziv ali təhsildə ikili diplom proqramının ilk dəfə UNEC ilə Moskva Dövlət Humanitar İqtisad Universiteti arasında həyata keçirildiyini qeyd edib. UNEC-də 26 fiziki məhdudiyyətli tələbənin təhsil aldığına diqqət çəkən Ə.Muradov, onlara universitetin ictimai və sosial həyatında da fəal iştirak etmələri üçün hər cür şəraitin yaradıldığını vurğulayıb. Rektor ötən il beynəlxalq reytinqlərdə dünyanın ən “yaşıl” 619 universitetindən biri seçilən  UNEC-in inklüziv təhsil sahəsində də dünyanın ən yaxşı universitetləri ilə bir sırada dayanacağına əminliyini ifadə edib.

Çıxışına “inklüziv təhsil dedikdə ağla ilk gələn orta məktəblər olurdusa, ilk dəfə ali təhsil məkanında əlillərə doğru addım atan UNEC bu stereotipi dağıtdı” sözləri başlayan Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli UNEC-in Əlilliyi olan tələbələr üçün mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib. H.Rəcəbli ölkədə təhsilin inkişafı üzrə Dövlət Strategiyasından irəli gələn xüsusi qayğıya ehtiyacı olan insanlar üçün inklüziv təhsil modelinin yaradılması ilə bağlı dövlətin həyata keçirdiyi islahatlardan danışaraq, bu sahədə ardıcıl işlər aparıldığını diqqətə çatdırıb. Bu gün Azərbaycanda bu sahədə müəyyən təcrübə əldə olunduğunu deyən komitə sədri, bununla bağlı hüquqi bazanın yaradıldığını və qanunlarda bu məsələnin təsbit edildiyini bildirib.

Dünya Əngəllilər Vəqfinin (WDU) vitse-prezidenti Necdet Öztürk dünya əhalisinin 15 faizinin fiziki məhdudiyyətli olduğunu diqqətə çatdıraraq, onların təhsil hüququnun qorunmasının vacibliyini qeyd edib. İnklüziv təhsilin xüsusiyyətlərindən danışan N.Öztürk bu sahədə dünyanın qabaqcıl universitetlərinin təcrübəsindən faydalanmağı tövsiyə edib, beynəlxalq standartları açıqlayıb. O, inklüziv təhsildə UNEC modelinin çox uğurlu olacağına əminliyini ifadə edib.

Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasında ali təhsilin olmasını vacib şərtlərdən biri kimi qiymətləndirən Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli bu istiqamətdə universitetlərin üzərinə böyük məsulliyyət düşdüyünü qeyd edib. O, inklüziv təhsildə problemlərin aradan qaldırılması ilə bağlı layihələrin həyata keçirildiyinə diqqət çəkərək, UNEC də daxil olmaqla, ölkənin 6 ali təhsil müəssisəsində beynəlxalq təcrübəyə əsaslanan mərkəzlərin yaradıldığını vurğulayıb.

Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri, Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə müşaviri Müqalib Mahmudov Azərbaycan əhalisinin 6 faizinin əlil olduğunu bildirərək, bunun MDB məkanında ən aşağı göstərici olduğunu diqqətə çatdırıb. UAE Zayed Sosial Müdafiə Milli təşkilatının tədris sektorunun baş təlimçiləri Şaron Keqan və Tina merk inklüziv təhsil sahəsində öz təcrübələrini paylaşıblar. UNEC-in Əlilliyi olan tələbələr üçün mərkəzinin koordinatoru Sevinc Məhsimova mərkəzin fəaliyyətindən danışıb.

Konfrans çərçivəsində UNEC ilə Azərbaycan Əlil Təşkilatları İttifaqı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənəddə UNEC-də əlilliyi olan şəxslərin abilitasiya və reabilitasiyası məqsədi ilə birgə effektiv pedaqoji prosedurların hazırlanması nəzərdə tutulub. Eyni zamanda birgə layihə, konfrans, seminar, təlimlərin təşkil edilməsi və digər məsələlər əks olunub.

Üç gün davam edəcək konfransda xarici və yerli mütəxəssislərin inklüziv ali təhsilin bütün istiqamətləri üzrə təlimləri təşkil ediləcək.

Konfrans UNEC, Dünya Əngəllilər Vəqfi (WDU), Azərbaycan Əlil Təşkilatları İttifaqı və Müstəqil Həyat İnkişaf və Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2599 dəfə oxunub




Flag Counter






» 07/3/2023- Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 8/3/2023- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.

» 8/3/2023- USAID-in Azərbaycan üzrə missiyasının rəhbəri Maykl Nirbas 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib

» 8/3/2023- Avropa İttifaqının səfiri: Qadın böyük qüvvədir

» 7/3/2023- Təbrik edirik!

» 6/3/2023- Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 3/3/2023- QHT Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edir

» 1/3/2023- Füzuli Mərkəzi Parkında inklüzivliyin təmin olunması müzakirə olunub

» 28/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/02/2023- UNDP Azərbaycan

» 25/2/2023- Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar şəhid Murad Məmmədovun əl işlərindən ibarət sərgi keçirilib

» 25/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/2/2023- Dünya Bankının insan inkişafı üzrə regional direktoru Fadia Saadahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub

» 23/2/2023- Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

» 22/2/2023- Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

» 22/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/2/2023- “Qarabağ Duyğularımın Rəngi ilə” adlı sərgi keçirilib

» 21/2/2023- “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib

» 20/2/2023- Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilib

» 17/2/2023- Agentlik Kiçik Qrant məbləğində dəyişiklik etdi