17 Aprel 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
09/2/2018 Diabetə birlikdə qalib gələk


09.02.18-ci il tarixində ADL-in "Diabetə birlikdə qalib gələk !"adlı tədbiri baş tutdu. Tədbir zamanı ADL-in sədri Yeganə Sultanova eyni adlı təqdimatla çıxış edərək şəkərli diabetin ailə, cəmiyyət və dövlətlər üçün mənəvi və iqtisadi təhlükəli xəstəlik olduğunu və onunla mübarizə üçün dünya səhiyyəsinin və ictimaiyyətinin birlikdə fəaliyyət göstərməsinin vacibliyini söylədi. Təqdimatda azərbaycanda bu sahədə görülən işlər və ictimai birlik kimi ADL-in fəaliyyəti haqqında danışıldı. Azərbaycan Diabet Liqası 2017-ci ildən Beynəlxalq Diabet Federasiyasının üzvü seçilərək öz fəaliyyətinin yeni mərhələsinə addım atdı. ADL idarə heyətinin 2017-ci il üçün son, dekabr iclasında "DİABETƏ BİRLİKDƏ QALİB GƏLƏK" adlı mükafat təsis etdi. Bu mükafat hər il diabetli insanların həyat keyfiyyətinin yüksəlməsində rolu olan, ADL-in fəaliyyətində ona dəstək duran qurumlara, ayri-ayri şəxslərə təqdim edilməsi nəzərdə tutulub. Mükafatlar hər dəfə müxtəlif naminasiyalar üzrə təqdim ediləcək. İlk nominasiya dövlət qurumları və şəxsləri üçün nəzərdə tutulmuşdur. İlk təşəkkür və mükafat Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyəti Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoş məramlı səfiri birinci xanım Mehriban Əliyevaya verildi,
Digər mükafatlar Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili, prof. Elmira xanım Süleymanovaya, Ailə, qadın, uşaq problemləri üzrə dövlət komitəsinə, Gənclər və İdman Nazirliyinə, İctimai Səhiyyə və İslahatlar Mərkəzinə, Milli məclisin deputatı, Əmək və Sosial siyasət komitəsinin sədri, prof. Hadi Rəcəbliyə və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli məclisin deputatı Azay Quliyevə təltif edildi.
Tədbirdə Milli məclisin deputatları, həkim endokrinoloqlar, Səhiyyə Nazirliyinin nümayəndələri, beynəlxalq və yerli QHT rəhbərləri və üzvləri, farmokoloji şirkətlərin rəhbərləri, KİV-lərin nümayəndələri, ADL-in üzvləri iştirak edirdilər. 
P.S. Bütün fotoları fb qoymaqda məqsəd öz istədiyiniz fotoları seçib götürə bilməyiniz üçündür.

Davud Rəhimli



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1605 dəfə oxunub




Flag Counter






» 12/4/2021- Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

» 10/4/2021- Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədilə onlayn sorğu keçirilir

» 10/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/4/2021- Yaralanmış hərbçilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsi davam edir

» 2/4/2021- Reabilitasiya vasitələri ilə təminat sisteminin təkmilləşdirilməsi sahəsində görüləcək işlərlə bağlı onlayn toplantı olub

» 31/3/2021- Dünya Bankı ilə sosial sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edildi

» 31/3/2021- 31 March is the day of Genocide of the Azerbaijanis

» 30/3/2021- Prezident İlham Əliyev Bakıda 4 saylı DOST Mərkəzinin açılışında iştirak edib.

» 30/3/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/3/2021- Bir qrup Azərbaycan ziyalısı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib.

» 20/3/2021- BAHAR BAYRAMINIZ, YENİ GÜNÜNÜZ, YENİ İLİNİZ MÜBARƏK!

» 17/3/2021- Əlilliyin qiymətləndirilməsi və təyin olunması meyyarları müzakirə olunmuşdur.

» 16/3/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/3/2021- Əlilliyi olan qadınlar və Qarabağ müharibəsi veteranları ilə bağlı birgə layihə yeni dəstək istiqamətləri əlavə edilməklə genişləndirilir

» 11/3/2021- Nazir Sahil Babayev İctimai şuranın yeni tərkibdə üzvləri ilə görüşüb

» 10/3/2021- Vətən müharibəsində yaralanmış qazilərin mühərrikli təkərli oturacaqla təminatına başlandı

» 7/3/2021- İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır

» 1/3/2021- Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər