08 Mart 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
22/12/2017 "Sosial hüquqlar və onun müdafiəsinin təkmilləşdirilməsi"


“Hüquq və İnkişaf” İctimai Birliyi
PRESS – RELİZ / 25.12.2017.

Hüquq və İnkişaf“ İctimai Birliyi Avropa İttifaqının maliyyə yardımı ilə BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində icra etdiyi "Azərbaycanda sosisal hüquqlar və onun müdafiəsinin təkmilləşdirilməsi" layihəsi üzrə Bakı şəhərində “Sosial hüquqlar və onun hüquqi müdafiəsi” mövzusunda Dəyirmi Masa keçirib. 
Dəyirmi Masanın açılışında çıxış edən layihə rəhbəri Gülşən Rzayeva BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsinin məqsədləri və bu çərçivəsində icra edilən daha 11 layihə haqqında ümumi məlumat verib. 
Sonra “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov “Sosial hüquqlar və onun hüquqi müdafiə mexanizmləri” mövzusunda çıxış edib və bu layihə çərçivəsində hazırlanan “Sosial hüquqlara dair qanunvericiliyin analizi və tövsiyələr” sənədini təqdim edib. H. Həsənov çıxışında hazırlanan sənədin əhatə etdiyi pensiya təminatı, ünvanlı dövlət sosial yardımı, sosial müavinələr, əlillərin sosial müdafiəsi, sosial xidmətlər, qaçqınlar və məcburi köçkünlər və icbari tibbi sığorta məsələləri üzrə prioritet hesab edilən tövsiyyələrlə tədbir iştirakçılarını geniş məlumatlandırıb.

Dəyirmi Masada məruzədən və təqdimatdan sonra müzakrələr aparılıb. Müzakirələrdə çıxış edən qeyri-hökumət təmsilçiləri və hüquqşünaslar - Bəşir Süleymanlı, Ruhəngiz Hüseynova, Abil Bayramov, Cəsarət Hüseynzadə, Əliməmməd Nuriyev, Ziya Quliyev, Davud Rəhimli, Mirəli Hüseynov, Zaur Əkbər və Nabat Qəniyeva, habelə. Dövlət Sosial Müdafiə Fondunun təmsilçisi Azəri Məmmədov məruzə və təqdim edilən sənədlə bağlı münasibətlərini bildirib və təkliflər irəli sürüblər.
Dəyirmi Masada qərara alınıb ki, verilən təkliflər nəzərə alınmaqla “Sosial hüquqlara dair qanunvericiliyin analizi və tövsiyələr” sənədi bir daha təmilləşdirilsin və müvafiq dövlət orqanlarına təqdim edilsin.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1755 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 7/3/2021- İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır

» 1/3/2021- Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

» 1/3/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər

» 1/3/2021- Nazir Sahil Babayev: “Yaralanmış, amputasiya olunmuş hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik”

» 27/2/2021- Əlilliyi olan şəxslər üçün videodərslər və məsləhətlər.

» 27/2/2021- Postmüharibə dövründə 13 minədək şəxs sosial dəstək tədbirləri ilə əhatə olunub

» 26/2/2021- Əlil Təşkilatları İttifaqının (ƏTİ) iclası

» 26/2/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/2/2021- Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib

» 25/2/2021- Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/2/2021- BNA yanında İctimai Şura yaradıldı

» 19/2/2021- Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur?

» 18/2/2021- Oriqam»i uşaq və yeniyetmələr ictimai birliyinin layihəsi

» 12/2/2021- DPİ

» 12/2/2021- “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını davam etdirir.

» 11/2/2021- Keçən il 212 min şəxsə elektron qaydada fərdi hesab açılıb

» 11/2/2021- COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib