22 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
6/11/2017 “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası” mövzusunda dəyirmi masa keçirilib


“Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası” mövzusunda dəyirmi masa keçirilib

 

   Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 330 nəfərdən çox uşaq daimi dövlət təminatında yaşayır. Heydər Əliyev Fondunun dəstəyi ilə müasir tələblərə uyğun şəraitin yaradıldığı həmin müəssisələrdə hər bir uşağa fərdi qaydada  yanaşılmaqla, onların dərk etmə, sosial və emosional bacarıqlarının inkişafı üçün sosial reabilitasiya yönümlü işlər də aparılır.  
   Bu fikir 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları günü ilə əlaqədar ölkəmizdə keçirilən uşaq hüquqları aylığı çərçivəsində  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı sosial xidmət müəssisəsində  təşkil edilmiş dəyirmi masada diqqətə çatdırılıb. “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası” mövzusuna həsr olunan tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun,  Fərdi İnkişaf Mərkəzinin “Etika Akademiyası”nın nümayəndələri, müəssisədəki bir çox uşaqların valideynləri iştirak edib. 
   Dəyirmi masada Azərbaycanda uşaqların fiziki və mənəvi inkişafı ilə bağlı aparılan fəal və məqsədyönlü dövlət siyasətindən bəhs olunub. Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi yönündə həyata keçirilən tədbirlər, bu uşaqların sağlamlıqlarının bərpası, onların sosial reabilitasiyası sahəsində görülən işlər diqqətə çatdırılıb. Qeyd olunub ki, bu ilin 10 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzində və Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində 3 min nəfərə qədər uşaq bərpa müalicəsi  xidmətləri ilə təmin edilib. Nazirliyin sosial sifarişləri əsasında icra olunan sosial xidmət layihələri çərçivəsində isə 4046 nəfər uşağa reabilitasiya yönümlü sosial xidmətlər göstərilir. 
   Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində, o cümlədən 153 nəfər uşağın yaşadığı 2 saylı sosial xidmət müəssisəsində aparılan işlər, eyni zamanda,  həmin uşaqların sosial reabilitasiyasına yönəlib. Müəssisədə uşaqlarda özünü idarə etmək üçün ilkin bacarıqların formalaşdırılması, davranış və ünsiyyət problemlərinin aradan qaldırılmasına köməklik göstərilməsi üçün sınanmış reabilitasiya metodları tətbiq olunur. 
   Tədbirdə sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, onların inteqrasiya imkanlarına yiyələnmələri üçün tətbiq olunan sosial reabilitasiya üsulları müzakirə olunub. Mütəxəssislər tərəfindən burada çalışan sosial xidmət işçilərinə sağlamlıq imkanları məhdud uşaqlarla iş sahəsində bilik və təcrübələrinin artırılması üçün maarifləndirici məlumatlar, eləcə də valideynlərə belə uşaqlarla davranışla bağlı müvafiq tövsiyələr verilib. Tədbir iştirakçıları sosial xidmət müəsissəsində uşaqlarla aparılan sosial reabilitasiya işləri ilə tanış olub, müəssisədə ad günü olan 3 nəfər uşaqla görüşərək, onlara hədiyyələr təqdim ediblər.

 

Davud Rəhimli



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1370 dəfə oxunub




Flag Counter






» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində