23 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
26/9/2017 Yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni portal


Yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni portal fəaliyyətə başladı

“Şahdağ” Xeyriyyə İctimai Birliyinin “Yol hərəkəti təhlükəsizliyi üzrə maarifləndirici portalın yaradılması” adlı layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 20 iyul 2017-ci ildən 20 oktyabr 2017-ci il tarixinə qədər müddəti əhatə edir.

Bu müddət ərzində maarifləndirmə işləri görülüb, əhali arasında sorğu keçirilib. Müxtəlif səpkili video və foto şəkillər “yoltehlukesizliyi.az” saytında yerləşdirilmişdir.

Bu günlərdə “yoltehlukesizliyi.az” saytının təqdimatı həyata keçirilib. Ümumiyyətlə, “Yol hərəkəti təhlükəsizliyi üzrə maarifləndirici portalın yaradılması” adlı layihənin təqdimat mərasimi həyata keçirilməsilə bərabər, təqdimat mərasiminin video çəkilişi və foto şəkilləri işlənib hazırlanmışdır.

Bu maarifləndirici saytın əhali arasında sosial şəbəkələrdə böyük əhəmiyyəti vardır.

İnsanlar yarana biləcək təhlükənin qarşısını almağa istiqamət verən materiallarla rastlaşır, baş vermiş yol hərəkəti qaydaları pozuntularının müxtəlif səpkili təsadüfləri ilə tez-tez tanış olurlar.

Beynəlxalq miqyasda yol hərəkəti qaydalarına riayətolunma qaydaları ilə tanış olurlar.

Sürücülük fəaliyyəti ilə yaxından iştirak etmək istəyən insanlar bu saytın məlumatları ilə bəhrələnirlər.

Tədbirdə QHT rəhbərləri, jurnalistlər, hüquqşünaslar, ziyalılar iştirak etmişlər.

Çıxışçılardan “Dünya Azərbaycanlılarının həmrəyliyinə dəstək” İctimai Birliyinin sədri, politoloq Tofiq Əlizadə layihənin əhəmiyyətli dərəcədə qiymətə layiq olduğunu qeyd etdi və açılmış saytın işinə uğurlar dilədi.

“Beynəlxalq ideal sülhün təbliği fondu”nun rəhbəri Hacıəlikram Ələkbərov, “MMC AUBİ” hüquq şirkətinin təsisçisi və rəhbəri, “Dünya xəbər” informasiya agentliyinin redaktoru Miri Əliyev, müstəqil vəkillər Pərviz müəllim, Sevil xanım, jurnalist Sevda xanım, veb-dizayner Ramil Dadaşov (bu saytın əməkdaşı), “Şahdağ” XİB-nin texniki əməkdaşı Dönməz Abbasov və digər tədbir iştirakçıları “Şahdağ” XİB-nin QHT-nin işləyib hazırladığı bu layihənin məhsulu olaraq QHT və Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yaranmış bu saytın davamlı olaraq   fəaliyyət göstərəcəyinə inam bəslədiklərini öz çıxışlarında qeyd etdilər və “yoltehlukesizliyi.az” saytının işinə uğurlar dilədilər.

İnanırıq ki, “Facebook”da da yayımlanan bu sayt  əhalinin yol hərəkəti qaydaları üzrə maarifləndirici məsləhətlərinə səbəb olacaqdır. 

Davud Rəhimli

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1336 dəfə oxunub




Flag Counter






» 23/9/2019- “Əlilliyi olan heç bir şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru”

» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.