28 May 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
14/9/2017 Şuranın dəstəyi ilə layihə davam edir


Şuranın dəstəyi ilə Əlilliyi Olan Şəxslərin layihəsi davam edir.

Sumqayıt şəhəri                                                                                         14.09.2017-ci il

"Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Əhalinin həssas qruplarına psixoloji dəstək və əlilliyi olan şəxslər üçün ölkəmizin milli, mədəni, tarixi abidələrinə səyahət turlarının təşkili" layihəsnin icrasını davam etdirir. Sentyabrın 14-də  layihə çərçivəsində könüllü olmağın yeddi qaydası adlı təlim baş tutub.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Səbinə Kərimova iştirakçıları salamlayaraq, layihənin  məqsədindən danışdı. Layihənin məqsədi  fiziki məhdudiyyəti olan şəxslərə psixoloji dəstək olaraq, onların cəmiyyətə  inteqrasiya olunmasında yardımçı olmaq, cəmiyyətin bu məsələyə diqqətini çəkmək, sosial aktiv vətəndaşları bu yöndə fəaliyyətə cəlb etməkdir. Layihə çərçivəsində təşkilata cəlb olunan könüllülər köönüllü olmağın əsas qaydaları ilə tanış olacaqlarını və gələcəkdə öz işlərində bu qaydalara əməl edəcəklərini xüsusi vurğuladı. Könüllülük bu gün milyonlarla insanın şəxsi və karyera inkişafına imkan yaradır, cəmiyyətin rifahına xidmət edir.

Təlimçi  Səfanə Dadaşzadə könüllü olmaq üçün hansı qaydalara əməl olunmalı adlıq təlimində,könüllülüyün insanın həm özünə, həm də cəmiyyətə verə biləcəyi faydalardan danışdı. Könüllülük sayəsində biz insanlara və ətrafa daha duyarlı baxmağı bacara bilməyi, qrup işi, motivasiya və ünsiyyət qurma bacarıqlarını qazanmaq və s. kimi bacarıqlara yiyələnirik.  Könüllülük toplumda insanlar arasındakı sosial əlaqələrin təkmilləşməsində, dəyərlərin meydana gəlməsində, sosial problemlərin ortaya çıxmasında, fərqli həlli yollarının ortaya çıxmasında çox vacib bir amildir.Siz öz gələcəyinizi, gələcəy karyeranızı yüksək səviyyədə qurmaq istəyirsinizsə o zaman ilk olaraq hansısa humanitar , beynəlxalq təşkilatda və yaxud Sizin karyera üçün seçdiyiniz sahə üzrə fəaliyyət göstərən təşkilatlarda könüllü olaraq fəaliyyət göstərəməyə başlayın. Çünki gələcəkdə bu Sizə çox böyük avantajdır. Hətda universitetinizin, təhsilinizin Sizə verə bilmədiyi avantajı, yüksəkliyi, hər hansı bir humanitar, beynəlxalq və yaxud digər təşkilatlarda könüllü fəaliyyətiniz verəcəkdir ki, bu avantajın xeyirini həyatınız boyu hər zaman görəcəksiniz.

Sonda təlim müzakirələrlə yekunlaşdı.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1348 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 26/5/2020- Əlilliyi olan qadınların özünəməşğulluğuna dəstək

» 25/5/2020- Müyəssərlik barədə məlumatlandırma

» 25/5/2020- COVİD-19 koronavirusla əlaqədar əlilliyi olan şəxslər üçün təlimat. ZOOM OHCHR

» 22/5/2020- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib.

» 21/5/2020- Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü ilə “BMT yanında məşvərətçi status: QHT-lər üçün imkanlar və faydalar” mövzusunda vebinar müzakirələr keçirilib.

» 12/5/2020- "Jest dilində məlumatlandırma" video roliki

» 8/5/2020- İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısı

» 7/5/2020- Baş Prokurorluğun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətlərinin M Ə L U M A T I

» 5/5/2020- 5 may

» 5/5/2020- Xaçmazda əlilliyi olan şəxslər üçün bərpa müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək

» 4/5/2020- Xüsusi karantin rejimi müddəti ərzində DOST Agentliyində əhaliyə göstərilən xidmətlər

» 2/5/2020- Bu ay Lənkəranda əlilliyi olan şəxslər üçün reabilitasiya müəssisəsi istifadəyə veriləcək

» 2/5/2020- Ünvanlı sosial yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı xeyli azaldılacaq

» 1/5/2020- Karantin müddətində əlilliyi olan şəxslərə 543 reabilitasiya vasitəsi evlərinə aparılaraq verilib

» 28/4/2020- "Jest dilində məlumatlandırma" layihəsini davam etdirir.

» 23/4/2020- Peşə hazırlığında fasilə yaranmış işsizlərə də təqaüd ödənişi davam edir

» 19/4/2020- Birdəfəlik ödəmə verilənlərin bölgələr, cins və yaş qrupları üzrə təsnifatı necədir?

» 18/4/2020- İşsiz kimi qeydiyyata alınanlardan 25 min nəfəri üçün də birdəfəlik vəsait köçürüldü

» 16/4/2020- Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) üzvlərinin onlayn konfransı keçirilmişdir.

» 14/4/2020- Sosial xidmət işçilərinin əməkhaqlarına əlavə müəyyən edildi