XƏBƏRLƏR




- 24/7/2017 Uşaq Bərpa Mərəzində maarifləndirmə
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Şuranın dəstəyi ilə Uşaq Bərpa Mərəzində əlilliyi olan şəxslərin
hüquqlarına dair maarifləndirmə tədbiri keçirilib
“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə uğurla icra olunan “Əlilliyi olan şəxslərin hüquqlarına hörmət hissinin aşılanması və onlar barəsində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) nəzdində fəaliyyət göstərən Bakı Uşaq Bərpa Mərkəzində maarifləndirmə tədbiri keçirilib.
Mərkəzin aparıcı mütəxəssislərinin qatıldığı həmin tədbirdə Şura üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Əlil Təşkilatlatları İttifaqının sədri Davud Rəhimli, “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyev, “Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası”nın prezidenti Gülnarə Hüseynova, “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavad Qasımov, “Əlil Qadınlar” Cəmiyyətinin prezidenti Məhluqa Rəhimova və digərləri iştirak ediblər.
Birliyin sədri, layihə rəhbəri Ramilə Rasimqızı tədbirdə çıxış edərək rəhbərlik etdiyi layihənin məqsədi, vəzifələri və əhəmiyyəti barədə iştirakçılara məlumat verib, eyni zamanda belə bir aktual mövzuya həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, maarifləndirmə tədbirinin keçirilməsi üçün yaradılan şəraitə görə isə Bakı Uşaq Bərpa Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib.
Layihənin əsas məqsədinin - əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlarla hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliği üçün qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin irəli sürülməsi və bu sahədə ictimai maarifləndirmə tədbirlərinin təşkil edilməsi yolu ilə onların hüquqlarına hörmət hissinin aşılanmasına və barələrində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək verməkdən ibarət olduğu diqqətə çatdırılıb.
Tədbirdə Şura üzvü, tanınmış hüquqşünas Əliməmməd Nuriyev, əlillik məsələləri üzrə təcrübəli ekspert Davud Rəhimli, Azərbaycanda ik dəfə olaraq sosial təminat hüququ sahəsində dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru və elmlər doktoru dərəcələri almış professor Mayis Əliyev mövzu ilə bağlı maraqlı çıxışlar ediblər. Natiqlər əlilliyə yanaşmada tibbi və sosial model anlayışları, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının müdəalarına uyğun olaraq insan hüquqlarına əsaslanan bir model kimi qəbul edilən sosial modelin üstün cəhətləri, hazırda ölkəmizdə tibbi modeldən sosial modelə keçid istiqamətində aparılan islahatlar, əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlara hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliğ olunmasının əhəmiyyəti və digər məsələlərə barədə iştirakçılara məlumat veriblər.

Davud RƏHİMLİ
Bu xəbər 2338 dəfə oxunub