22 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
13/7/2017 Ağcabədidə əlilliyi olan şəxslərə dair ictimai maarifləndirmə


Şuranın dəstəyi ilə Ağcabədi rayonunda əlilliyi olan şəxslərin

hüquqlarına dair ictimai maarifləndirmə tədbiri keçirilib

 

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi tərəfindən Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının Qadınlar şurası ilə birgə Ağcabədi rayonu M.Həsənov adına Rəncbərlər kənd tam orta məktəbində Rəncbərlər bələdiyyəsinin, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin nümayəndələrinin, müəllimlərin, kənd sakinlərinin, müharibə veteranllarının və əlilliyi olan şəxslərin iştirakı ilə ictimai maarifləndirmə tədbiri keçirilib.

Birliyin sədri Ramilə Rasimqızı tədbirdə giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunan “Əlilliyi olan şəxslərin hüquqlarına hörmət hissinin aşılanması və onlar barəsində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək” adlı layihənin məqsədi, vəzifələri və əhəmiyyəti barədə onlara məlumat verib.  Belə bir aktual mövzuya həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, maarifləndirmə tədbirinin keçirilməsi üçün yaradılan şəraitə görə isə Ağcabədi Rayon İcra Hakimiyyətinə, YAP Ağcabədi rayon təşkilatına və M.Həsənov adına Rəncbərlər kənd tam orta məktəbinin rəhbərliyinə təşəkkürünü bildirib. 

Qeyd olunub ki, hazırda icra edilən layihənin əsas məqsədi - əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlarla hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliği üçün qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin irəli sürülməsi və bu sahədə ictimai maarifləndirmə tədbirlərinin təşkil edilməsi yolu ilə onların hüquqlarına hörmət hissinin aşılanmasına və barələrində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək verməkdən ibarətdir.

   Tədbirdə çıxış edən YAP Ağcabədi rayon təşkilatı Qadınlar şurasının sədri Radə Qafarova əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və sosal problemlərinin həlli sahəsində rayon səviyyəsində görülmüş müsbət işlər barədə məlumat verib, regionlarda bu qəbildən olan insanların cəmiyyətə inteqrasiyası baxımından mühüm önəm kəsb edən ixtisaslı pedaqoji kadrlara, müasir avadanlıqlarla təchiz olunmuş xüsusi təhsil müəssisələrinə böyük ehtiyac olduğunu vurğulayıb, bununla əlaqədar müvafiq təkliflərini diqqətə çatdırıb.

 Daha sonra layihənin eksperti tərəfindən əlilliyin anlayışı, səbəbləri və qrupları, əlillik terminologiyası, əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunmasının yeni meyarları, əlilliyə yanaşmada tibbi və sosial model anlayışları, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının müdəalarına uyğun olaraq insan hüquqlarına əsaslanan bir model kimi qəbul edilən sosial modelin üstün cəhətləri, hazırda ölkəmizdə tibbi modeldən sosial modelə keçid istiqamətində aparılan islahatlar, əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlara hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliğ olunmasının əhəmiyyəti və digər məsələlər barədə iştirakçılara ətraflı məlumat verilib.

Bundan əlavə əlillik məsələlərinə dair milli qanunvericilikdə təsbit edilən, habelə beynəlxalq təcrübədə qəbul olunmuş bəzi terminlər, istifadəsi məsləhət görülməyən söz və ifadələr, zəruri reabilitasiya vasitələri və protez-ortopedik məmulatlar, əlilliyi olan şəxslərin milli qanunvericilik və beynəlxalq hüquqi aktlarda təsbit olunmuş insan hüquqları, onların müdafiəsi üzrə mövcud dövlətdaxili və beynəlxalq təsisatlar, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və sosial inklüziyası (bərabər imkanların təminatı) ilə bağlı mövcud problemlər və onların həlli sahəsində dövlətimiz tərəfindən həyata keçirilən fəaliyyətlər barədə də fikirlər bildirilib, eləcə də qarşıdan duran vəzifələr barədə geniş müzakirələr aparılıb. 

Tədbirdə çıxış edən YAP Ağcabədi rayon təşkilatının nümayəndəsi Mehman Novruzov, M.Həsənov adına Rəncbərlər kənd tam orta məktəbinin direktor müavini Mehman Nagıyev və digərləri əhalinin əlilliyi olan şəxslərin hüquqları ilə bağlı maariflənməsinə xidmət edən bu layihənin regionlarda da yüksək səviyyədə icra olunmasına görə Şuraya və təşkilatın rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Mətbuat xidməti
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1079 dəfə oxunub




Flag Counter






» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində