04 İyun 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
7/7/2017 “Ailə” Sosial Araşdırmalar İctimai Birliyinin B Ə Y A N A T I


İşğalçı Ermənistanın silahlı qüvvələri tərəfindən

Azərbaycanın Respublikasının Füzuli rayonun Alxanlı kəndində yaşayan

mülki əhalinin atəşə tutulması və insanların həlak olması ilə əlaqədar

“Ailə” Sosial Araşdırmalar İctimai Birliyinin

B Ə Y A N A T I

Hər zaman olduğu kimi, yenə də bu ilin 4 iyul tarixində işğalçı Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan mülki əhalinin yaşadığı yaşayış evləri və mülki obyektlər qəsdən hədəf kimi 80 və 102 millimetrlik minaatanlardan və qumbaraatanlardan atəşə tutulmuşdur. Bunun nəticəsində kənd sakini 50 yaşlı Allahverdiyeva Sahibə və onun 18 aylıq nəvəsi Quliyeva Zəhra düşmən atəşi ilə həlak olmuş, eyni zamanda 52 yaşlı Quliyeva Səlminaz ağır şəkildə yaralanmışdır.  

1988-ci ildən Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən etnik təmizləmə, işğal və terrorçuluq siyasəti nəticəsində torpaqlarımızın iyirmi faizi işğal olunmuş, bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilmiş, iyirmi mindən artıq soydaşımız qətlə yetirilmiş, minlərlə insan əlilliyə düçar olmuş, həmçinin hələ də əsir və girovlarımız geri qaytarılmamışdır. Təəssüf ki, bu mənfur siyasət nəticəsində bu gün də bizim soydaşlarımız həlak olur.

Terrorçu Ermənistanın siyasətinin əsas məqsədi mülki əhalini atəşə tutaraq onların həyatlarına təhlükə yaratmaq və soydaşlarımızı qətlə yetirməkdir. Belə ki, Füzuli rayonunun Alxanlı kəndində Azərbaycan Silahlı Qüvvələri bölmələrinin heç bir qərargahının və atəş nöqtələrinin olmadığı halda, bu mənfur düşmənin həmin kəndi iriçaplı silahlardan atəşə tutması bu iyrənc siyasətin bariz nümunəsidir. Bu hadisədən dərhal sonra, 6 iyul tarixində Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri də kənddə olaraq, burada heç bir hərbi məntəqənin olmadığının şahidi olmuşlar.

Ermənistan dövlətinin terrorçu hərbiləşmiş siyasi rejimi daim mülki əhalini, o cümlədən uşaq və qadınları hədəf seçmişdir. Son illərdə 9 yaşlı Fariz Bədəlovun və 13 yaşlı Aygün Şahmalıyevanın erməni təcavüzü və terroru nəticəsində qətlə yetirilmələri, ötən ilin 2 aprel tarixində başlayaraq qəflətən ağır artilleriyadan, iri çaplı silahlardan intensiv atəş nəticəsində uşaqların, qadınların və ahılların həlak olmaları buna daha bir sübutdur.

Bu terrorçu siyasət ilə Ermənistan özünün də qoşulduğu BMT-nin, Avropa Şurasının və digər mötəbər təşkilatların bir çox Konvensiyalarını və müqavilə sənədlərini kobud şəkildə pozur. Lakin xarici dövlətlərin ikili siyasət yürütdüyü, BMT və dünya birliyinin bu terrorçu siyasətə göz yumacağı, Ermənistana qarşı sərt tədbirlər həyata keçirilməyəcəyi,  həmçinin Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması ilə bağlı BMT-nin dörd qətnaməsinin yerinə yetirilməyəcəyi təqdirdə insanların fundamental hüquqları pozulacaqdır.

Bütün dünya miqrasiya böhranı yaşadığı halda, Azərbaycan öz qaçqın və məcburi köçkün soydaşlarının problemini özü həll edir, yeni yaşayış qəsəbələri salaraq insanları ora köçürdür. Cəbrayıl rayonunun yeni işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində ölkə üzrə sayca 96-cı olan, məcburi köçkünlərin isə öz yurdlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşən bu kəndə insanların köçürülməsi ərəfəsində mülki əhalinin qətli ilə nəticələnən bu hadisənin baş verməsi işğalçı Ermənistanın düşünülmüş siyasətinin nəticəsidir ki, mülki əhalini qətlə yetirməklə insanları qorxudaraq öz doğma torpaqları olan Cocuq Mərcanlı kəndinə qayıtmalarına mane olsunlar.

Bütün dövlətlər, o cümlədən müstəqil olmayan, bir sıra dövlətlərin nökərinə çevrilən işğalçı Ermənistan da bilsin ki, nəinki o insanlar Cocuq Mərcanlıya köçəcək, həmçinin Azərbaycanın işğalda olan bütün torpaqları sülh yolu ilə olmasa da, hərbi yolla azad olunacaq və bütün məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıdacaqdır.

Bu Bəyanatı beynəlxalq təşkilatlara və xarici ölkələrin səfirliklərinə göndərərək, onları bəyanatın mətnində yerləşdirilmiş 2 yaşı tamam olmadan düşmən atəşi nəticəsində qətlə yetirilən, ailənin yeganə övladı olan Zəhranın şəklinə diqqətlə baxmağa səsləyirik. Bu uşağın günahı varmı? Bu sualı hər bir ürəyi olan insan düşünüb fikirləşsin!

Nə qədər ki, ürəyinizdə düşündüyünüz həqiqəti dilə gətirməyəcəksiz, o qədər də dünyada, Azərbaycanda, eləcə də bunu oxuyan hər birinizin dövlətində uşaqlar, qadınlar və mülki əhali terror qurbanı olacaqdır.

Qeyd edilənləri nəzərə alaraq, beynəlxalq təşkilatları, dünya dövlətlərini və hər bir kəsi işğalçı Ermənistanın cəzalandırılması, BMT-nin və Avropa Şurasının sənədlərində əks olunan fundamental hüquqların qorunmasının Ermənistandan tələb edilməsi istiqamətində təcili tədbirlər görməsinə səsləyirik!

 

“Ailə” Sosial Araşdırmalar

İctimai Birliyinin çoxsaylı

üzvləri adından – təşkilatın sədri

Gülnarə Şəbiyeva

 

6 iyul 2017-ci il

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1386 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 3/6/2020- Müyəssərlik modeli

» 27/5/2020- QHT TV-nin "Ictimai Baxış" proqramının növbəti qonağı Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli olub.

» 26/5/2020- Əlilliyi olan qadınların özünəməşğulluğuna dəstək

» 25/5/2020- Müyəssərlik barədə məlumatlandırma

» 25/5/2020- COVİD-19 koronavirusla əlaqədar əlilliyi olan şəxslər üçün təlimat. ZOOM OHCHR

» 22/5/2020- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib.

» 21/5/2020- Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü ilə “BMT yanında məşvərətçi status: QHT-lər üçün imkanlar və faydalar” mövzusunda vebinar müzakirələr keçirilib.

» 12/5/2020- "Jest dilində məlumatlandırma" video roliki

» 8/5/2020- İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısı

» 7/5/2020- Baş Prokurorluğun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətlərinin M Ə L U M A T I

» 5/5/2020- 5 may

» 5/5/2020- Xaçmazda əlilliyi olan şəxslər üçün bərpa müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək

» 4/5/2020- Xüsusi karantin rejimi müddəti ərzində DOST Agentliyində əhaliyə göstərilən xidmətlər

» 2/5/2020- Bu ay Lənkəranda əlilliyi olan şəxslər üçün reabilitasiya müəssisəsi istifadəyə veriləcək

» 2/5/2020- Ünvanlı sosial yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı xeyli azaldılacaq

» 1/5/2020- Karantin müddətində əlilliyi olan şəxslərə 543 reabilitasiya vasitəsi evlərinə aparılaraq verilib

» 28/4/2020- "Jest dilində məlumatlandırma" layihəsini davam etdirir.

» 23/4/2020- Peşə hazırlığında fasilə yaranmış işsizlərə də təqaüd ödənişi davam edir

» 19/4/2020- Birdəfəlik ödəmə verilənlərin bölgələr, cins və yaş qrupları üzrə təsnifatı necədir?

» 18/4/2020- İşsiz kimi qeydiyyata alınanlardan 25 min nəfəri üçün də birdəfəlik vəsait köçürüldü