22 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
1/7/2017 DİQQƏT! “Əlil” işarəsindən istifadə qaydaları.


DİQQƏT!

“Əlil” işarəsindən qanunda nəzərdə tutulan qaydalardan kənar istifadə edənlər cəzalandırılacaq.

 

 01 iyul tarixdən yeni qaydalara əsasən əlilliyi olmayıb “Əlil”  nişanı avtomobilinə vuranları cərimə gözləyir. Belə ki, öz avtomobilində “Əlil” tanınma nişanından qanunsuz istifadə edən şəxslər 40 manat məbləğində, “Əlil” tanınma nişanlı avtomobillər üçün nəzərdə tutulan parklanma yerində parklanan digər nəqliyyat vasitələrinin sürücüləri isə 10 manat məbləğində cərimə olunacaq. Hazırda bu sahədə ciddi çatışmazlıqlar vardır.

İstənilən əlilliyi olan şəxslər avtomobillərində “əlil” işarəsindən istifadə edə bilməz. Bu aşağıdakı hallarda olmalıdır:

“Yol hərəkəti haqqında” Qanunun 72-ci maddəsinin 5-ci bəndində deyilir:

Nəqliyyat vasitələrində aşağıdakı tanınma nişanlarından istifadə olunur:

5) “Əlil” — I və II qrup əlillər üçün xüsusi avadanlıqlar quraşdırılmış, onlar tərəfindən idarə olunan və qeydiyyat şəhadətnaməsində bu barədə müvafiq qeyd olan nəqliyyat vasitələrinin qabaq və arxasında — tərəfləri 150 mm ölçülü, daxilində 7.17 simvolunun qara boya ilə təsviri olan sarı rəngli kvadrat şəklində.

Bu məsələləri tənzimləyən digər bir normativ akt isə DİN-nin 1999-cu il 14 iyun tarixli, 190 nömrəli əmri ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə” təlimatdır. Bu təlimatın 2.15-ci bəndində deyilir ki, 1-ci və 2-ci qrup əlillərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin “Xüsusi qeydlər” qrafasında əlavə olaraq “Əlil” nişanı quraşdırılmasına icazə verilir.

Parklama yerlərinin sayından asılı olaraq əlilliyi olan şəxslərin istifadəsi üçün yerlər işarələnəcəkdir.

“Əlil” işarələrinin qoyulması, parklama yerlərində müvafiq işarələrin qoyulması, “əlil” işarəsi qoyulmuş parklama yerlərindən digərlərinin istifadə etməsi halları ilə əlaqədar Dövlət Yol Polisi, Bakı Şəhəri İcra Hakimiyyəti ilə əməkdalıqla Əlil Təşkilatları İttifaqı (ƏTİ) bu sahədə monitorinqlər aparmağa başlamışdır.

 

Davud Rəhimli

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1707 dəfə oxunub




Flag Counter






» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində