18 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
19/6/2017 Samux rayonunda icma əsaslı sosial reabilitasiya mərkəzi açıldı


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında  Samux rayonunda icma əsaslı sosial reabilitasiya mərkəzi açıldı.

 

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elan edilən müsabiqəyə əsasən 2017-cı il büdcə göstəricilərində 01 iyundan 31 dekabr tarixədək müddəti əhatə edən “Sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili”  adlı təkrar müsabiqədə İstedadlı Əlillər İctimai Birliyinin layihəsi Samux rayonu üzrə qalib elan olunmuşdur. Layihənin məqsədi  18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara icma əsaslı reabilitasiya xidmətlərinin göstərilməsindən, ailələri səlahiyyətləndirmək və onların bilik və bacarıqlarını inkişaf etdirilməsindən, 2017-ci il ərzində Samux rayonunda yaşayan sağlamlıq imkanları məhdud uşaqlara  reabilitasiya xidmətlərinin göstərilməsindən və valideynlərin İcma Əsaslı Reabilitasiya haqqında məlumatlandırlmasından ibarətdir. Layihə çərçivəsində 18 yaşadək  sağlamlıq imkanları məhdud uşaqlara sosial-psixoloji reabilitasiya, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi xidmətləri göstəriləcək. Xidmət ümumi olaraq uşaqların ehtiyacı əsasında aşağıdakı sahələri əhatə edəcək.

  1. Sosial iş,
  2. Gündəlik həyat (funksional) vərdişləri (abilitasiya),
  3. Sosial-psixoloji dəstək,
  4. Sosiallaşma və ünsiyyət,
  5. Koqnitiv bacarıqlar və təhsil,
  6. Nitq problemləri,
  7. Hərəkət problemləri (fiziki inkişaf).

 Mərkəzin fəaliyyətindən yararlanmaq istəyən Samux rayon sakinləri İstedadlə Əlillər İctimai Birliyi ilə əlaqə saxlaya bilər.

     

   Əlaqə vasitələri:  Tel.       050-999-30-79

                                E-poçt. istedadlieliller_ib@yahoo.com

                                                                     

 

     İstedadlı Əlillər İctimai Birliyinin mətbuat xidməti

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 931 dəfə oxunub




Flag Counter






» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində