04 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
13/6/2017 3 saylı məktəb-liseydə ictimai maarifləndirmə.


Şuranın dəstəyi ilə Abşeron rayonunda əlilliyi olan şəxslərin

hüquqlarına dair növbəti ictimai maarifləndirmə tədbiri keçirilib

 

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə icra edilən “Əlilliyi olan şəxslərin hüquqlarına hörmət hissinin aşılanması və onlar barəsində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində növbəti ictimai maarifləndirmə tədbiri Abşeron rayonu Xırdalan şəhərində yerləşən və şəhid Bəxtiyar Yaqub oğlu Cəfərovun adını daşıyan 3 nömrəli məktəb-liseydə keçirilib.

Ümumtəhsil müəssisəsinin rəhbərliyinin, müəllim, şagird və valideynlərin, QHT nümayəndələrinin, əlilliyi olan şəxslərin iştirakı ilə keçirilmiş tədbirdə giriş sözü ilə çıxış edən məktəb-liseyin direktoru Sevinc Məmmədəliyeva açaraq tədbir iştirakçılarını salamlayıb, tədbirin mahiyyəti və əhəmiyyəti haqqında, eləcə də qonaqlar barədə onlara məlumat verib. 

Birliyin sədri, sosial iş üzrə mütəxəssis Ramilə Rasimqızı da öz növbəsində tədbir iştirakçılarını salamladıqdan sonra qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü və 18 iyun - İnsan Hüquqları Günü münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb və özünün də artıq səkkiz ildir ki, həmin məktəb-liseydə pedaqoji fəaliyyətlə məşğul olduğunu böyük qürur hissi ilə diqqətə çatdırıb. 

R.Rasimqızı çox aktual bir mövzuya həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, maarifləndirmə tədbirinin keçirilməsi üçün yaradılan şəraitə görə isə Abşeron Rayon İcra Hakimiyyətinə, Təhsil Şöbəsinə, habelə məktəb-liseyin rəhbərliyinə təşəkkürünü bildirib.

Birliyin sədri rəhbərlik etdiyi layihə barədə ətraflı məlumat verərək qeyd edib ki, hazırda icra edilən layihənin əsas məqsədi - əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlarla hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliği üçün qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin irəli sürülməsi və bu sahədə ictimai maarifləndirmə tədbirlərinin təşkil edilməsi yolu ilə onların hüquqlarına hörmət hissinin aşılanmasına və barələrində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək verməkdən ibarətdir.

Layihə rəhbəri böyük minnətdarlıq hissi ilə vurğulayıb ki, əlilliyi olan şəxslərin, o cümlədən bu qəbildən olan uşaqların sosial-hüquqi müdafiəsi və onların reabilitasiyası məsələləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın daim diqqət mərkəzində olan məsələlələrdəndir. Bununla belə ölkədə fəaliyyət göstərən bir sıra vətəndaş cəmiyyəti institutları, o cümlədən əlilliyi olan şəxsləri təmsil edən QHT-lər, sosial yönümlü mövzuları işıqlandıran KİV-lər, habelə təhsil müəssisələri də öz imkanları daxilində davamlı olaraq bu qəbildən olan şəxslərin sosial inklüziyasına öz dəstəklərini göstərməlidirlər. Sevindirici haldır ki, ölkə Prezidentinin 2007-ci il 27 iyul tarixli 2288 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” çərçivəsində Şuranın fəal dəsətyi ilə QHT-lər tərəfindən bu istiqamətdə zəruri fəaliyyətlər həyata keçirilir.  

Tədbirdə çıxış edən Əlil Təşkilatları İttifaqı İdarə heyətinin sədri, “Hemofiliyalı Xəstələr” İctimai Birliyinin rəhbəri xanım Gülnarə Hüseynova, Pasient Təşkilatları İttifaqının prezidenti Ayaz Hüseynov və digərləri əlilliyi olan şəxslərin ümumtəhsil məktəblərinə inteqrasiyasının vacibliyindən söz açaraq bütün təhsil ocaqlarında onlar üçün əlşatanlığın təmin edilməsi ilə bağlı işlərin görülməsinə və beləliklə də inklüziv təhsilin inkişafına böyük ehtiyac olduğunu vurğulamış, bu qəbildən olan şəxslərin hüquqlarının təbliğində aidiyyəti dövlət qurumlarının, QHT və KİV-lərin təhsil müəssisələri ilə sıx əməkdaşlığı barədə fikirlərini və təkliflərini bölüşüblər.

Daha sonra maraqlı təqdimatla çıxış edən layihənin eksperti, sosial iş ixtisası üzrə ali təhsil almış gənc mütəxəssis Elmir Valehli əlilliyin anlayışı, səbəbləri və qrupları, əlillik terminologiyası, əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunmasının yeni meyarları, əlilliyə yanaşmada tibbi və sosial model anlayışları, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının müdəalarına uyğun olaraq insan hüquqlarına əsaslanan bir model kimi qəbul edilən sosial modelin üstün cəhətləri, hazırda ölkəmizdə tibbi modeldən sosial modelə keçid istiqamətində aparılan islahatlar, əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlara hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliğ olunmasının əhəmiyyəti və digər məsələlər barədə iştirakçılara ətraflı məlumat verib.  

Tədbir iştirakçıları bu kimi layihənin regionlarda da yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə Şuraya və təşkilatçılara öz təşəkkürlərini bildiriblər.

 

Davud Rəhimli

Mətbuat xidməti

  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2642 dəfə oxunub




Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü