18 Yanvar 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
7/6/2017 Əlilliyi olan şəxslərin hüquqlarına hörmət - ictimai maarifləndirmə.


PRESS-RELİZ

 

Şuranın dəstəyi ilə əlilliyi olan şəxslərin hüquqlarına dair

ictimai maarifləndirmə tədbiri keçirilib

 

Xəbər verildiyi kimi, “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlilliyi olan şəxslərin hüquqlarına hörmət hissinin aşılanması və onlar barəsində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək” layihəsinin icrasını həyata keçirir.

Bununla əlaqədar layihə çərçivəsində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında müəllimlərin, sosial iş ixtisası üzrə ali təhsil alan tələbələrin, QHT nümayəndələrinin, əlilliyi olan şəxslərin iştirakı ilə ictimai maarifləndirmə tədbiri keçirilib.

Akademiyanın tədris və tərbiyə işləri üzrə pro­rektoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Sirac Məmmədov tədbiri açıq elan etdikdən sonra, sosial iş üzrə mütəxəssis Ramilə Rasimqızı da çıxış edərək tədbir iştirakçılarını salamlayıb, rəhbərlik etdiyi layihə barədə onlara ətraflı məlumat verib və çox aktual bir mövzuya həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, maarifləndirmə tədbirinin keçirilməsi üçün yaradılan şəraitə görə isə Akademiyanın rəhbərliyinə təşəkkürünü bildirib. 

Birliyin sədri R.Rasimqızı qeyd edib ki, hazırda rəhbərlik etdiyi layihənin əsas məqsədi - əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlarla hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliği üçün qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin irəli sürülməsi və bu sahədə ictimai maarifləndirmə tədbirlərinin təşkil edilməsi yolu ilə onların hüquqlarına hörmət hissinin aşılanmasına və barələrində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək verməkdən ibarətdir.

Layihə rəhbəri əlilliyi olan şəxslərin, o cümlədən bu qəbildən olan uşaqların sosial-hüquqi müdafiəsi və onların reabilitasiyası məsələlərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın daim diqqət mərkəzində olduğunu böyük minnətdarlıq hissi ilə diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyası sahəsində görülmüş işlərdən söz açaraq ali təhsil ocaqlarında əlilliyi olan şəxslər üçün əlşatanlığın təmin edilməsi ilə bağlı işlərin görülməsinə böyük ehtiyac olduğunu vurğulayıb.

Daha sonra təqdimatla çıxış edən layihənin eksperti, sosial iş üzrə mütəxəssis Elmir Valehli əlilliyin anlayışı, səbəbləri və qrupları, əlillik terminologiyası, əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunmasının yeni meyarları, əlilliyə yanaşmada tibbi və sosial model anlayışları, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının müdəalarına uyğun olaraq insan hüquqlarına əsaslanan bir model kimi qəbul edilən sosial modelin üstün cəhətləri, hazırda ölkəmizdə tibbi modeldən sosial modelə keçid istiqamətində aparılan islahatlar, əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlara hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliğ olunmasının əhəmiyyəti və digər məsələlər barədə iştirakçılara ətraflı məlumat verib.  

Tədbir iştirakçıları Şuranın dəstəyi ilə icra olunan bu layihənin regionlarda da icra olunmasını yüksək qiymətləndirdiklərini qeyd ediblər.

 

 

Mətbuat xidməti

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1407 dəfə oxunub




Flag Counter






» 18/1/2020- Sosial islahatlar bu il də geniş miqyasda davam edəcək

» 17/1/2020- 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar nazirlikdə tədbir keçirilib

» 16/1/2020- "BMT-AZƏRBAYCAN ÇƏRÇİVƏ SƏNƏDİ"NİN HAZIRLANMASI MÜZAKİRƏ EDİLİR STRATEJİ PRİORİTETLƏŞDİRMƏ SEMİNARI

» 16/1/2020- Əlilliyin təyin olunması meyyarlarında dəyişiklik olundu

» 15/1/2020- Üç təşkilat arasında anlaşma memorandumu bağlanmışdır.

» 15/1/2020- #BizBirik komandası 2020-ci ildə də öz işini davam etdirir.

» 14/1/2020- BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması məsələləri müzakirə olunub

» 13/1/2020- Qeyri-formal məşğulluğa qarşı mübarizə kampaniyasına xalq artisti Tünzalə Ağayeva da qoşuldu.

» 11/1/2020- Ötən il nazirlik əlilliyi olan şəxsləri 38 mindən çox reabilitasiya vasitəsi ilə təmin edib

» 10/1/2020- ADA Universitetində Azərbaycan Milli Avtomobil Klubunun təşkilatçılığı ilə "Həssas təbəqədən olan uşaqların yollarda üzləşdikləri təhlükələr" mövzusunda dəyirmi masa keçirilib.

» 9/1/2020- Internet informasiya ehtiyatları əlilliyi olan şəxslər üçün müyəssər olacaq.

» 9/1/2020- Hansı sosial təminat növləri vətəndaşların müraciəti olmadan, elektron qaydada təyin olunur?

» 8/1/2020- Pensiya və müavinat arasında uyğunsuzluq aradan qaldırılıb

» 31/12/2019- 2020

» 30/12/2019- ​Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Beynəlxalq Əmək Təşkilatında yüksək vəzifəyə təyin olunub

» 28/12/2019- Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirib.

» 27/12/2019- Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsinin cari il üzrə yekunu müəyyənləşib.

» 24/12/2019- Əlilliyi olan uşaqlar üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə tədbir keçirilib.

» 24/12/2019- İlham Əliyev 2 saylı DOST mərkəzinin açılışında iştirak edib

» 24/12/2019- Qarabağ müharibəsi əlillərinə, onlara bərabər tutulan şəxslərə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib