XƏBƏRLƏR




- 6/4/2017 “APREL DÖYÜŞLƏRI”
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
“APREL DÖYÜŞLƏRI” Qarabağda Böyük Qələbəmizə aparan şanlı yolun başlanğıcıdır.
6 aprel 2017-ci il tarixində, Bakı şəhər Təhsil İdarəsinin, Suraxanı rayonu,Şəhid Aslan Muradov adına 84 saylı tam orta məktəbin təşəbbüsü ilə, müharibə vetranlarının iştirakı ilə yuxarı sinif şagirdləri ilə“APREL DÖYÜŞLƏRI ” vətənpərvərlik mövzusunda görüş keçirildi.
Tədbirdə tanınmış ictimai təşkilatların nümayəndələrindən, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov, Qarabağ müharibəsinin qazisi ehtiyatda olan keçmiş kəşfiyatçı kapitan Anar Məmmədov, 84 saylı tam orta məktəbin drektoru Nəsib Quliyev, Məktəbin Ç Ç Hərbi rəhbəri Qarabağ müharibəsinin veteranı ehtiyatda olan mayor Zöhrab Muradov və bir qurup məktəbin müəllimi və şahirdlər iştirak etdilər.
Tədbiri aparan Məktəbin Ç Ç Hərbi rəhbəri Zöhrab Muradov ilk öncə tədbirdə iştirak edən qonaqları salamladıqdan sonra, tədbir iştirakçılarını Azərbaycan Respublikasnın müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda, eləcədə 2016-cı il aprel döyüşlərində şəhid olmuşların xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın xatirəsi ehtiramla yad edilikdən sonra, Azərbaycanın dövlət himni səslənərək tədbir vətənpərvərlik mövzusunda davam etdi.
Daha sonra tədbirdə Qarabağ müharibəsi veteran qonaqları Qarabağ müharibəsindən, müstəqilliyimizin neçə qanlar bahasına qazanıldığından, işğal olunmuş Qarabağ torpaqlarının tezliklə azad edilib gələcək nəsilə qalmaması üçün mübarizə aparılmasından və milli qəhramanlarımızın göstərdiyi qəhramanlıqlardan ətraflı danışaraq şagirdlərə öz tövsiyələrini çatdırdı.
Daha sonra, tədbirdə iştirak edən, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasından, quruculuğundan və ordumuz haqqında xoş və qürururlu sözlərlə şagirdlərə ətraflı məlumat verərək qeyd etdi ki, “APREL DÖYÜŞLƏRI ” Qarabağda Böyük Qələbəmizə aparan şanlı yolun başlanğıcıdır. Azərbaycan Respublikasının prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində, qısa bir zamanda Azərbaycan Silahlı Qüvvələri, NATO standartlarına uyğun formalaşmış və Cənubi Qafqaz ölkələri içərisində ən güclü və qüvvətli ordu olmuşdur. Artıq Azərbaycanın ordusu 1992-1993-cü illərdəki ordu deyil. Silahlı Qüvələrimizin maddi–texniki bazasının möhkəmləndirilməsi, əsgər və zabit heyətinin mənəvi–psixoloji durumunun yaxşılaşdrılması, döyüş əhval-ruhiyəsinin yüksəl¬dilməsi sahəsində ciddi işlər görüldü. Hazırda, Azərbaycan Silahlı Qüvələrininin əsgər və zabit heyətləri beynəlxalq ölkələrin sülhməramlı tədbirlərində yaxından iştirak edib öz missiyalarını yerinə yetirərək antiteror koalisiyalarında yaxından iştirak edirlər. Son illər ərzində Əfqanıstana və İraqa göndərilən əsgəri qüvvələrimiz Azərbaycan dövlətinin başını uca edərək, hərbi hazırlığımızın yüksək səviyyəsini nümayiş etdirmişdirlər.
Yadelli işğalçılar və onların havadarları bilməlidirlər ki, Azərbaycan daha 1988-1993-cü illərin Azərəbaycanı deyil, onun iqtisadiyyatı, hərbi potensialı və qüdrəti günü-gündən güclənməkdədir.
Əgər birinci Qarabağ müharibəsində Azərbaycan ordusunda azsaylı hərbçi mütəxəssislər döyüşürdülərsə, indi onların sayı 10 minlərlədir. Əgər işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan sülh danışıqları nəticə verməzsə, Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev hərb variantından istifadə edib müharibə əmrini verərsə, onda biz - keçmiş Əfqanstan və Qarabağ müharibəsinin döyüşçüləri Qarabağda işğal olunmuş torpaqlarımızın erməni işğalçılarından təmizləyib azad etmək üçün yenidən döyüşməyə hazırıq! Biz bu ağır yükü və problemi gələcək nəsilə saxlamamalıyıq!
Sərraf Orucov 2016-cı ilin aprel döyüşləri haqqında ürək sözlərini bildirətək qeyd etdiki, – Bu günlər hər birimizin qəlbi yüksək iftixar hissi ilə doludur. Axı, ötən ilin şanlı aprel döyüşlərindən bir il ötür. O döyüşlərdə Azərbaycan əsgəri nəyə qadir olduğunu bir daha sübut etdi. Ermənilər Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərlərinin qorxmazlığı, qeyri-adi şücaətindən qorxuya düşüblər. Əminəm ki, düşmən ötən ilin aprelində aldığı bu kəsərli zərbəni heç vaxt unuda bilməz. Qoy Ermənistan rəhbərliyi həqiqətin gözünə dik baxsın. Nə qədər ki, gec deyil, işğalçılar bizim torpaqlardan çıxıb getsinlər. Əks təqdirdə, şanlı ordumuz bu dəfə onlara daha sarsıdıcı zərbə vuracaq, doğma Qarabağımızı tamamilə azad edəcək. Əminəm ki, erməni işğalçıları Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərə görə mütləq öz layiqli cavablarını alacaqlar. Lazım gələrsə, mən də bir təcrübəli döyüşçü kimi yenidən vuruşacağam. Başqa veteran dostlarım da bu gün düşməndən qisas almaq arzusu ilə yaşayırlar. Onların hər biri hər an yenidən silaha sarılmağa hazırdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz son illər çox güclənib. Mən ordu hissələrində, xüsusilə sərhəd bölgələrimizdə tez-tez oluram. Hər dəfə əsgər və zabitlərimizin qələbə əzminin nə qədər yüksək olduğunun şahidi oluram. Belə anlarda ürəyim dağa dönür. Bəli, böyük qələbəmiz lap yaxındadır. Buna təcrübəli bir döyüşçü olaraq tam əminəm. Bütün varlığımla inanıram ki, aprel döyüşləri Qarabağda böyük qələbəmizə aparan şanlı və müqəddəs yolun başlanğıcıdır. Xalqımız qələbə müjdəsi gözləyir. Azərbaycanın igid, qəhrəman oğulları Qarabağda mütləq zəfər qazanacaqlar!
Rəhbərlik etdiyim Azərbaycan Respublikası “Beynəlmiləlçi əlil döyüşçülər” Fondunun üzvləri Bakıda və bölgələrdə orta məktəblərdə keçirilən vətənpərvərlik görüşlərində yaxından iştirak edirlər. Məqsədimiz yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik ruhunu daha da yüksəltməkdir. Belə görüşlərdə aprel döyüşlərinin əhəmiyyəti barədə də söz açmağı özümə mənəvi borc bilirəm. Sərraf Orucov çıxışının sonunda gələcək yeniyetmə nəslin nümayəndələri olan məktəbli şagirdlərə öz arzu və tövsiyələrini bildirdi.
Tədbirdə iştirak edən qonaqların hər biri çıxış etdikdən sonra tədbir qonaqların şagirdləri və müəllimləri maraqlandıran maraqlı sualları və təklifləri ilə davam etdirildi. Şagirdlərdən Aillə Heydərli Milli Qəhrəmanımız Mübariz İbrahimlinin və 2016-cı il aprel döyüşlərində şəhid olmuş Milli Qəhrəmanımız Murad Mirəyevin və başqa şəhidlərimizin qəhrəmalığı haqqında qürurla danşaraq maraqlı və məqsədəuyğun təkliflə çıxış edərək, bü cür görüşlərin tez-tez keçirilməsini və orta məktəblilərin hərbi hissələrdə əsgərlərlə görüşünün keçirilməsini arzu etdi.
Tədbirdə iştirak edən Qarabağ müharibəsinin qazisi ehtiyatda olan Keçmiş kəşviyatçı olmuş kapitan Anar Məmmədov 2016-cə il tarixində aprel döyüşlərində qəhrəmanlıqla döyüşərək şəhid olmuş döyüşçülərin göstərdiyi sücayətərdən və ozünün bilavastə rəhbərliyi ilə keşirilmiş döyüş haqında şagirdlərə qürurla danışaraq onları məlumatlandırdı.
Tədbirdə 2016-cı il aprel döyüşlərində şəhid olmuşlar haqında və ordumuzun qüdrəti haqında şagirdlərə sənədli filim nümayiş etdirildi, şagirdlərin hazırladığı ədəbi kompazisiya nümayiş etdirildi.
Tədbirin sonunda orta məktəbin direktoru Nəsib Quliyev dəvəti qəbul edib gəldiyi və bu cür səmimi görüş keçirdildiyi üçün qonaqlara Şəhid Aslan Muradov adına 84 saylı tam orta məktəbin kollektivi və şəxsən öz adından təşəkkürünü bildirdi.
Tədbirin sonunda tədbir iştirakçıları qonaqlarla birlikdə xatirə şəkili çəkildi.
Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Mətbuat xidməti
Davud Rəhimli
Bu xəbər 3428 dəfə oxunub