23 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
08/12/2016 “Hamı üçün bərabər imkanlar – Əlilliyi olan şəxslər üçün maneəsiz mühitin yaradılması”


“Hamı üçün bərabər imkanlar –

Əlilliyi olan şəxslər üçün maneəsiz mühitin yaradılması” Dəyirmi masa

    Azərbayca Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Hamı üçün bərabər imkanlar – Əlilliyi olan şəxslər üçün maneəsiz mühitin yaradılması” layihəsinin icrasını başa çatdırmışdır. Bununla əlaqədar 08 avqust 2016 – cı il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində eyni adlı mövzuda Dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli və idarə heyətinin sədri Gülnarə Hüseynova açmışlar.

Davud RƏHİMLİ çıxışında layihənin fəaliyyət planına əsasən əlilliyi olan şəxslərin sərbəst hərəkətinin təmin olnmasına dəstək üçün vəziyyətin araşdırılması, monitorinqi və material təminatı işlərini görülməsi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Azərbaycan BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanə və əlavə protokolu ratifikasiya etdikdən sonra əlillik sahəsində görülən işlərdə müsbət dinamika vardır. Bu əsasən qanunvericilik sahəsinə aiddir. Lakin qanunların icrası, fiziki maneələrin aradan qaldırılması istiqamətlərində vəziyyət ürəkaçan deyildir.

Natiq Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin Müavini, Azərbauycanda əlillik sahəsində görülən işlər barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, Azərbaycan Respublikası BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanı və Əlavə potokolu ratifikasiya etdikdən sonra bu sahəyə diqqət daha da artırılıb. Əlilliyi olan şəxslərin hüquqları haqqında yeni qanun layihəsi hazırlanaraq aidiyyatı üzrə təqdim olunmuşdur. Sosial xidmətlərin göstərilməsi, müalicə, mənzil təminatı sahəsində yeni texnologiyalar tətbiq olunur. Eyni zamanda Nazirliyin QHT-lərlə əməkdaşlığı, Nazirlik yanında İctimai Şuranın yaradılması xüsusilə vurğulandı.

,

 

Yeganə Cəfərova, Ombudsman Aparatının əməkdaşı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri. Çıxışında əlilliyi olan şəxslərin problemlərinin həlində Ombudsmanın gördüyü işləri, bu qəbildən olan QHT-lərlə əməkdaşlıq, nəzərdə tutulan fəaliyyətlər haqqında məlumat verdi.

Mayis Əliyev, Sosial Hüquqların Araşdırılması ictimai birliyinin sədri. Qanunvericiliyin Konvensiyaya uyğunlaşdırılması, milli qanunvericiliyin təkminləşdirilməsi istiqamətlərində vətəndaş cəmiyyəti təşkilatlarının işini qeyd etdi.

Cahangir Qocayev, ekspert. Fiziki maneələr, onların aradan qaldırılması sahələrində əlilliyi olan şəxslər üçün vacib məqamları qeyd etdi. Bu sahədə bəzi işlər görülsə də bunların qaydalara uyğun olmadığını, istifadə üçün yararsız olduğunu qeyd etdi. Eyni zamanda bu problemlərin həlli üçün təkliflərini bildirdi.

Tariyel Həsənov,

Monitorinq qrupunun üzvü.  Bakıda və bölgələrdə müşahidələr vaxtı müxtəlif obyektlərdə əlilliyi olan şəxslərin sərbəst hərəkəti üçün şəraitin aşağı səviyyədə olmasını qeyd etdi.

Daha sonra Azərbaycanda əlillik və infrastrukturun uyğunlaşdırılması barədə təqdimat oldu.

Müzakirələrdə çıxış edənlər bu məsələnin aktuallığını qeyd etdilər və təkliflərini verdilər. 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1195 dəfə oxunub




Flag Counter






» 23/9/2019- “Heç bir əlilliyi olan şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru”

» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.