12 Avqust 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27/10/2016 Təhsil ocaqlarında Milli Qəhrəmanlar guşələrinin yaradılması


Təhsil ocaqlarında Milli Qəhrəmanlar guşələrinin yaradılması üçün 214 Milli Qəhrəmanımızın fotolarından ibarət foto-plakatlar nəşr olundu.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəsdəyi ilə, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi tərəfindən həyata keçirilən “Təhsil ocaqlarında Milli Qəhrəmanlar guşələrinin yaradılmasına ictimai dəstək” layihəsi davam edir.

Layihənin rəhbəri, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı həyata keçiriləcək layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, Ümummilli Liderimiz Heydər Əliyev Milli Qəhrəman ailələri ilə görüşü zamanı demişdi: “Vətənin müdafiəsi uğrunda şücaət, qəhrəmanlıq nümunələri göstərmiş insanlar qiymətləndirilir və unudulmur. Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz! Nə qədər Azərbaycan Xalqı, Azərbaycan Dövləti var, Şəhidlərimiz qəlbimizdə yaşayırlar və yaşayacaqlar!”

        Hal-hazırda Azərbaycanın ən öncül problemlərindən biri Azərbaycan vətəndaşlarında, xüsusən, gənclərimizdə vətənpərvərlik hissinin lazımı səviyyədə olmamasıdır. Bizcə, vətənpərvər olmaq heç də tez-tez  “ mən vətənimi canımdan artıq sevirəm” demək deyil. Əsl vətənpərvər o şəxsdir ki, Vətənin dar günündə onun dərdinə ürəkdən yanır, Vətənin hər-hansı probleminin həllində iştirakını özünün müqəddəs borcu bilir və ən əsası, Azərbaycan vətəndaşı olması ilə həmişə fəxr edir.

Etiraf etmək lazımdır ki, indiki müasir  gənclərimiz Milli Qəhrəmanlarımızı özlərinə biz-yaşlı nəsl Həzi Aslanovu, Mehdi Hüseynzadəni, Gəray Əsədovu, Qafur Məmmədovu və s. bu kimi  Sovet İttifaqı Qəhrəmanlarını özümüzə doğma bildiyimiz qədər doğma bilmirlər. Ona görə də biz Milli Qəhrəmanlarımızın tanıdılması və təbliğatı istiqamətində hələ çox iş görməliyik şüarını əsas götürərək respublikamızın təhsil ocaqlarında Azərbaycanın Milli Qəhrəmanlarının foto guşələrinin yaradılmasını həyata keçirtməyi özümüzə borc və şərəf bilirik.

  Vətənpərvərliyin təbliğ olunması istiqamətində ən önəmli olan Milli Qəhrəmanlar güşəsi bu günə kimi respublikamızın bir çox təhsil ocaqlarında yaradılmamış, bir çoxlarıda isə Milli Qəhrəmanlarımızın adına yaraşmayan formada yaradılmışdır. 

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi təhsil ocaqlarında Milli Qəhrəmanlarımıza həsr olunmuş tədbirləri keçirən zaman biz bu nəticəyə gəldik ki, o məktəblərdə ki, gənclər arasında vətənpərvərlik təbliği istiqamətində güclü iş gedir, Qəhrəmanlarımızın həyat və döyüş yolu barədə mütamadi olaraq tədbirlər keçirilir, o məktəblərdə şagirdlərin dərsə davamiyyəti və təhsil səviyyəsi çox yüksəkdir və ya əksinə, o məktəblərdə ki, şagirdlərin Vətən uğrunda canını fəda etmiş Milli Qəhrəmanlar barədə məlumatı səthi və ya yox səviyyəsindədir, o məktəblərdə təhsilin də səviyyəsi çox zəifdir. Belə məktəblərdə apardığımız sorğular zamanı şagirdlər 214 Milli Qəhrəmanımızdan hətta iki-üçünün belə adını çəkə bilmirdilər. Bizim fikirimizcə bu acınacaqlı halın əsas səbəbkarı təhsil ocaqlarının rəhbərliyidir. Bu problemin həllində əsas çıxış yolu olaraq biz Respublikamızın bütün təhsil ocaqlarında Milli Qəhrəmanlarımızın foto-şəkillərindən hazırlanmış foto-stendlərin quraşdırıldığı Milli Qəhrəmanlar guşələrinin yaradılmasını təklif edirik.

Bu gün hər bir uşaq, yeniyetmə və gəncin Vətənimizin layiqli vətəndaşı, Torpaqlarımızın qəhrəman müdafiəçiləri olması üçün onların vətənpərvər ruhda böyüməsi, tərbiyə alması vacib məsələdir.

Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə böyük  rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin təbliği kompaniyasının təşkili və bu istiqamətdə məlumatlandırıcı tədbirlərin həyata keçirilməsi çox aktual və əhəmiyyətlidir. Bu işdə valideyinlər, məktəblərlə yanaşı, bu işlə davamlı məşğul olan QHT-rin də xüsusi rolu var. 

Bu layihəni həyata keçirməkdə əsas məqsədimiz respublikanın bütün  orta təhsil ocaqlarında Milli Qəhrəmanlarımıza həsr olunmuş foto-güşələrin yaradılmasıdır.

214 Milli Qəhrəmanımızın fotolarından ibarət foto-plakatlar nəşr etdirərək Bakı şəhərinini Binəqədi, Nəsimi,Nizami, Pirallahı və respublikamızın Bərdə, Tərtər Fizuli rayonlarında ümumi olaraq 130 təhsil ocaqlarında Milli Qəhrəman guşələri yaratmaqda əsas məqsədimiz yeniyetmələrimizin və  gənclərimizin Vətən yolunda canlarını fəda etmiş Qəhrəmanları heç vaxt unutmamalarına, özlərinin gələcək işlərində, həyatında Qəhrəmanlardan nümunə götürməyə  nail olmaqdır.

                                              

        “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma”

                   İctimai Birliyinin  Mətbuat Xidməti

  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2622 dəfə oxunub




Flag Counter






» 5/8/2020- “VCT dayanıqlıq indeksi - 2019”

» 30/7/2020- İsmayıllı rayonunda təməli qoyulan “DOST Evi” mərkəzi bölgədə məşğulluğun, milli mədəniyyət nümunələri istehsalının və turizmin inkişafına dəstək verəcək

» 24/7/2020- "Əlilliyi olan uşaqların sosial reabilitasiyası” adlı layihəsini həyata keçirilir

» 21/7/2020- ZOOM/ SI&C

» 21/7/2020- DIPLOMATIYAMIZIN NÖVBƏTI BÖYÜK UĞURU

» 21/7/2020- İyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib.

» 21/7/2020- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciət edib.

» 15/7/2020- “Əlillik” altsistemində təkmilləşdirmələr aparılıb, bir sıra yeniliklər tətbiq edilib

» 14/7/2020- Əlil Təşkilatları İttifaqı Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatı ilə əlaqədar bəyanat yayıb

» 8/7/2020- VEBİNAR UN

» 8/7/2020- QHT Jest dilində məlumatlandırma tədbirlərini davam etdirir

» 6/7/2020- Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

» 1/7/2020- Vebinar. ZP MMBA

» 1/7/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində struktur islahatlar

» 1/7/2020- Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 5-ci işçi qrupunun iclası WG - 5 VEBINAR

» 28/6/2020- "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin 1 yaşı tamam olur.

» 27/6/2020- Dünya Bankı və Azərbaycan Hökuməti arasında “Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb

» 26/6/2020- ŞURANIN DƏSTƏYİLƏ İTALİYA VƏ UKRAYNANIN SƏHİYYƏ İSTİQAMƏTLİ TƏŞKİLATLARI İLƏ TƏCRÜBƏ MÜBADİLƏSİ APARILIB

» 23/6/2020- “Benefisiar məlumatların açıqlığına necə olaq?”

» 23/6/2020- “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsinin onlayn bağlanış konfransı keçirilib.