XƏBƏRLƏR




- 24/10/2016 “Qadın və İnkişaf” Mərkəzi Göycay rayonunda
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Şuranın dəstəyi ilə növbəti maarifləndirmə tədbiri
Göycay rayonunda keçirilmişdir
“Qadın və İnkişaf” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə regionlarda “Selektiv abortların qarşısının alınması və düzgün ailə planlaşdırılması sahəsində təbliğat işlərinin aparılması” adlı layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirini Göycay rayonunda dövlət qurumlarının, tibb işçilərinin, evdar qadınların, gənclərin və müəllimlərin iştirakı ilə keçirmişdir.
Həmin tədbiri Göyçay rayon icra hakimiyyəti başçının müavini Rəxşəndə Rəcəbova giriş sözü ilə açaraq mövzunun aktuallığı və əhəmiyyəti, bu istiqamətdə rayonda həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat vermişdir.
Tədbirdə çıxış edən Mərkəzin rəhbəri Pərvin Məmmədova belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə görə isə İcra Hakimiyyətinə minnətdarlığını bildirmişdir.
P.Məmmədova qeyd etmişdir ki, layihənin məqsədi rayonlarda əhali arasında reproduktiv sağlamlıq, sağlam analıq, ailə planlaşdırılması, abortların fəsadları və digər mövzularda icma səviyyəsində maarifləndirmə işi aparmaqla əhalinin, əsasən də yeniyetmələrin və reproduktiv yaş dövründə olan insanların bu sahədə müvafiq biliklərə yiyələnməsini təmin etməklə cinsi yolla yoluxan xəstəliklərin qarşısının alınmasına, abortların sayının azalmasına, körpələrin sağlam doğulmasına və nəticə etibarı ilə ana və körpə ölümünün sayının azalmasına nail olmaqdır.
Daha sonra ekspert qismində çıxış edən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katib vəzifəsini müvəqqəti icra edən Leyla Məmmədova ana və uşaq sağlamlığının Azərbaycan dövlətinin daim diqqət mərkəzində olduğunu vurğulamışdır. Leyla Məmmədova iştirakçılara Azərbaycanda ana və uşaq sağlamlığı sahəsində dövlət siyasəti barədə, reproduktiv sağlamlıq, ailə planlaşdırılması, antenatal xidmət, doğuşdan sonrakı dövrdə xidmət, abortların zərəri, erkən nikahların fəsadları, cinsi yolla yoluxan xəstəliklərin profilaktikası, effektiv kontrasepsiya üsulları barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, hal-hazırda dünyanın bir sıra ölkələrində narahatlığa səbəb olan aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır. Bəzi ailələrdə əsasən oğlan uşaqlarına üstünlüyün verilməsi cəmiyyətdə gender balansının, eləcə də genofondun pozulmasına gətirib çıxara bilər.
Tədbirdə çıxış edən Göycay Rayon Mərkəzi Xəstəxanasının həkimi isə yeni doğumuş uşaqların oğlan-qız nisbəti arasında böyük fərq yaranmaması üşün selektiv abortun qarşısının alınmasını nəzərdə tutan qanunvericiliyin qəbul olunmasına ehtiyac olduğunu vurğulamışdır.
Tədbirdə selektiv abortların qarşısının alınması və düzgün ailə planlaşdırılması ilə bağlı interaktiv müzakirələr və fikir mübadiləsi aparılmış, bu sahədə bir sıra təkliflər irəli sürülmüş, eyni zamanda müraciət edən qadınlara fərdi qaydada məsləhətlər verilmişdir.
Mətbuat xidməti
Bu xəbər 2244 dəfə oxunub