24 Mart 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
11/10/2016 QHT-lərlə birgə ictimai müzakirə keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində QHT-lərlə birgə ictimai müzakirə keçirilib Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və nazirlik yanında İctimai Şuranın təşkilatçılığı ilə “BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası insan hüquqları sahəsində qanunvericiliyin inkişafında yeni mərhələ kimi” mövzusunda ictimai müzakirə keçirilib. Tədbirdə nazirliyin, müvafiq sahə üzrə ixtisaslaşmış QHT-lərin, BMT Uşaq Fondunun (UNİCEF) nümayəndələri iştirak edib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov tədbiri giriş sözü ilə açaraq, əlilliyi olan şəxslərin sosial müdafiəsinin, onların reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyasının Azərbaycanda aparılan sosial siyasətin əsas prioritetlərindən olduğunu vurğulayıb. N.Məmmədov bu təbəqədən olan insanların maddi və mənəvi tələbatlarının ödənilməsi yönündə respublikamızda görülən işlərdən, icra olunan sosial proqramlardan bəhs edib. O bildirib ki, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına qoşulan ölkəmizdə bu sənəddən irəli gələn öhdəliklərin icrası istiqamətində mühüm işlər aparılır. Konvensiyanın icrasına dair Azərbaycan tərəfindən BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında təqdim edilən ilk məruzə də müsbət dəyərləndirilib. Qeyd olunan Konvensiyanın müddəaları nəzərə alınmaqla milli qanunvericiliyin təkmilləşdirilməsi işləri aparılır. Bununla əlaqədar hazırlanmış yeni “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun layihəsinə də qeyd olunan Komitə müsbət rəy verib. Həmin layihə, eyni zamanda Konvensiyanın müddəalarının icrası məqsədilə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair hazırlanmış Milli Fəaliyyət Proqramının layihəsi vətəndaş cəmiyyətləri ilə birgə müzakirələr şəraitində daha da təkmilləşdirilib. Nazir müavini keçirilən bu ictimai müzakirənin də BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının ölkəmizdə icrası məsələlərinə, bu sənədin milli qanunvericiliyin inkişafında roluna həsr edildiyini diqqətə çatdırıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Mayis Əliyev BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının həmin təbəqədən olan insanların sosial müdafiəsi ilə bağlı qanunvericiliyin inkişafında əhəmiyyətindən bəhs edib. Tədbirdə "Əlil Təşkilatları İttifaqının sədri və İctimai Şuranın sədr müavini Davud Rəhimli, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının sektor müdiri Müqalib Mahmudovun (“BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının insan hüquqları sahəsində qanunvericiliyin inkişafına təsiri”), UNICEF-in Azərbaycandakı nümayəndəliyinin uşaq müdafiəsi şöbəsinin müdiri Ramiz Behbudovun ( “Konvensiyanın milli səviyyədə icrasına UNİCEF-in töhfələri”), Şuranın sədr müavini və b. çıxışları dinlənilib. Tədbir mövzuya dair müzakirələrlə davam edib, təklif və tövsiyələr bildirilib.
 
Əlil Təşkilatları İttifaqı -ƏTİ İnformasiya portalı  www.udpo.az adlı birinin şəkli.
Əlil Təşkilatları İttifaqı -ƏTİ İnformasiya portalı  www.udpo.az adlı birinin şəkli.
 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2491 dəfə oxunub




Flag Counter






» 07/3/2023- Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 8/3/2023- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.

» 8/3/2023- USAID-in Azərbaycan üzrə missiyasının rəhbəri Maykl Nirbas 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib

» 8/3/2023- Avropa İttifaqının səfiri: Qadın böyük qüvvədir

» 7/3/2023- Təbrik edirik!

» 6/3/2023- Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 3/3/2023- QHT Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edir

» 1/3/2023- Füzuli Mərkəzi Parkında inklüzivliyin təmin olunması müzakirə olunub

» 28/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/02/2023- UNDP Azərbaycan

» 25/2/2023- Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar şəhid Murad Məmmədovun əl işlərindən ibarət sərgi keçirilib

» 25/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/2/2023- Dünya Bankının insan inkişafı üzrə regional direktoru Fadia Saadahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub

» 23/2/2023- Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

» 22/2/2023- Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

» 22/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/2/2023- “Qarabağ Duyğularımın Rəngi ilə” adlı sərgi keçirilib

» 21/2/2023- “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib

» 20/2/2023- Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilib

» 17/2/2023- Agentlik Kiçik Qrant məbləğində dəyişiklik etdi