24 Mart 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3/10/2016 QHT-lər Lənkəran şəhərində


QHT-lər Lənkəran şəhərində keçirilən “SÜRÜCÜLƏR İNTİZAMLI OLUN!”  təhlükəsizlik günlərində yaxından iştirak edərək DYP dəsdək verdilər.

        Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fond, “Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layihədə nəzərdə tutulmuş tədbirlər planına uyğun olraq 30 sentyabr və 1 oktyabr 2016-cı il tarixlərində, Azərbaycanımızın döğma diyarlarından biri sayılan, Lənkəran şəhərinin mərkəzi yollarında “SÜRÜCÜLƏR İNTİZAMLI OLUN!” təhlükəsizlik günləri keçirərək vətəndaşların təhlükəsizliyini müdafiyyə edib, yol hərəkət qaydalarını pozan sürücülərə qarşı mübarizə apararaq, baş verən yol nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimayi dəstək verərək sil-silə tədbirlərlə xeyirxah missiyasını davam etdi.  

      Tədbirdə, Lənkəran şəhər Polis Şöbəsinin DYP İdarəsinin yol patrul xidməti inspektorları, Lənkəran şəhərində fəaliyyət göstərən Vətənpərvər QHT-dan Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin  Lənkaran şöbəsinin sədri, Azərbaycanın Milli Qəhraman şəhid atası Hacı Ələkbər Əliyev, Əfqanıstan müharibəsi Veteranlar Birliyinin Lənkaran şəhər şöbəsinin sədri Fəxrəddin Hüseyin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lənkəran şöbəsinin sədri Əbülfət Əliyev, 20 yanvar Cəmiyyəti İctimai Birliyinin Lənkəran şöbəsinin sədri Yusif Abdullayev və KİV nümayəndələri iştirak edərək Lənkəran şəhər Polis Şöbəsinin DYP dəsdək  ictimai dəsdək verdilər.

       Tədbir iştirakçıları tədbir başlamazdan ilk öncə, Lənkəran şəhərində VƏTƏN UĞRUNDA ŞƏHİD OLANLARIN ƏBƏDİ XATİRƏSİNƏ UCALDILMIŞ ABİDƏNİ ziyarət etdi və sonra tədbir şəhərinin mərkəzi yollarında davam etdi.

      Tədbirdə çixış edən, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti və layihənin direktoru Sərraf Orucov həyata keçiriləcək layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, avtomobil yollarında vətəndaşların təhlükəsizliyini müdafiyyə edib, yol hərəkət qaydalarını pozan sürücülərə  və piyadalara qarşı mübarizə apararaq, baş verən yol nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınması üçün Dövlət Yol Polis İdarəsinin əməkdaşlarına ictimayi dəsdək verməkdir.

      Sərraf Orucov xüsusi ilə qeyd edərək bildirdi ki, hər gün avtoqəzalarla bağlı bu qədər ölüm xəbərləri eşitdiyimiz halda sürücülər yenədə qaydaları pozurlar, içkili vəziyyətdə sükan arxasına oturaraq yeni-yeni faciələr törədirlər. Bu gün bizim hər birimiz və aillə üzvülərimiz avtomobil qəzaların qurbanları ola bilərik və bu təhlikə hələ davam edir. Nəqliyyat vasitəsinin sərxoş sürücü tərəfindən idarə olunması, yollarda bütün hərəkət iştirakçıları üçün ən böyük təhlükədir. Onlara qarşı yaxınları, ailə üzvləri  də mübarizə aparmalıdır. Bu problem ictimayəti narahat edən ən aktual problemlərdən biridir. Yol hərəkət qaydalarını pozan sürüçülərin törətdikləri avtomobil yol qəzaları millətin sağlam həyyat tərzi üçün təhlükə törədir. Ümumiyyətlə son vaxtlar elə gün olmur ki, avtomobil qəzaları barədə məlumatlar yayılmasın. Təsüflər olsun ki, hər gün “Avtomobil qəzası nəticəsində coxlu sayda  adam öldü” Bu söz artıq o qədər adiləşib ki, bizim üçün, hər gün duyduğumuz xəbərə çevrilib. Azərbaycanda hər il təxminən 3500-dən çox yol nəqliyyat hadisəsi qeydə alınır. Bu qəzalarda hər il 1000-dən çox insan dünyasını dəyişir, 2000-ə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alır. 

       Sərraf Orucov tədbir zamanı yolda hərəkət edən sürücülərə və piyadalara müraçiyət edərək bildirdi ki, Əziz sürücülər və piyadalar, Siz də bizim bu həyyata keçirtiyimiz kampaniyaya qoşularaq, qəzada ölən yaxınlarınızı, dostlarınızı xatırlayın. Düşünün, bir çox hallarda bu qəzalar baş verməyə bilərdi. Əzizləriniz bu gün də sizinlə olardı. Həyatın ləzzətini yaşayardı… Hər birimiz – istər sürücü, istər piyada olaq, məsuliyyətimizi dərk etməliyik. Özümüzü də, özgələri də qorumaq qayğısına qalmalıyıq… Həyat gözəldir, yaşamaq gözəldir. Təsadüfləri nəzərə almasaq, çox şey bizdən – səndən, məndən, hər birimizdən asılıdır… Həyatın bir yol verildiyini ki, hər kəs bilir… Çalışaq yol qurbanı olmayaq. "UNUTMAYIN Kİ, SİZİN ANİ SƏHLƏNKARLIĞINIZ,  ÖZÜNÜZÜN  VƏ BAŞQALARININ HƏYATINI ALT-ÜST EDƏ BİLƏR!"

      Tədbirdə iştirak edən, Lənkaran şəhər Polis Şöbəsinin DYP İdarəsinin rəisi polis kapitanı Elşən Əzizov həyata keçirilən “Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili”layihə haqqında çıxış edərək bildirdi ki, bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağırlı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevirilən avtomabil qəzalarıdır.  Lənkaran şəhərdə 18 000 avtomabil rəsmi qeydiyatdadır.  Xaçmaz rayonunun ərazisində 2016-ci ilin yanvar ayından bu gün ki 9 ay ərzində 47 yol-nəqliyyat hadisəsi qeydə alınıb.  Baş vermiş yol nəqliyyat hadisəsi zamanı 9 nəfər ölüb, 60 nəfər isə müxtəlif dərəcəli badən xəsarəti alaraq yaralanmışdır. Lənkaran şəhər DYP İdarəsininn əməkdaşlarının ayıq-sayıqlığı sayəsində 9 ay ərzində 6625  inzibati  xəta aşkarlanmışdır, onlardan 13558 kobud qayda pozuntusu aşkarlanmışdır. Bu 9 ay ərzində 142  sərxoş sürücü aşkar edilmişdir ki, buda keçən ilin müvafiq dövrü ilə müqayisədə 54 fakt çoxdur .

     Buna görədə, Lənkaran şəhərində həyyata keçirilən belə bir xeyirxah missiyalı layi­hədə həllinə çalışmaq istənilən problemlər Azərbaycan cəmiyyəti üçün ciddi və aktual problemlərdən biri hesab edilir. Layihə mövcud problemi tam həl etməsədə, qaldırılmış problemin həllində qabaqlayıcı tədbir kimi dəyərləndirərək, Lənkəran şəhər Polis Şöbəsinin DYP İdarəsinin əməkdaşları, sürüçülər, piyadalar və şəhər ictimayyəti  tərəfindən müsbət qarşılandı.

     Lənkəran şəhərnda həyyata keçirilən, “Yol-nəqliyyat qəzalarına qarşı  mübarizə kampaniyasının təşkili” layihəsinə kömək etmək məqsədi ilə, DİN Baş Dövlət Yol Polis  İdarəsinin və  Lənkəran şəhər İcra Hakimiyyətinin rəhbərliyinin razılığına və tapşırığlarına əsasən, Lənkəran şəhər ərazisində layihəinin uğurla həyata keçməsi üçün, Lənkəran şəhər DYP Şöbəsininini yol patrul xidməti inspektorları və yol patrul nəqliyyat vastəsi ilə yaxından iştirak edərək öz köməkliymizi  əsirgəmirik. Ümüd edirik ki,“Yol-nəqliyyat qəzalarına qarşı  mübarizə kampaniyasının təşkili” layihəsi sahəsində görülən təbliğat-təşviqat işləri, avtomobil qəzalarının törətdiyi acı fəsadları aradan qaldrmaq istiqamətində və ölkəmizdə vətəndaşlarımızın təhlükəsizliyinin müdafiyəsinə öz xeyirli tövhəsini verəcəkdir.

    Elşən Əzizov çıxışının sonunda, “Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layihəsini Lənkəran şəhərində həyata keçirdib DYP ictimai dəsdək verdiyi üçün, Lənkaran şəhər Polis Şöbəsinin DYP adından, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şuranın butün əməkdaşlarına və layihəni həvvəslə həyata keçirən, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun əməkdaşlarına öz təşəkkürünü bildirdi.

   Tədbir müddətində, Lənkaran şəhərinin mərkəzi yollarında yol dairələrdəki, yollarda “SÜRÜCÜLƏR İNTİZAMLI OLUN!” təhlükəsizlik günləri şurarı ilə, 1500 nəfər yoldan hərəkət edən sürüçülər və piyadalar arasında marifləndirmə təbliğatı apararıldı.                      

Davud Rəhimli

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3326 dəfə oxunub




Flag Counter






» 07/3/2023- Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 8/3/2023- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.

» 8/3/2023- USAID-in Azərbaycan üzrə missiyasının rəhbəri Maykl Nirbas 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib

» 8/3/2023- Avropa İttifaqının səfiri: Qadın böyük qüvvədir

» 7/3/2023- Təbrik edirik!

» 6/3/2023- Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 3/3/2023- QHT Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edir

» 1/3/2023- Füzuli Mərkəzi Parkında inklüzivliyin təmin olunması müzakirə olunub

» 28/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/02/2023- UNDP Azərbaycan

» 25/2/2023- Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar şəhid Murad Məmmədovun əl işlərindən ibarət sərgi keçirilib

» 25/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/2/2023- Dünya Bankının insan inkişafı üzrə regional direktoru Fadia Saadahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub

» 23/2/2023- Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

» 22/2/2023- Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

» 22/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/2/2023- “Qarabağ Duyğularımın Rəngi ilə” adlı sərgi keçirilib

» 21/2/2023- “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib

» 20/2/2023- Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilib

» 17/2/2023- Agentlik Kiçik Qrant məbləğində dəyişiklik etdi