16 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
29/9/2016 QHT sürücülərə xəbərdarlıq etdi


"Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu ayrı-ayrı regiyonlarda "Sürücülər intizamlı olun!" təhlükəsizlik günləri keçirərək  xeyirxah missiyasını davam edir.

 

        Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fond, Mingəçevir şəhərində Qeyri Hökümət Təşkilatlarının və KİV nümayəndələrinin birgə iştirakı ilə, “Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layihədə nəzərdə tutulmuş tədbirlər planına uyğun olraq 27-28-29 sentyabr 2016-cı il tarixlərində, Mingəçevir şəhərinin mərkəzi yollarında SÜRÜCÜLƏR İNTİZAMLI OLUN! təhlükəsizlik günləri keçirərək vətəndaşların təhlükəsizliyini müdafiyyə edib, yol hərəkət qaydalarını pozan sürücülərə qarşı mübarizə apararaq, baş verən yol nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimayi dəstək verərək silsilə tədbirlərlə  xeyirxah missiyasını davam etdi.

       Tədbirdə çixış edən, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti və layihənin direktoru Sərraf Orucov həyata keçiriləcək layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, avtomobil yollarında vətəndaşların təhlükəsizliyini müdafiyyə edib, yol hərəkət qaydalarını pozan sürücülərə  və piyadalara qarşı mübarizə apararaq, baş verən yol nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınması üçün Dövlət Yol Polis İdarəsinin əməkdaşlarına ictimayi dəsdək verməkdir.

      Sərraf Orucov xüsusi ilə qeyd edərək bildirdi ki, hər gün avtoqəzalarla bağlı bu qədər ölüm xəbərləri eşitdiyimiz halda sürücülər yenədə qaydaları pozurlar, içkili vəziyyətdə sükan arxasına oturaraq yeni-yeni faciələr törədirlər. Bu gün bizim hər birimiz və aillə üzvülərimiz avtomobil qəzaların qurbanları ola bilərik və bu təhlikə hələ davam edir. 

       Sərraf Orucov yolda hərəkət edən sürücülərə və piyadalara müraçiyət edərək bildirdi ki, Əziz sürücülər və piyadalar, Siz də bizim bu həyyata keçirtiyimiz kampaniyaya qoşularaq, qəzada ölən yaxınlarınızı, dostlarınızı xatırlayın. Düşünün, bir çox hallarda bu qəzalar baş verməyə bilərdi. Əzizləriniz bu gün də sizinlə olardı. Həyatın ləzzətini yaşayardı… Hər birimiz – istər sürücü, istər piyada olaq, məsuliyyətimizi dərk etməliyik. Özümüzü də, özgələri də qorumaq qayğısına qalmalıyıq… Həyat gözəldir, yaşamaq gözəldir.  Təsadüfləri nəzərə almasaq, çox şey bizdən – səndən, məndən, hər birimizdən asılıdır… Həyatın bir yol verildiyini ki, hər kəs bilir… Çalışaq yol qurbanı olmayaq. "UNUTMAYIN Kİ, SİZİN ANİ SƏHLƏNKARLIĞINIZ,  ÖZÜNÜZÜN  VƏ BAŞQALARININ HƏYATINI ALT-ÜST EDƏ BİLƏR!"

       Sərraf Orucov çıxışının sonunda təssüflə Mingəçevir şəhər ictimayyətinə məlumat verərək bildirdi ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şobəsindən, DİN Baş Dövlət Yol Polis İdarəsindən və Mingəçevir şəhər İcra Hakimiyyətinədən icazə verilməsinə baxmayaraq, Mingəçevir şəhər Polis Şöbəsinin rəis müavini Allahverdi Siraclı öz səlayihətlərini aşaraq belə bir xeyirxah missiyalı layihənin əhalisinin Azərbaycanın 4-cü iri sənaye şəhərlərindən və əhalisinin sayına  görə 122 000 min sakini olan Mingəçevir şəhərində dahada efektli icra edib Mingəçevir şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə birlikdə əməkdaşlıq edərək, "SÜRÜCÜLƏR İNTİZAMLI OLUN!" təhlükəsizlik günləri keçirtməyimizə köbudcasına  maneçilik törətddi. Hətdda heç bizə icazə vermədi ki, biz layihədə nəzərdə tutulmuş Mingəçevir şəhər Dövlət Yol Polis İdarəsinin rəisi ilə görüşüb ona layihə haqqında məlumat verək, Mingəçevir şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşlarına layihə çərçivəsində hazırladığımız və sürüçülərə paylamaq üçün maarifləndirmə təbliğat bukletlərini onlara təqdim etməyimizə icazə vermədi. Şöbə rəis müavini Allahverdi Siraclı ilə görüşümüzdə o bizə bildirdi ki, Əvvala birincisi Mingəçevir şəhəri kiriminal şəhərdi, qorxuram  ki,  Dövlət Yol Polis İdarəsinin əməkdaşları yollarda layihə çərçivəsində sürüçülərə maarifləndirmə işləri apardığı zaman maşınların altında qala bilələr. Mən qorxuram, mən bu cavabdehliyi üzərimə götürə bilmərəm. Buna görə  Mingəçevir şəhər icra başçısı belə mənə tapşırıq versə belə,  DİN-dən şəxsən nazirdən rəsmi yazılı sürətdə göstəriş almasam mən icazə verməyəcəm.  Mən avropada təhsil almışam. Mən avropa tərbiyəsi görmüşəm. Hansi ki, Allahverdi Siraclı bizim həyata kiçirtdiyimiz “Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layihəyə heç bir adiyyəti olmayan şəxsdi. Allahverdi Siraclı, öz vəzifə səlahiyyətlərini aşaraq kobudcasına Azərbaycan Respublikası Prezident Administrasiyasının, DİN Baş Dövlət Yol Polis  İdarəsinin və Mingəçevir şəhər İcra Hakimiyyətinin 1-ci müavini İlham İsmayılovun taşırığını rədd etdi. Buna görə biz təşkilatımızın adından qanuni müfafiq sənədləri əlavə edərək, Azərbaycan Respublikasının Administrasiyasına, Daxili İşlər Nazirliyinə,  Baş Dövlət Yol Polis İdarəsinə və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısına rəsmi məktub yazaraq, Mingəçevir şəhər Polis Şöbəsinin rəis müavini Allahverdi Siraclının öz vəzifə səlahiyyətlərini aşdığına görə cavab verərək cəzalandırilmasını xahiş edəcəyik.

     Tədbirdə iştirak edən, Hüquqşunaslar “Hüquq Kolstantik” MMC-nin drektoru Azər Səfərov və hüquqşunası Məcid Məmmədov və avtomobil üzrə ekspert Mahir Çıraqov çıxış edərək qeyd etdilər ki, nəqliyyat vasitəsinin sərxoş sürücü tərəfindən idarə olunması, yollarda bütün hərəkət iştirakçıları üçün ən böyük təhlükədir. Onlara qarşı yaxınları, ailə üzvləri  də mübarizə aparmalıdır. Bu problem ictimayəti narahat edən ən aktual problemlərdən biridir. Yol hərəkət qaydalarını pozan sürüçülərin törətdikləri avtomobil yol qəzaları millətin sağlam həyyat tərzi üçün təhlükə törədir.  Ümumiyyətlə son vaxtlar elə gün olmur ki, avtomobil qəzaları barədə məlumatlar yayılmasın.  Təsüflər olsun ki, hər gün “Avtomobil qəzası nəticəsində coxlu sayda  adam ölür” Bu söz artıq o qədər adiləşib ki, bizim üçün, hər gün duyduğumuz xəbərə çevrilib. Azərbaycanda hər il təxminən 3500-dən çox yol nəqliyyat hadisəsi qeydə alınır. Bu qəzalarda hər il 1000-dən çox insan dünyasını dəyişir, 2000-ə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alır. 

       Hüquqşunaslar “Hüquq Kolstantik” MMC-nin drektoru Azər Səfərov və hüquqşunası Məcid Məmmədov çıxışlarının sonunda, rəis müavini Allahverdi Siraclının  öz səlayihətini aşaraq Mingəçevir şəhər Dövlət Yol Polisinə ictimayyi dəstəyin verilməsinin qarşısını aldığı üçün, onun əməllərini pisləyərək təssüfləndiklərini bildirdilər.

       Mingəçevir şəhər Polis Şöbəsinin rəis müavini Allahverdi Siraclı mane olmasına baxmayaraq,  Mingəçevir şəhər İcra Hakimiyyətinin rəhbərliyinin icazəsi ilə Tədbir Mingəçevir şəhərinin mərkəzi yollarında yol dairələrdəki yollarda “SÜRÜCÜLƏR İNTİZAMLI OLUN!” təhlükəsizlik günləri şurarı ilə, 1200 nəfər yoldan hərəkət edən sürüçülər və piyadalar arasında marifləndirmə təbliğatı apararıldı.                      

     Mingəçevir şəhərində həyata keçirilən belə bir xeyirxah missiyalı məqsədli, “Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layi­hə­sində həllinə çalışmaq istədiyimiz problemlər, Azərbaycan cəmiyyəti üçün ciddi və aktual problemlərdən biri hesab edildi. Layihə mövcud problemi tam həl etməsədə, qaldırılmış problemin həllində qabaqlayıcı tədbir kimi dəyərləndirərək, Mingəçevir şəhərində sürüçülər, piyadalar və şəhər ictimayyəti  tərəfindən müsbət qarşılandı.

    

Davud Rəhimli

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1201 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində

» 30/7/2019- "Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili"