24 Sentyabr 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27/9/2016 SÜRÜCÜLƏR, İNTİZAMLI OLUN!


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fond, Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşlarının, Qeyri Hökümət Təşkilatlarının və KİV nümayəndələrinin birgə iştirakı ilə, “Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layihədə nəzərdə tutulmuş tədbirlər planına uyğun olraq 23-24-25 sentyabr 2016-cı il tarixlərində, Xaçmaz rayonunun mərkəzi yollarında SÜRÜCÜLƏR İNTİZAMLI OLUN! təhlükəsizlik günləri keçirərək vətəndaşların təhlükəsizliyini müdafiyyə edib, yol hərəkət qaydalarını pozan sürücülərə qarşı mübarizə apararaq, baş verən yol nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimayi dəstək verərək silsilə tədbirlərlə  xeyirxah missiyasını davam edir.

       Tədbirdə çixış edən, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti və layihənin direktoru Sərraf Orucov həyata keçiriləcək layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, avtomobil yollarında vətəndaşların təhlükəsizliyini müdafiyyə edib, yol hərəkət qaydalarını pozan sürücülərə  və piyadalara qarşı mübarizə apararaq, baş verən yol nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınması üçün Dövlət Yol Polis İdarəsinin əməkdaşlarına ictimayi dəsdək verməkdir.

      Sərraf Orucov xüsusi ilə qeyd edərək bildirdi ki, hər gün avtoqəzalarla bağlı bu qədər ölüm xəbərləri eşitdiyimiz halda sürücülər yenədə qaydaları pozurlar, içkili vəziyyətdə sükan arxasına oturaraq yeni-yeni faciələr törədirlər. Bu gün bizim hər birimiz və aillə üzvülərimiz avtomobil qəzaların qurbanları ola bilərik və bu təhlikə hələ davam edir. 

       Sərraf Orucov çıxışının sonunda yolda hərəkət edən sürücülərə və piyadalara müraçiyət edərək bildirdi ki, Əziz sürücülər və piyadalar,  Siz də bizim bu həyyata keçirtiyimiz kampaniyaya qoşularaq, qəzada ölən yaxınlarınızı, dostlarınızı xatırlayın. Düşünün, bir çox hallarda bu qəzalar baş verməyə bilərdi. Əzizləriniz bu gün də sizinlə olardı. Həyatın ləzzətini yaşayardı… Hər birimiz – istər sürücü, istər piyada olaq, məsuliyyətimizi dərk etməliyik. Özümüzü də, özgələri də qorumaq qayğısına qalmalıyıq… Həyat gözəldir, yaşamaq gözəldir.

      Təsadüfləri nəzərə almasaq, çox şey bizdən – səndən, məndən, hər birimizdən asılıdır… Həyatın bir yol verildiyini ki, hər kəs bilir… Çalışaq yol qurbanı olmayaq. "UNUTMAYIN Kİ, SİZİN ANİ SƏHLƏNKARLIĞINIZ,  ÖZÜNÜZÜN  VƏ BAŞQALARININ HƏYATINI ALT-ÜST EDƏ BİLƏR!"

       Tədbirdə iştirak edən, Hüquqşunaslar “Hüquq Kostantik” MMC-nin hüquqşunası Məcid Məmmədov və İlham Əhmədov çıxış edərək qeyd etdilər ki,  nəqliyyat vasitəsinin sərxoş sürücü tərəfindən idarə olunması, yollarda bütün hərəkət iştirakçıları üçün ən böyük təhlükədir. Onlara qarşı yaxınları, ailə üzvləri  də mübarizə aparmalıdır. Bu problem ictimayəti narahat edən ən aktual problemlərdən biridir. Yol hərəkət qaydalarını pozan sürüçülərin törətdikləri avtomobil yol qəzaları millətin sağlam həyyat tərzi üçün təhlükə törədir.  Ümumiyyətlə son vaxtlar elə gün olmur ki, avtomobil qəzaları barədə məlumatlar yayılmasın.  Təsüflər olsun ki, hər gün “Avtomobil qəzası nəticəsində coxlu sayda  adam öldü” Bu söz artıq o qədər adiləşib ki, bizim üçün, hər gün duyduğumuz xəbərə çevrilib. Azərbaycanda hər il təxminən 3500-dən çox yol nəqliyyat hadisəsi qeydə alınır. Bu qəzalarda hər il 1000-dən çox insan dünyasını dəyişir, 2000-ə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alır. 

      Tədbirdə iştirak edən, Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidmətinin Baş inispektoru və Xaçmaz Rayon Dövlət Yol Polis İdarəsininn rəis vəzifəsini müfəqqəti icra edən polis mayoru Samir Abuzərov həyata keçirilən layihə haqqında çıxış edərək bildirdi ki, bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağırlı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevirilən avtomabil qəzalarıdır.  Xaçmaz rayonunda 160 000 avtomabil rəsmi qeydiyatdadır.  Xaçmaz rayonunun ərazisində 2016-ci ilin yanvar ayından bu gün ki 9 ay müddətində, 21 yol-nəqliyyat hadisəsi qeydə alınıb.  Nəticədə 3 nəfər ölüb, 23 nəfər xəsarət alaraq yaralanmışdır. Xaçmaz Rayon Dövlət Yol Polis İdarəsininn əməkdaşlarının ayıq-sayıqlığı sayəsində ötən ilin müvafiq  dövrü ilə müqayisədə yol-nəqliyyat hadisəsi, ölüm və xəsarət faktı 2 dəfə  azalmışdır.

     Xaçmaz Rayonunda həyyata keçirilən belə bir xeyirxah missiyalı məqsəd güdən “Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layi­hə­sində həllinə çalışmaq istədiyimiz problemlər, Azərbaycan cəmiyyəti üçün ciddi və aktual problemlərdən biri hesab edilir. Layihə mövcud problemi tam həl etməsədə, qaldırılmış problemin həllində qabaqlayıcı tədbir kimi dəyərləndirərək,     Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları, sürüçülər, piyadalar və şəhər ictimayyəti  tərəfindən müsbət qarşılandı.

     Xaçmaz rayonunda həyyata keçirilən, “Yol-nəqliyyat qəzalarına qarşı  mübarizə kampaniyasının təşkili” layihəsinə kömək etmək məqsədi ilə, Xaçmaz Rayon İcra Hakimiyyətinin birinci müavini Yetkin Mehmanovun və Xaçmaz Rayon Polis Şöbəsinin rəyisi polis polkovniki cənab Nofəl Məhərrəmovun tağşırığlarına əsasən, Xaçmaz Rayon Dövlət Yol Polis İdarəsinin əməkdaşları, layihəinin Xaçmaz Rayon ərazisində uğurla həyata keçməsi üçün, Yol Polis inispektorlarının və yol patrul nəqliyyat vastəsi ilə yaxından iştirak edərək öz köməkliymizi  əsirgəməyəcəkdir.

      Belə bir əhəmiyyətli layihəni maliyələşdirib avtomobil yollarında vətəndaşların təhlükəsizliyini müdafiyyə edib, yol hərəkət qaydalarını pozan sürücülərə və piyadalara qarşı mübarizə apararaq, baş verən yol nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimayi dəsdək verdiyi üçün,  Xaçmaz Rayon İcra Hakimiyyətinin birinci müavini Yetkin Mehmanovun və Xaçmaz Rayon Polis Şöbəsinin rəyisi polis polkovniki cənab Nofəl Məhərrəmovun adından, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınının rəhbəri cənab Azay Quliyev başda olmaqla Şuranın butün əməkdaşlarına və layihəni həyata keçirən, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun əməkdaşlarına öz təşəkkürünü bildirirdi.

       Samir Abuzərov çıxışının sonunda  ümüd edərək bildirdi ki, “Yol-nəqliyyat qəzalarına qarşı  mübarizə kampaniyasının təşkili” layihəsi sahəsində görülən təbliğat-təşviqat işləri, avtomobil qəzalarının törətdiyi acı fəsadları aradan qaldrmaq istiqamətində və ölkəmizdə vətəndaşlarımızın təhlükəsizliyinin müdafiyəsinə öz xeyirli tövhəsini verəcəkdir.

         Tədbir Xaçmaz rayonunun mərkəzi yollarında yol dairələrdə və əhalinin sıx olduğu yollarda SÜRÜCÜLƏR İNTİZAMLI OLUN! təhlükəsizlik günləri şurarı ilə, yoldan hərəkət edən sürüçülər və piyadalar arasında marifləndirmə təbliğatı apararaq  davam edir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Davud Rəhimli

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1476 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 23/9/2020- Online discussion on the Web Accessibility Directive starts

» 23/9/2020- "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotipləri və gender əsaslı zorakılığa qarşı"

» 23/9/2020- Gələn ay əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu başlanacaq

» 22/9/2020- Protez-Ortopedik Bərpa Mərkəzi 230-dan çox əlilliyi olan şəxsə səyyar xidmət göstərdi

» 21/9/2020- Naftalan, Ağstafa və Lerikdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlərlə təmin olundu

» 19/9/2020- “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib

» 18/9/2020- Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı

» 17/9/2020- Nazir Sahil Babayev özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış kiçik müəssisələrə baxış keçirdi

» 16/9/2020- UNEC tələbəsi Birləşmiş Krallığın dəstəyilə "British Council" tərəfindən keçirilən "Creative Spark" müsabiqəsində dünya çempionu olub.

» 16/9/2020- "Əlilliyi olan aztəminatlı ailələrə sosial dəstək"

» 15/9/2020- Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açıldı

» 14/9/2020- “Qəhrəmanlarımız qürur mənbəyimizdir”

» 10/9/2020- Yenə standartlara uyğun olmayan ramp, əlilliyi olan şəxslərə qarşı laqeydlik, yanlış məlumat.

» 10/9/2020- Ağstafada 16 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlərlə təmin olundu

» 9/9/2020- Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verildi

» 8/9/2020- Qaradağ, Xətai, Binəqədi, Nərimanov, Saatlı, Sabirabad, Şuşa və Zəngilan rayonları üzrə xüsusi və güzəştli şərtlərlə pensiya təyin olunanların nəzərinə

» 5/9/2020- Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə bu dəfə həndbol üzrə inkluziv idman yarışları keçirildi

» 4/9/2020- AR Milli Məclisinin İnsan Hüquqları Komitəsi tərəfindən insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərlə birgə video-konfrans keçirmişdir.

» 3/9/2020- Əlilliyi olan uşaqların qatıldığı inkluziv idman yarışları təşkil edilib

» 2/9/2020- Bakıda Mərdəkan-Buzovna-Bilgəh magistral yolunda yeni piyada körpüsü istifadəyə verilib.