13 Noyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
9/9/2016 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNİCEF-lə əməkdaşlığın gələcək istiqamətləri nəzərdən keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNİCEF-lə əməkdaşlığın gələcək istiqamətləri nəzərdən keçirilib

 

   Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Edvard Karvardin ilə tanışlıq görüşü olub. 
   Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə dövlət uşaq siyasətinin daim inkişaf etdirildiyini, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunun uşaqların müdafiəsinin gücləndirilməsinə, habelə onların etibarlı sosial təminat sistemi ilə əhatə olunmasına da şərait yaratdığını  bildirib. Hazırda ölkəmizdə sosial təminat növlərindən bir qisminin məhz uşaqlara yönəldiyini qeyd edən S.Müslümov ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət ödənilən ailələrdəki ailə üzvlərinin də böyük əksəriyyətinin uşaqlar olduğunu diqqətə çatdırıb. 
   Nazir ölkəmizdə uşaqların sosial müdafiəsi sahəsində aparılan işlərdə  UNİCEF-lə əməkdaşlığın önəmini vurğulayıb: “Bu əməkdaşlıq “Sosial xidmət haqqında” Qanunun hazırlanmasında, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının ratifikasiyasında, sağlamlıq imkanları məhdud uşaqlar və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlarla bağlı sosial reabilitasiya sisteminin təkmilləşdirilməsində öz töhfələrini verib”. S.Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə UNİCEF arasında 2014-2015-ci illərdə icra olunan birgə Fəaliyyət Planının əhəmiyyətini vurğulayıb: “Həmin sənədə uyğun olaraq,  “Uşaq qayğı sistemində islahatlar” üzrə Tədbirlər Planı uğurla icra edilib. Eləcə də uşaqlarla bağlı sosial xidmətlər sisteminin inkişafının texniki dəstəklənməsi, bu sahədə peşəkar kadr resurslarının, nazirliyin tabeliyindəki bərpa mərkəzlərinin sosial reabilitasiya imkanlarının artırılması üçün mühüm işlər görülüb. Sosial sifarişlər üzrə prioritetlərin müəyyənləşdirilməsi və müvafiq texniki tapşırıqların hazırlanması, çətin həyat şəraitində olan uşaqların və onların ailələrinin sosial xidmətlərə çıxışının texniki dəstəklənməsi sahəsində görülən işlər də əməkdaşlıq təcrübəsinin uğurlu davamı olub”.
   S.Müslümov nazirliyin sosial sifarişləri əsasında sağlamlıq imkanları məhdud uşaqların və sosial təhlükəli vəziyyətdə olan baxımsız uşaqların reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunması məqsədilə icra olunan layihələri qeyd edib: “Həmin sifarişlər üzrə qeyri-hökumət təşkilatı tərəfindən 2013-cü ildə 15 prioritet istiqamət üzrə 30 layihə həyata keçirilibsə, 2014-cü ildə 23 prioritet istiqamət üzrə 32 və 2015-ci ildə 24 prioritet istiqamət üzrə 33 layihə icra edilib”. 
   Nazir bildirib ki, bu layihələrin icrası və monitorinqinin təmin edilməsində də UNİCEF-lə sıx əməkdaşlıq həyata keçirilir: “Eyni zamanda əhalinin sosial xidmətlərə olan ehtiyacının müəyyən edilməsi, mövcud sosial xidmətlərin qiymətləndirilməsi və resursların planlaşdırılması məqsədilə nazirliyin dəstəyi ilə və UNİCEF-in Azərbaycandakı nümayəndəliyi tərəfindən 2013-cü ilin noyabr ayından etibarən “Sosial xəritələşmə” layihəsinin icrasına başlanılıb. Bu layihə risk qrupunda olan şəxslərin sosial xidmətlərə olan tələbatının öyrənilməsində və buna uyğun olaraq sosial xidmət sahəsində prioritetlərin müəyyən edilməsində mühüm rola malikdir”.
   Cari ildə  də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNİCEF arasında 2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramının qəbul olunduğunu qeyd edən S.Müslümov diqqətə çatdırıb ki, həmin  proqram  çərçivəsində bu ilin may ayında “2016-2017-ci illər üçün Uşaq Müdafiəsi və Sosial Müdafiəyə dair Dövri Fəaliyyət Planı” imzalanıb: “Ümumilikdə Proqramın məqsədi uşaqların, xüsusilə çətin həyat şəraitində olan uşaqların keyfiyyətli və bərabər müdafiəsi, onların təhsil və səhiyyə, qidalanma xidmətlərindən istifadə imkanlarının genişləndirilməsidir. Həmçinin uşaqlara qarşı zorakılıq, sui-istifadə və etinasızlıq hallarına səbəb olan sistematik maneələrin müəyyən edilməsi, onların sosial müdafiə xidmətlərindən daha geniş istifadə imkanlarının təmin edilməsi, qayğıkeş ailə mühitindən bəhrələnmək hüquqlarının dəstəklənməsi Proqramda əsas hədəflər kimi yer alıb”. 
   S.Müslümov qarşıdakı dövrdə də UNİCEF-lə müvafiq fəaliyyət sahələrində əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib. 
   E.Karvardin Azərbaycanda uşaqların müdafiəsi, onların fiziki və mənəvi inkişafı, habelə onların sosial təminatla, o cümlədən sosial xidmətlərlə əhatə edilməsi sahəsində aparılan işlərin UNİCEF tərəfindən rəğbətlə qarşılandığını vurğulayıb. Ötən müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNİCEF arasında səmərəli əməkdaşlıq təcrübəsinin formalaşdığını qeyd edən E.Karvardin ölkəmizdə fəaliyyət göstərəcəyi dövrdə bu əməkdaşlığın daha da inkişaf etdirilməsinə çalışacağını bildirib.
   Görüşdə UNİCEF-lə əməkdaşlığın mövcud vəziyyəti və  gələcək inkişaf istiqamətləri, uşaqlara yönələn sosial xidmətlər sisteminin təkmiləşdirilməsi istiqamətində görülən işlər və onların nəticələri, bu sahədə əsas hədəflər müzakirə olunub.

 
 
 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1273 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu

» 28/10/2019- Əlilliyi olan şəxslərin hüquqlarına dair Bakıda seminar keçirilib.

» 26/10/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 23/10/2019- “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili”

» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”