14 Noyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
8/9/2016 “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupu Şamaxı rayonunda


Referendum üzrə  “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupu Şamaxı rayonunda tədbir  keçirmişdir. Tədbir referendum üzrə “Vətəndaş cəmiyyəti”təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədr müavini Qafar Əsgərzadə iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Qafar Əsgərzadə açaraq tədbir iştirakçılarını salamlamış və “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupu adından onlara tədbirdə iştirakına ghörə öz minnətdarlığını bildirmişlər. Qeyd olunmuşdur ki, 4 avqust tarixində 26 sentyabrda keçiriləcək referendumla əlaqədar Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və 24 QHT tərəfindən Referendum üzrə “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupunun təsis edilmiş və referendumda konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin vətəndaş cəmiyyəti tərəfindən dəstəkləndiyini bildirmişlər.

Davud Rəhim Referendumda Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər ilə bağlı məruzə ilə çıxış etmiş, referendum aktının mahiyyəti haqqında məlumat vermişdir. O qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konsititusiyası 1995-ci il noyabrın 12-də qəbul olunmuş, 2002-ci ilin avqustun 24-də və 2009-cu il martın 18-də Konstituisiyaya əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar iki dəfə referendum keçirilmişdir. Hazırda yenidən belə bir zərurətin yarandığına görə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi 2016-cı il 26 iyul tarixli sərəncamı ilə referendumun sentyabrın 26-da keçirilməsi qərara alınmışdır.

Qeyd olunmuşdur ki, hazırki Referendum Aktında  Azərbaycan Konstitusiyasının 23 maddəsinə dəyişiklik edilməsi və 6 maddənin əlavə olunması nəzərdə tutulur. Bütövlükdə referenduma çıxarılan dəyişikliklərin 3 bloka cəmləşdiyi, bu təşəbbüsün dövlət idarəçiliyinin təkmilləşməsinə, insan hüquq və azadlıqlarının qorunması üçün daha geniş bazanın yaradılmasına, vətəndaş cəmiyyətinin inkişafına stimul verəcəyi qeyd olunmuşdur.

Sonra səlahiyyətli nümayəndələr əlavə və dəyişiklilər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişlər. Müzakirələrdə tədbir iştirakılarının sualları cavablandırılmış, izahatlar verilmişdir. Tədbir iştirakçıları Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsini, espublikada aparılan islahatları  lazımlı hesab etmiş razılıqlarını bildirmişlər.

Yekunda Davud Rəhimli və Qafar Əsgərzadə tədbir iştirakçılarını Azərbaycan Respublikasının hərtərəfli inkişafına tövhə verəcək və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü, siyasətin uğurla davam etdirilməsinə təkan verəcək sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan referendumda fəal iştirak etməyə çağırmışlar.  

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1371 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu

» 28/10/2019- Əlilliyi olan şəxslərin hüquqlarına dair Bakıda seminar keçirilib.

» 26/10/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 23/10/2019- “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili”

» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”