23 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
29/8/2016 Saatlı rayonunda maarifləndirmə tədbiri keçirilib


Şuranın dəstəyi ilə Saatlı rayonunda maarifləndirmə tədbiri keçirilib

 

Bu günlərdə “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsil imkanlarının artırılması üçün icma tipli qısamüddətli məktəbəhazırlıq kurslarının təşkili” layihəsi çərçivəsində “Xüsusi qayğıya ehtiyacı olan uşaqların ibtidai məktəbə hazırlanması və inklüziv təhsil imkanlarının artırılması perspektivləri” mövzusunda Saatlı rayonunda dəyirmi masa keçirilib.

Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinin, Uşaq Poliklinikasının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, məktəbəqədər tərbiyə və ümumtəhsil müəssisələrinin, rəhbərləri, pedaqoji, psixoloji və sosial işçiləri, habelə valideynlər iştirak ediblər.

Dəyirmi masanı giriş sözü ilə açan Birliyin sədri - layihə rəhbəri Ramilə Rasimqızı ilk növbədə tədbir iştirakçılarını salamlayıb və belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya təşəkkürünü bildirib. O, öz çıxışında gələcəyimiz olan uşaqların təlim-tərbiyəsində, fiziki və əqli inkişafında reabilitasiya-inkişaf mərkəzlərinin, məktəbəqədər və ibtidai təhsil müəssisələrinin mühüm rol oynadığını, buna görə də həmin məsələnin ölkə Prezidenti cənab İlham Əliyevin, eyni zamanda Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olduğunu vurğulayıb.  

Daha sonra layihənin məqsəd və vəzifələri barədə tədbir iştirakçılarına məlumat verən Birliyin sədri bu layihənin əsas məqsədinin sağlamlıq imkanları məhdud məktəbəqədər yaşlı uşaqların məktəbə hazırlığının təmin edilməsi və digər həmyaşıdları ilə birgə (inklüziv) təhsilə cəlb olunma səviyyəsinin artırılması üçün icma tipli qısamüddətli məktəbə hazırlıq kursları təşkil etməklə, valideynlər, mütəxəssislər (pedaqoji, psixoloji, sosial işçilər və s.) arasında inklüziv təhsil sahəsində maarifləndirmə işini həyata keçirməklə həmin qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək verməkdən ibarət olduğunu vurğulayıb.

Bu məqəsədə nail olmaq üçün icma tipli qısamüddətli məktəbə hazırlıq kursunun təşkil edilməsi, sağlamlıq imkanları məhdud olan və olmayan məktəbəqədər yaşlı uşaqların valideynlərinin inklüziv təhsil, icma tipli qısamüddətli məktəbə hazırlıq kursları və sosial xidmətlər sahəsində maarifləndirilməsi, zəruri hallarda onlara mənəvi-psixoloji və hüquqi dəstəyin göstərilməsi, həmin uşaqlarla çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, hədəf qrupuna daxil olan uşaqların valideynlərinin isə uşaq inkişafı sahəsində bacarıqlarının artırılması ilə bağlı müxtəlif aktual mövzular üzrə tədbirlərin keçirilməsinin layihənin qarşısında duran vəzifələrdən olduğunu söyləyib.

 R.Rasımqızı layihənin icra planına uyğun olaraq, Abşeron rayonunun Xırdalan şəhərində icma tipli qısamüddətli məktəbə hazırlıq kursunun təşkil olunduğunu, “Azimut” Tədris Mərkəzinin və rəhbərlik etdiyi təşkilatın xidmət mərkəzi olan Abşeron Reabilitasiya və Nitq İnkişafı Mərkəzinin peşəkar mütəxəssisləri tərəfindən yeni tədris ilindən etibarən məktəbə gedəcək bu qəbildən olan uşaqların fiziki, şəxsiyyətyönümlü, intellektual, sosial və psixoloji hazırlığının həyata keçirildiyini, bundan əlavə nitqi problemli uşaqların tələffüzünün korreksiyası üçün loqopedik xidmətlərin göstərildiyini diqqətə çatdırıb.

Dəyirmi masada çıxış edən Saatlı Rayon İcra Hakimiyyəti başçısı aparatının nümayəndəsi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi, Saatlı Rayon Təhsil Şöbəsi müdirinin müavini və digərləri Şuranın dəstəyi ilə icra olunan bu kimi sosial layihələrin regionlarda da icra olunmasının əhalinin inklüziv təhsil sahəsində maarifləndirilməsi, ölkəmizdə inklüziv cəmiyyət  quruculuğu prosesinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Daha sonra ekspert qismində çıxış edən əlillik problemləri üzrə tanınmış mütəxəssis Bəybala İbadullayevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası, ibtidai məktəbə hazırlanması və sosial inklüziyası: mövcud çətinliklər, səbəbləri və həlli yolları”, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Aida İbrahimovanın “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara təhsil və sosial yönümlü xidmətlərin göstərilməsi” mövzusunda məruzələri dinlənilib.

Tədbirdə inklüziv təhsilin anlayışı, əhəmiyyəti, aktual problemləri və perspektivləri, sağlamlıq imkanları məhdud uşaqların erkən aşkarlanması, reabilitasiyası və inklüziv təhsil imkanlarının artırılması sahəsində müasir metodlar, o cümlədən icma tipli qısamüddətli məktəbə hazırlıq kurslarının rolu, habelə ailələrin sosial xidmətlərə çatımlılığının təmin edilməsi barədə tədbir iştirakçılarına zəruri məlumatlar verilib, onların bu barədə fikirləri öyrənilib, bu qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyasına maneələr yaradan mövcud problemlər müzakirə edilib və onların həlli yollarına dair təkliflər irəli sürülüb.  

Sonda tədbirə yekun vuran R.Rasımqızı maarifləndirmə tədbirinin keçirilməsi üçün yaradılan şəraitə görə Saatlı Rayon İcra Hakimiyyətinə, Təhsil Şöbəsinə, Uşaq və Ailələrə Dəstək Mərkəzinə Birliyin İdarə heyəti adından minnətdarlığını bildirib.

 

 

Mətbuat xidməti

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1169 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 23/9/2019- “Əlilliyi olan heç bir şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru”

» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.