04 İyun 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
22/8/2016 Bütün uşaqlar BİR arada Dəcəl Balamda


Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi “Bütün uşaqlar BİR arada Dəcəl Balamda” layihəsi çərçivəsində neçə - neçə uşaqları, ailələri sevindirir. İllərdi bu ənənəni davam etdirərək insanlara dəstək olur, sevinc bəxş edir.  Tam bir il əvvəl müalicə xərclərini ödəmək üçün yardım aksiyasina başladıqda Dəcəl Balam Mərkəzinin rəhbəri Dilşad Musa söz vermişdi ki, Zəhra sağ – salamat geri dönsün onun üçün gözəl bir party təşkil edəcək.  Zəhra bala xeyirsevər insanların dəstəyi ilə müalicə olunaraq Azərbaycana geri döndü və Dəcəl Balam Ailəsi öz sözünə sadiq qaldı , insanları bir araya topladı, illərdi xərçəng xəstəliyindən əziyyət çəkən, doğum günlərini xəstəxana otaqlarında qeyd edən Zəhra balaya Holiday İNN Hotel- də “Sürpriz Doğum Günü” Party- si təşkil etdi. 

 Tədbirin keçirilməsində əsas məqsəd Zəhra balaya unudulmaz bir gün yaşatmaq , yeni dostlar qazandırmaq, ətrafında sevənlərinin olmasını hiss etdirmək idi. Bütün uşaqlar sevilməyə layiqdir.

Tədbirin aparıcıları Şirməmməd Hüseynov və Ülviyyə Həsən qızı Zəhra balanı təbrik edərək sözü Mərkəzin rəhbəri Dilşad xanıma verdilər. Dilşad xanım öz növbəsində Dəcəl Balamın Qəhrəman Zəhrasını təbrik etdi, dəstək olan hər kəsə, Zəhra balanın anası Sevinc xanıma dözümlü və səbrli olduğuna görə təşəkkürünü bildirdi. Heç bir uşağın xəstəliyə tutulmamasını arzuladı.

Tədbirə təşrif buyuran müğənnilər  Emil Bədəlov, Nihad Məlik, “İnci” qrupu, Əkbər Əliyev, Ayaz Babayev, “Gilavar” qrupu, Fərid Laçın, Murad Laçın, Ceyhun Bakinski,  “Meqas” qrupu, Muratti, Zeynalova Naidə,  xalq artisti Məleykə Əsədova, sevimli stilist Samiraldo, rəssam Mina xanım, sehirbaz Anar, şar şou öz maraqlı çıxışları ilə  Zəhra balanı təbrik etdi, təşkilatçılara təşəkkürünü bildirdilər.

Tədbirdə “Vəfa” Sosial İctimai Birliyinin Sədri Hacıbəyli Fatimə xanım öz dostları ilə iştirak edərək Zəhra balaya dəstək oldular.

 

 

Foto : Aslan Aslanov 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1565 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 3/6/2020- Müyəssərlik modeli

» 27/5/2020- QHT TV-nin "Ictimai Baxış" proqramının növbəti qonağı Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli olub.

» 26/5/2020- Əlilliyi olan qadınların özünəməşğulluğuna dəstək

» 25/5/2020- Müyəssərlik barədə məlumatlandırma

» 25/5/2020- COVİD-19 koronavirusla əlaqədar əlilliyi olan şəxslər üçün təlimat. ZOOM OHCHR

» 22/5/2020- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib.

» 21/5/2020- Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü ilə “BMT yanında məşvərətçi status: QHT-lər üçün imkanlar və faydalar” mövzusunda vebinar müzakirələr keçirilib.

» 12/5/2020- "Jest dilində məlumatlandırma" video roliki

» 8/5/2020- İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısı

» 7/5/2020- Baş Prokurorluğun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətlərinin M Ə L U M A T I

» 5/5/2020- 5 may

» 5/5/2020- Xaçmazda əlilliyi olan şəxslər üçün bərpa müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək

» 4/5/2020- Xüsusi karantin rejimi müddəti ərzində DOST Agentliyində əhaliyə göstərilən xidmətlər

» 2/5/2020- Bu ay Lənkəranda əlilliyi olan şəxslər üçün reabilitasiya müəssisəsi istifadəyə veriləcək

» 2/5/2020- Ünvanlı sosial yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı xeyli azaldılacaq

» 1/5/2020- Karantin müddətində əlilliyi olan şəxslərə 543 reabilitasiya vasitəsi evlərinə aparılaraq verilib

» 28/4/2020- "Jest dilində məlumatlandırma" layihəsini davam etdirir.

» 23/4/2020- Peşə hazırlığında fasilə yaranmış işsizlərə də təqaüd ödənişi davam edir

» 19/4/2020- Birdəfəlik ödəmə verilənlərin bölgələr, cins və yaş qrupları üzrə təsnifatı necədir?

» 18/4/2020- İşsiz kimi qeydiyyata alınanlardan 25 min nəfəri üçün də birdəfəlik vəsait köçürüldü