14 Noyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
17/8/2016 Xızıda Məişət Zorakılığı və Erkən Evliliyə Qarşı Birgə Mübarizə


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  Azərbaycan Respublikası “Əlil Qadınlar” cəmiyyəti həyata keçirirdiyi "Məişət Zorakılığı və Erkən Evliliyə Qarşı Birgə Mübarizənin aparılması” layihəsi çərşivəsində bölgələrdə tədbirləri davam etdirir. 
 

Layihə çərçivəsində növbəti seminar Xızı şəhərində baş tutub.

Layihə rəhbəri Məhluqə Rəhimova layihənin mahiyyəti haqında seminar iştirakçılarına ətraflı məlumat verib. Təlimçi - Nəzakət Balabəyova seminar içtirakçılarına Məişət zorakılığının profilaktikasının təmin edilməsi məqsədi ilə qanunun tətbiqi, erkən evliliyin fəsadları, ailə daxili zorakılıqdan zərər çəkən şəxslərin sosial mühafizəsini təmin etmək məqsədi İlə yerli icra hakimiyyəti orqanlarının rolu, məişət zorakılıq qurbanlarına xidmətlərin göstərilməsi və onlarla işin təşkili, məişət zorakılığı qurbanlarının hüquqları, məişət zorakılığı və erkən evliliyin səbəbləri və onunla mübarizə ilə bağlı ətraflı məlumat verib.

 

Hüquqşünas Fuad Məmmədov qanunvericilikdəki boşluqlar, qurbana dəyən zərərin ödənilməsi, mühavizə orderlərinin verilməsi haqqında seminar iştirakçılarının suallarına cavab verib. Seminarın sonunda suallara cavab verilmiş, seminarın qiymətləndirilməsi aparılmışdır.

Tədbirdə psixoloq Gülnarə Mahmudova, Xızı rayon İH-nin əməkdaşı Fətullah Əliyev, Xızı rayon İH-nin məsləhətçisi Tünzalə İmranova, Xızı rayon Mədəniyyət və turizm şöbəsinin məsləhətçisi Həcər Rəsulova, Ədliyyə Polisi Sevinc Xanalıyeva, əlilliyi olan müxtəlif kateqoriyalı olan əlilliyi olan insanlar, təhsil, səhiyyə, şöbəsinin rəhbərləri, Xızı şəhər bələdiyyəsinin əməkdaşları, digər aidiyyatlı dövlət qurumlarının, QHT və KİV-nümayəndələri, cəmiyyətin ən kövrək təbəqəsi olan məişət zorakılığından zərər çəkmiş şəxslər iştirak edib.

 

Əlil Qadınlar cəmiyyəti

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1529 dəfə oxunub




Flag Counter






» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu

» 28/10/2019- Əlilliyi olan şəxslərin hüquqlarına dair Bakıda seminar keçirilib.

» 26/10/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 23/10/2019- “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili”

» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”