22 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
15/8/2016 Şamaxıda Məişət Zorakılığı və Erkən Evliliyə Qarşı Birgə Mübarizə


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən  Azərbaycan Respublikası “Əlil Qadınlar” cəmiyyəti həyata keçirirdiyi "Məişət Zorakılığı və Erkən Evliliyə Qarşı Birgə Mübarizənin aparılması” layihəsinin bölgələrdə fəaliyyətləri davam etdirilir.

Bu gün Şamaxı rayonunda Gənclər Mərkəzində layihə çərçivəsində "Məişət zorakılığı və erkən evlilik qurbanlarına keyfiyyətli – effektiv hüquqi və psixoloji yardımlar göstərməklə maarifləndirmə işlərinin aparılması, məişət zorakılığına məruz qalan insanların reablitasiya potensialını artırmaq" mövzusunda dəyirmi masa təşkil edilib.

"Əlil Qadınlar”cəmiyyətin (ƏQC) prezidenti Məhluqə Rəhimova çıxış edərək bildirib ki, məişət zorakılığı və erkən evlilik qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, maliyyə və sosial nəticələr doğurur. Məişət zorakılığı ilə mübarizə qadınların və kişilərin əsas hüquqlarına eyni dərəcədə hörmət bəslənilən daha ədalətli cəmiyyət qurulması işinə kömək edən ən mühüm amillərdən biri hesab edilir.Məişət zorakılığı və erkən evliliyə qarşı mübarizə, olduqca aktualdır.Bildiyimiz kimi bütün dünyada məişət zorakılığı insanlığa qarşı, əsasən də qadınlara qarşı zorakılığın ən geniş yayılmış formasıdır. İnsanların məişət zorakılığına məruz qalaraq, psixoloji hücumlarla üzləşmələri yaşadığımız cəmiyyətdə ən çətin problemlərdən biridir. Azərbaycanın regionlarında məişət zorakılığı əsasən erkən evlilik zamanı daha çox nəzərə çarpır. Erkən evliliyin qarşısının alınması, sosial dəstəyə ehtiyyacı olan məişət zorakılığı qurbanlarına keyfiyyətli, effektiv hüquqi və psixoloji yardımların göstərilməsi bu sahədə ən mühüm addımlardan hesab edilir. Bəhs etdiyimiz layihə əsasən məişət zorakılığı qurbanlarına yardım etmək və erkən evliliyin qarşısının alınması üçün regional mərkəzlərin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edərək, bu sahədə maarifləndirmə işlərinin aparılması və erkən evliliyin qarşısının alınması, məişət zorakılığı ilə mübarizədə ictimai fəallığın artırılmasından bəhs edir.

Layihə rəhbəri qeyd edib ki, erkən evlilik əsasən ağır sosial bəlalar gətirməklə ailələrdə məişət zorakılığının təməlini qoyan əsas amillərdən biridir. Erkən evliliyin qarşısının alınması, sosial dəstəyə ehtiyyacı olan məişət zorakılığı qurbanlarına keyfiyyətli, effektiv hüquqi və psixoloji yardımların göstərilməsi bu sahədə ən mühüm addımlardan hesab edilir. Aparılanfəaliyyətlərin bir hissəsi olaraq əhalinin maarifləndirilməsi məqsədi daşıyır.

Təşkilat rəhbəri eyni zamanda bölgə sədrləri və layihə əməkdaşları ilə birgə cəmiyyətin ən kövrək təbəqəsi olan məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi və psixoloji yardımlar göstərərək maarifləndirmə işlərinin aparmaqla dövlətimizə dəstəyin verilməsinin vacibliyini vurğuladı.

Təşkil olunan tədbirlərdə layihə əməkdaşları ekspertiBalabəyova Nəzakət, hüquqşünas Fuad Məmmədov, psixoloq Gülnarə Mahmudova,Şamaxı rayonu İH-nin müavini Gülnisə Mübariz qızı, DİN-nin Şamaxı RPİ-n YYÇPİTQ-nun baş İnspektoru Ələsgər Xəlilov, Şamaxı şəhər poliklinikasının həkimi Nərgiz Məlikova, təhsil, səhiyyə şöbəsinin rəhbərləri, Şamaxı rayon şəhər bələdiyyəsinin əməkdaşları, Xəzər TV, Dünya TV, Region TV-nin xəbərlər proqramı, digər aidiyyəti dövlət qurumlarının nümayəndələri, QHT nümayəndələri, cəmiyyətin ən kövrək təbəqəsi olan məişət zorakılığından zərər çəkmiş şəxslər iştirak etmişdirlər.

Layihədə fəaliyyət göstərən hüquqşünas, psixoloq, ekspert qrupları dəyirmi masa iştirakçılarının suallarının cavablandırmış, lazımi hüquqi və psixoloji dəstəyin verişməsində iştirak etmişlər.

QEYD: Azərbaycan Respublikası “Əlil Qadınlar” cəmiyyəti (ƏQC) olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 25 aprel tarixli 89 nömrəli qərarına uyğun olaraq məişət zorakılığından zərər çəkmiş şəxslərə xidmər göstərilməsi üçün akkreditasiya olunub.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1368 dəfə oxunub




Flag Counter






» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində