23 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
12/8/2016 Şuranın dəstəyi ilə məktəbəhazırlıq kursu.


Şuranın dəstəyi ilə məktəbəhazırlıq kursuna cəlb olunan

uşaqların valideynləri ilə görüş keçirilmişdir

 

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsil imkanlarının artırılması üçün icma tipli qısamüddətli məktəbəhazırlıq kurslarının təşkili” layihəsi çərçivəsində məktəbəhazırlıq kursuna cəlb olunmuş uşaqların valideynləri ilə maarifləndirmə xarakterli görüş keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan ictimai birliyin sədri Ramilə Rasimqızı ilk növbədə belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə QHT-lərə Dövlət Dəstəyi Şurasına  təşəkkürünü bildirmişdir.

Daha sonra layihənin məqsəd və vəzifələri barədə tədbir iştirakçılarna məlumat verən layihə rəhbəri R.Rasımqızı bu layihənin əsas məqsədinin sağlamlıq imkanları məhdud məktəbəqədər yaşlı uşaqların məktəbə hazırlığının təmin edilməsi və digər həmyaşıdları ilə birgə (inklüziv) təhsilə cəlb olunma səviyyəsinin artırılması üçün icma tipli qısamüddətli məktəbə hazırlıq kursları təşkil etməklə, valideynlər, mütəxəssislər (pedaqoji, psixoloji, sosial işçilər və s.) arasında inklüziv təhsil sahəsində maarifləndirmə işini həyata keçirməklə həmin qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək verməkdən ibarət olduğunu vurğulamışdır.

Bu məqəsədə nail olmaq üçün icma tipli qısamüddətli məktəbə hazırlıq kursunun təşkil edilməsi, sağlamlıq imkanları məhdud olan və olmayan məktəbəqədər yaşlı uşaqların valideynlərinin inklüziv təhsil, icma tipli qısamüddətli məktəbə hazırlıq kursları və sosial xidmətlər sahəsində maarifləndirilməsi, zəruri hallarda onlara mənəvi-psixoloji və hüquqi dəstəyin göstərilməsi, həmin uşaqlarla çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin daha da yüksəlilməsi, hədəf qrupuna daxil olan uşaqların valideynlərinin isə uşaq inkişafı sahəsində bacarıqlarının artırılması ilə bağlı müxtəlif aktual mövzular üzrə tədbirlərin keçirilməsi layihənin qarşısında duran vəzifələrdən olduğunu söyləmişdir.

 R.Rasımqızı layihənin icra planına uyğun olaraq, Abşeron rayonunun Xırdalan şəhərində icma tipli qısamüddətli məktəbə hazırlıq kursunun təşkil olunduğunu, “Azimut” Tədris Mərkəzinin və təşkilatın xidmət mərkəzi olan Abşeron Reabilitasiya və Nitq İnkişafı Mərkəzinin peşəkar  mütəxəssisləri tərəfindən yeni tədris ilindən etibarən məktəbə gedəcək bu qəbildən olan uşaqların fiziki, şəxsiyyətyönümlü, intellektual, sosial və psixoloji hazırlığının həyata keçirildiyini, bundan əlavə nitqi problemli uşaqların tələffüzünün korreksiyası üçün loqopedik xidmətlərin göstərildiyini diqqətə çatdırmışdır.

Layihə rəhbəri qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 yanvar tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbə hazırlığın təşkili Qaydaları”na əsasən məktəbə hazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etmək, vəzifələri isə uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.

Uşağın məktəb təliminə hazırlığı zamanı hər şeydən əvvəl onların fiziki (uşağın sağlamlığının vəziyyəti, uşaq orqanizminin morfofunksional yetişkənliyi; hərəki fəaliyyətin, xüsusilə xırda motorikanın koordinasiyasının inkişafı; fiziki və əqli qabiliyyətin inkişafı), şəxsiyyətyönümlü (müstəqillik, məsuliyyətlilik, fəallılıq, təşəbbüskarlıq; başqasını dinləmək və öz hərəkətlərini onunla razılaşdırmağı bacarmaq; müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmağı bacarmaq; ünsiyyətin, özünüqiymətləndirmənin formalaşması), intellektual (obrazlı təfəkkürün, təxəyyülün, yaradıcılığın, məntiqi təfəkkürün inkişafı; idrakı fəaliyyət vasitələrinə (müqayisə etmə, analiz, klassifikasiya, ümumiləşdirmə), ana dilinə və nitqin əsas formalarına (dialoq, monoloq), digər spesifik uşaq fəaliyyəti növlərinin daxilində təlim elementlərinə (quraşdırma, rəsm, yapma və müxtəlif oyunlar) yiyələnmək; prosesləri (obyektləri) müqayisə etmək, ümumiləşdirmək, qruplaşdırmaq, əlamətlərinə görə ayırmaq, nəticə çıxarmağı bacarmaq) və sosial hazırlığı (yüksək əxlaqi təsəvvürlərin və vətəndaşlıq hisslərinin (vətənpərvərlik, humanistlik, digər millətlərə hörmət) inkişafı; böyüklərlə və yaşıdları ilə ünsiyyətin qurulmasında yüksək mədəni davranış qaydalarının mənimsənilməsi; öz hərəkətlərində əxlaq normalarının rəhbər tutulması və onlara riayət olunması) nəzərdə tutulur.

Təqdirəlayiq hal kimi, vurğulanmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” 2016-cı il 11 iyul tarixli 271 nömrəli, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə” 2016-cı il 11 iyul tarixli, 272 nömrəli qərarlar qəbul edilmişdir.

Yeri gəlmişkən, təhsil nazirinin həmin qərarların icrasının təmin edilməsi barədə imzalandığı 2016-cı il 5 avqust tarixli, 548 və 549 nömrəli əmrlərinə uyğun olaraq, 2016-2017-ci tədris ilindən ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılacaqdır.

Əmrlərə əsasən, məktəbəhazırlıq qruplarına sənəd qəbulunun avqustun 15-dən sentyabrın sonunadək aparılması nəzərdə tutulur. Yeni tədris ilindən məktəbəhazırlıq təhsilinə cəlb olunacaq 5 yaşlı uşaqların adlı siyahısı hazırlanacaq, ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəblər və müəllimlər müəyyənləşdiriləcək.

Həmçinin, məktəbəhazırlıq qrupları yaradılacaq ümumtəhsil məktəblərində lazımi təlim şəraitinin təmin olunması istiqamətində tədbirlər görüləcək, məktəbəhazırlıq təhsilini aparacaq müəllimlər üçün təsdiq olunmuş tədris planı və proqrama uyğun öyrədici təlimlər keçiriləcək.

Tədbirdə çıxış edən digər natiqlər – “Azimut” Tədris Mərkəzinin direktoru Zərnişan Kazımova, psixoloq-loqoped Ləman Rəfiyeva, pedaqoq Fatma Sayadova və başqaları inklüziv təhsilin anlayışı, əhəmiyyəti, aktual problemləri və perspektivləri, sağlamlıq imkanları məhdud uşaqların erkən aşkarlanması, reabilitasiyası və inklüziv təhsil imkanlarının artırılması sahəsində müasir metodlar, o cümlədən icma tipli qısamüddətli məktəbə hazırlıq kurslarının rolu, habelə ailələrin sosial xidmətlərə çatımlılığının təmin edilməsi barədə valideynlərə zəruri məlumatlar vermiş, onların bu barədə fikirləri öyrənilmiş, bu qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyasına maneələr yaradan mövcud problemlərin həlli yolları birgə müzakirə edilmişdir.

Sonda tədbirə yekun vuran birliyin sədri-layihə rəhbəri R.Rasımqızı icma tipli qısamüddətli məktəbəhazırlıq kursunun səmərəli fəaliyyəti üçün yaratdığı şəraitə və mənəvi dəstəyə görə “Azimut” Tədris Mərkəzinin direktoru Z.Kazımovaya təşkilatın idarə heyəti və kursa cəlb olunmuş uşaqların valideynləri adından minnətdrlığını bildirimişdir.

Mətbuat xidməti

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 4910 dəfə oxunub




Flag Counter






» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində