22 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3/8/2016 “ÖZÜNƏ DƏSTƏK” proqramı bölgələrdə tətbiq edilir


  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən Azərbaycan Respublikası “Əlil Qadınlar” cəmiyyəti  həyata keçirirdiyi "Məişət Zorakılığı və Erkən Evliliyə Qarşı Birgə Mübarizənin aparılması” layihəsinin dəstəyi ilə

 “ÖZÜNƏ DƏSTƏK” proqramı bölgələrdə tətbiq edilir 

               Azərbaycan Respublikası “Əlil Qadınlar” cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 2016-cı ildə elan olunan müsabiqədə Məişət Zorakılığı və Erkən Evliliyə Qarşı Birgə Mübarizənin aparılması: layihəsinin fəaliyyətini uğurla həyata keçirir.   

      Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyi tərəfindən  Azərbaycan Respublikası “Əlil Qadınlar” cəmiyyətinin təqdim etdiyi layihələr davamlı olaraq qiymətləndirilir. Bildiyimiz kimi bölgələrdə sosial vəziyyəti ağır olan ailələrdə məişət zorakılığı hallarına tez-tez rast gəlinir. Həyata keçirilən layihin əsas mahiyyəti insanların məişət zorakılığına məruz qalaraq, psixoloji hücumlarla üzləşmələri yaşadığımız cəmiyyətdə ən çətin problemlərdən biri olduğundan ictimaiyyətin diqqətini bu sahəyə cəlb edilməsidir. Bildiyimiz kimi Azərbaycanın regionlarında  məişət zorakılığı əsasən erkən evlilik zamanı daha çox nəzərə çarpır. Erkən evliliyin qarşısının alınması, sosial dəstəyə ehtiyyacı olan məişət zorakılığı qurbanlarına keyfiyyətli, effektiv hüquqi və psixoloji yardımların göstərilməsi bu sahədə ən mühüm addımlardan hesab edilir. Həyata keçirdiyimiz layihənin dəstəyi ilə əsasən məişət zorakılığı qurbanlarına yardım edilir. Görülən işlərin əsas mahiyyəti erkən evliliyin qarşısının alınması üçün regional mərkəzlərin fəaliyyətinin təkmilləşdirilməsinə nail olmaqdır. Araşdırmalarımızın və bölgələrdəki fəaliyyətlərimizin nəticələrindən göründüyü kimi erkən evlilik əsasən ağır sosial bəlalar gətirməklə ailələrdə məişət zorakılığının təməlini qoyan əsas amillərdən biridir. Erkən evliliyin qarşısının alınması, məişət zorakılığı ilə mübarizədə ictimai fəallığın artırılmasında maarifləndirmə işlərinin aparılmasına daha çox diqqət yetirilir. Həyata keçirdiyimiz layihənin dəstəyi ilə nəzərdə tutulan zoğrafi ərazilərdə ( Quba, Qusar, Xızı, Xaçmaz) rayonlarrında əhalinin aztəminatlı təbəqələrində daha çox məişət zorakılığının yaranması halları aşkarlanmışdır. Müşahidələr zamanı əldə olunan siyahı üzrə müzakirələr aparılaraq həmin ailələrdə yaranan sosial problemlərinin həlli, məişət zorakılığının aradan qaldırılması məqsədi ilə “ÖZÜNƏ DƏSTƏK” proqramının tədbiq edilməsi planlaşdırılmışdır. Nəticələr layihə koordinatoru Məhluqə Rəhimovanın təklifi  ilə Türk Əməkdaşliq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatoru Mustafa Haşim Polat bəylə müzakirə edilərək müsbət nəticə əldə olunmuşdur. Qarşılıqlı müzakirələr aparılaraq layihədə nəzərdə tutulan rayonlara ezamiyyələr təşkil olunmuşdur. “ÖZÜNƏ DƏSTƏK” proqramının dəstəyi ilə sosial vəziyyəti ağır olan ailələr  ƏQC-nin yerli şöbələrinin və layihə əməkdaşlarının dəstəyi ilə psixoloji və hüquqi yardımlar zamanı aşkarlanaraq onların ilkin olaraq sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dəstəyin verilməsi planlaşdırılmışdır. (Siyahıya alınan ailələr məxvi saxlanılır). Həmin ailələrin içərisindən Quba, Xızıp, Xaçmaz rayonlarında 7 ailə, Qusar rayonundan isə 11 ailənin üzvülərinə arıçılıq üzrə 2-günlük təlimlər keçirilmişdir. Təlimlər arıçılıq üzrə təcrübəli mütəxəssislər tərəfindən keçirildikdən sonra, tərəfimizdən  həmin ailələrin  hər birinə 10 arı ailəsi verilmişdir.   

Həyata keçirdiyimiz layihənin dəstəyi ilə aşkarlanan ailələrə tətbiq olunan “ÖZÜNƏ DƏSTƏK” proqramının dəstəyi bölgələrdə bu layihənin inkişafına dəstək veriləcəkdir. Arı ailələri verilən ailələr hər il tərəfimizdən lazımi mal, materiallarla təmin olunaraq hər il 3 arı ailəsi artırılacaq və həmin arı ailələri digər sosial vəziyyəti ağır olan,  məişət problemi yaşayan ailələrə veriləcəkdir. Tərəfimizdən aşkarlanan ailələr əsasən sosial vəziyyəti ağır olan, Qarabağ döyüşlərində ağır travmalar nəticəsində, psixoloji sarsıntılar keçirərək sağlamlığını itirən, əlilliyi olan insanlardır. Layihənin dəstəyi ilə həyata keçirəcəyimiz fəaliyyətlər Azərbaycanın bölgələrində Məişət Zorakılığı və  Erkən Evliliyin qarşısının alınmasında önəmli rolu olacaqdır. Digər tərəfdən əlilliyin qarşısının alınmasında, əlilliyi olan insanların sahibkarlıq fəaliyyətinin dəstəklənməsində, sosial problemlərin aradan qaldırılmasında  əssalı rolu olacaqdır.  

 

 

Azərbaycan Respublikası “Əlil Qadınlar” cəmiyyəti; Mətbuat xidməti

03. 08. 2016

  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1591 dəfə oxunub




Flag Counter






» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində