XƏBƏRLƏR




- 5/7/2016 «Azərikimya» İB kollektivinin Ramazan sovqatı
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
«Azərikimya» İB-nin kollektivi Ramazan bayramı ərəfəsində aztəminatlə ailələr və əlillər cəmiyyətlərinin üzvləri ilə görüşüb.
«Azərikimya» İstehsalat Birliyinin kollektivi xalqımızın və bütün müsəlman dünyasının ən əziz və ən müqəddəs bayramlarından olan, insanları, əmin-amanlığa, birlik və həmrəyliyə, saflığa və təmizliyə səsləyən Ramazan bayramı ərəfəsində Əlil Qadınlar Cəmiyyəti Sumqayıt şəhər təşkilatının, Əlillərin Beynəlxalq Əməkdaşlığı uğrunda Cəmiyyətin, Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Şurasının üzvləri, Şəhid ailələri və Qarabağ əlillərinin "Rahib” Xeyriyyəm Cəmiyyətinin, respublika Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin, şəhərin aztəminatlı ailələrinin uzvləri, həmçinin Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin qeydiyatında olan bir qrup insanlarla görüşüblər.
Görüşdə imkansiz ailələrin və əlillərin yaşayış tərzi, ailə-məişət qayğıları ilə maraqlanılıb, onların arzu və istəkləri dinlənilib.
Ramazan bayramı münasibətilə «Azərikimya» İB tərəfindən şəhidlərin, əlillərin və veteranların ailələrinə, həmçinin aztəminatlı insanlara bayram sovqatı paylanılıb.
Görüşdən məmnun qaldıqlarını ifadə edən cəmiyyət üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Bu xəbər 1757 dəfə oxunub