XƏBƏRLƏR




- 1/7/2016 qarabagheqiqetleri.com web-saytının təqdimatı
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
PRESS - RELİZ № 02
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi tərəfindən 02 may 2016 – cı il tarixindən, 02 sentyabr 2016-cı il tarıxinə kimi, nəzərdə tutulmuş “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət” layihəsini həyata keçirilir.
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi tərəfindən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət” layihəsi çərçivəsində yaradılmış qarabagheqiqetleri.com web-saytının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində layihənin rəhbəri, Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyinin sədri Vahid Abbasov həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, bu gün erməni işğalçıları tərəfindən işğal olunmuş torpaqların, beynəlxalq qanunlara zidd olaraq ermənilər tərəfindən şəhər və kəndlərin, yaşayış məskənlərinin adları dəyişdirilərək erməniləşdirilmişdir. İşğalçı dövlətin təbliğat maşını dünyanın aparıcı mətbuatında, məşhur axtarış sistemlərində, vikipediyada Azərbaycan torpaqlarının “qədim Ermənistan” ərazilərinə aid olduğu barədə yalan məlumatlar yerləşdirilərək geniş təbliğ olunur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində, separatçıların Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqlarımızdakı şəhər və kənd adlarının dəyişdirilməsini əngəlləmək və əsil həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq üçün, qarabagheqiqetleri.com web-saytı yaradılaraq sayta, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərini, yaxın və uzaq tariximiz haqqında tarixi əhəmiyyətli kitabları, sənədləri, materialları, Azərbaycan dilindən İngilis və Rus dillərinə tərcümə edərək yerləşdirib, elektron infоrmаsiyа bаnkı yаrаdılaraq dünya ictimaiyyəti arasında maarifləndirmə işləri aparılacaqdır.
Təqdimat mərasimində iştirak edən QHT və mətbuat nümayəndələri çıxış edərək yeni yaradılmış qarabagheqiqetleri.com web-sayitı haqında öz fikirlərini və tövsiyyələrini bildirərək, ümid etdilərki ki, layihə və yeni yaradılan qarabagheqiqetleri.com web-sayt sahəsində görülən işlər, Azərbaycan Dövlətinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı Dövlət siyasətinə beynəlxalq aləmdə ictimai dəstək verərək öz xeyirli tövhəsini verəcəkdir.
Davud Rəhimli
Bu xəbər 1896 dəfə oxunub