16 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
8/6/2016 Bəşəriyyəti düşündürən və rahatsız edən ən ağırlı problem


YOL-NƏQLIYYAT QƏZALARINA QARŞI MÜBARIZƏ

Bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağırlı problemlərdən biri də, cəmiyyətin ciddi bəlasına, xalqğın, millətin təhlükə mənbəyinə çevirilən avtomobil qəzalarıdır.  Dünyada avtomobil qəzalarda hər il 1,5 milyonadək insan dünyasını dəyişir və 20-50 milyon nəfər müxtəlif xəsarətlər alaraq əlil olur. Qəza qurbanlarının sayı hətta müharibə, təbii fəlakət və digər fövqaladə vəziyyətlərdə ölən insanların sayından geri qalmır. 

       Azərbaycanda isə 24 ildən artıq davam edən, Qarabağ mühaibəsindən  əlavə həyatımıza yeni bir ölüm növü daxil olaraq, günümüzün ən aktual və bəlalı problemlərindən birinə çevirilibdir. I-ci Qarabağ müharibəsində Azərbaycan ordusu 14000 nəfər itgi vermişdirsə, avtomobil yol qəzaları nəticəsində isə ümumilikdə 25588  insan tələfatı olmuşdur. Bu fakt göstərir ki, ölkəmiz kimi, nəqliyyatımız da müharibə şəraitindədi.

      Baş Dövlət Yol Polis İdarəsinin avtomabil yol qəzaları ilə bağlı verdiyi 25 illik statiskaya görə, 1988-ci ildən, 2016-ci ilin may ayına kimi avtomabil yollarında 74406 yol qəza hadisəsi qeydə alınmışdır. Bu qəzalarda 25588 nəfər insan ölmüş, 77216 nəfər isə yaralanmışdır. Azərbaycanda hər il təxminən, 2500-dən artıq  yol nəqliyyat hadisəsi qeydə alınır. Bu qəzalarda hər il, 1000-dən artıq insan dünyasını dəyişir, 3000-ə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər almşdır. 

    Azərbaycanda son texnaloqiya ilə tətbiq edilmiş “AY PATRUL” sistemi xidməti vastəsi ilə 2016-cı ilin son 5 ayı müddətində 175 000 yol nəqliyyat qaydası pozuntusu aşkar edmişdir.  1 gün ərzində isə 1000 – nə yaxın qayda  pozuntusu  haqqında  Protokol yazılaraq cərimə tətbiq edilmişdir.

     Azərbaycanda son vaxtlar elə gün olmur ki, avtomobil qəzaları barədə məlumatlar yayılmasın və hər 2,4 avtomobil qəzasından biri ölümlə nəticələnir. Təəsüflər olsun ki, hər gün “Avtomobil qəzası nəticəsində coxlu sayda adam öldü” xəbərini eşidirik. Hətta “Bir ailənin bir neçə üzvünün qəzalarda həlak olması” haqqıda xəbərləri eşidirik. Bu sözlər bizim üçün,  artıq o qədər adiləşərək və həyatımıza daxil olaraq, hər gün vərdiş etdiyimiz xəbərə çevrilib. Hər gün avtoqəzalarla bağlı bu qədər ölüm xəbərləri eşitdiyimiz halda sürücülər yenədə qaydaları pozurlar, içkili vəziyyətdə sükan arxasına oturaraq yeni-yeni faciələr törədirlər.

     Bu gün rayon xəstəxanalarımız avtomobil yol qəzaları nəticəsində yaralanmış insanlarla dolaraq müharibə şəraitindəki, hospitallara bənzəyir. Ən dəhşətlisi budur ki, yol nəqliyyat hadisələrin 35 %-ni piyadaların və azyaşlı uşaqların vurulmas təşkil edir. Axı, 7-16 yaşlı uşaqların nə günahı var ki, bu uşaqlar heç böyümədən nəqliyyat qəzalarının qurbanları olurlar. 

     Respublika üzrə qeydə alınmış yol nəqliyyat hadisələrinin 21 %-i sərxoş sürücülərin avtomabili sərxoş vəziyyətdə yüksək sürətdə idarə etmələri və ötmə manevralarına düzgün əməl etməyərək qarşıdan gələn nəqliyyatın yoluna çıxması səbəbindən  törədilmişdir.

      ƏZİZ VƏTƏNDAŞLAR! Təsadüfləri nəzərə almasaq, çox şey bizdən–səndən, məndən, hər birimizdən asılıdır… Çalışaq yol qurbanı olmayaq. Siz də, yol qəzada ölən yaxınlarınızı, dostlarınızı xatırlayın və düşünün, bir çox hallarda bu qəzalar baş verməyə bilərdi. Əzizləriniz bu gün də sizinlə olardı.  Hər birimiz – istər sürücü, istər piyada olaq, məsuliyyətimizi dərk etməliyik. Özümüzü də, özgələrinidə qorumaq və qayğısına qalmalıyıq…  Çünki bu gün bizim hər birimiz və aillə üzvülərimiz avtomobil qəzaların qurbanları ola bilərik və bu təhlükə hələ davam edir. Bu problem ictimayyəti narahat edən ən aktual və təhlükəli problemlərdən biridir.

      Buna görədə,  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, 04 may 2016 – cı il tarixindən, 04 sentyabr 2016-cı il tarıxinə kimi, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının, Qeyri Hökümət Təşkilatlarının və KİV nümayəndələrinin birgə iştirakı ilə, Bakı şəhərində, Bakı-Ələt, Bakı-Qazax, Bakı-Quba, Bakı–Astara istiqamətlərindəkı, magistral və mərkəzi avtomobil yollarıda və ayrı-ayrı regionlarda, Şirvan, Mingəçevir, Lənkaran şəhərlərində və Xaçmaz rayonunın təhlükəli avtomobil yollarıda, vətəndaşların təhlükəsizliyini müdafiyyə edib yol hərəkət qaydalarını pozan sürücülərə qarşı təbliğat-təşviqat kampaniyasını təşkil edərək, baş verən yol-nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimai dəsdək vermək məqsədi ilə, “Yol-nəqliyyat qəzalarına qarşı  mübarizə  kampaniyasının təşkili”  layi­hə­sini həyata keçirir.        

      Layihə çərçivəsində həmçinin, avtomabil qəzası zamanı qəzaya düşərək sağlamlıqlarını itirmiş vətəndaşların qanuna müvafiq olaraq, Respublika Tibbi-Sosial Ekspertiza və Sosial Müdafiə Mərkəzləri ilə əməktaşlıq edərək, onlara 88 nömrəli tibbi forma sənədinin və əlillik qrupunun almalarına hüquqi köməklik göstərilir.                                                                                                                          

    Ümüd edirik ki, icra etddiyimiz, “Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili”  layihəsi sayəsində görülənək təbliğat-təşviqat işləri, layihədə qaldırılmış problemlərin həllində qabaqlayıcı tədbir kimi dəyərləndirilərək, «Yol hərəkəti haqqında»«Əhalinin sağlamlığının qorunması haqqında»  Azərbaycan Respublikası Qanununa və Baş Dövlət Yol Polisi İdarəsinin avtomobil qəzalarının törətdiyi acı fəsadları aradan qaldraraq, ölkəmizdə vətəndaşlarımızın təhlükəsizliyinin müdafiyəsinə istiqamətində apardığı işlərə öz xeyirli tövhəsini verəcəkdir.   

     Əziz sürücülər! Unutmayın ki, Sizin ani səhlankarlığınız, özünüzün və başqalarının həyatını alt-üst edə bilər! Unutmayın ki, Sizin yolunuzu gözləyirlər!
                                       

       

 

Davud Rəhimli

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1284 dəfə oxunub




Flag Counter






» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində

» 30/7/2019- "Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili"