28 Noyabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
25/5/2016 Sosial xidmət sahəsində dövlət sosial sifarişləri


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində QHT-lərlə birgə 
ictimai müzakirələr keçirilib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “ Sosial xidmət sahəsində dövlət sosial sifarişləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda ictimai müzakirə keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri, sosial xidmətlər üzrə ixtisaslaşmış QHT-lərin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
İctimai müzakirəni giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov nazirliyin sosial xidmətlər sahəsində fəaliyyətindən və bu sahədə ixtisaslaşmış QHT-lərlə səmərəli əməkdaşlığından bəhs edib. İ.Rəhimov bildirib ki, bu əməkdaşlığın davamı kimi, ötən il nazirliyin sosial sifarişləri əsasında sosial xidmətlərin göstərilməsi üçün QHT-lər tərəfindən 36 rayonu əhatə edən 32 layihə icra olunub. Həmin layihələr çərçivəsində respublikamızın ayrı-ayrı şəhər və rayonlarında əlilliyin qarşısının alınması və sağlamlıq imkanları məhdud uşaqlar üçün müxtəlif növlərdə reabilitasiya xidmətləri, günərzi qayğı mərkəzləri, həmçinin Bakı şəhərində autizm mərkəzi, daun sindromlu uşaqlar üçün reabilitasiya mərkəzi, lal-kar və zəif eşitmə qabiliyyəti olan uşaqlar üçün surdoloji mərkəz və s. təşkil edilib. Beləliklə də, qeyd olunan insanların ehtiyac duyduqları reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı işləri aparılıb.
Nazir müavini bildirib ki, hazırda təşkil olunan bu ictimai müzakirə də dövlət sosial sifarişləri əsasında sosial xidmətin təşkili sahəsində görülən işlərin və gələcək inkişaf perspektivlərinin vətəndaş cəmiyyətləri ilə birgə təhlil olunmasına yönəlib. Burada aparılan müzakirələrin nəticələri, səslənən təklif və tövsiyələr də sosial xidmətlər sisteminin inkişafı üçün faydalı olacaq. 
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Fuad Hüseynov sosial xidmət sahəsində sosial sifarişlərin əsas hədəfləri və prioritetləri barədə məlumat verib. Həmçinin nazirlik yanında İctimai Şuranın sədri Mayis Əliyevin (“Müasir dövrdə sosial xidmət sahəsində dövlət sosial sifarişlərinin QHT-lər tərəfindən həyata keçirilməsinin hüquqi əsasları”), BMT-nin Uş aq Fondunun şöbə müdiri Ramiz Behbudovun (“Sosial xidmətlə bağlı sosial sifarişlərin icrası sahəsində beynəlxalq təcrübə”), Əlil Təşkilatlatları İttifaqının sədri Davud Rəhimlinin (“Sosial sifarişlərin həyata keçirilməsi sahəsində monitorinq və qiymətləndirmə”) və digərlərinin çıxışları dinlənilib. 
Tədbir zamanı sosial xidmət sahəsində mövcud vəziyyət, onun inkişaf perspektivləri ətraflı müzakirə olunub, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi barədə təklif və tövsiyələr irəli sürülüb. 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 4513 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

» 30/9/2023- “Maddi-mədəni irsimizin qorunması” qısametrajlı sənədli filmin təqdimatı keçirilib.

» 29/9/2023- “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi liə bağlı tədbirlərin təşkili ” layihəsi bitirmişdir.

» 30/9/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 29/9/2023- Milli Şəhərsalma forumları - Azərbaycanın şəhərsalma təcrübəsini bölüşdüyü beynəlxalq platforma

» 29/9/2023- Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib