XƏBƏRLƏR




- 25/5/2016 “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
“ƏST”İB – “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Milli xalçaçılıq sənətinin inkişafı və əlillərin məşğulluğu üçün Peşə Emalatxanasının yaradılması” layihəsinə start vermişdir. Bu layihə çərçivəsində əlilliyi olan və imkansız şəxslər üçün təlim – tədris emalatxanaları yaradılacaq və yeni milli xalçaların toxunması, onların bərpası, sənət növlərinin ustalıq sirlərinin əlilliyi olan insanlara aşılanması və bu hesaba onlar emalatxanalarda daimi iş yerləri ilə təmin ediləcəklər.
Layihə təlimçi ustalar Azərbaycan Milli Xalçaçılıq sənətində imzasını təsdiq etmiş, incəsənət nümunəsi olan əsərləri ilə Dünya şöhrətli muzeylərini bəzəyən Əməkdar Xalçaçı rəssam Fazil Abasquluzadə və yüksək peşəkarlıq səviyyəsi ilə Azərbaycan Milli Xalçaçılıq sənəti nümunələrinə ilmə - ilmə həyat verib, yaşadan Xalçaçı usta Rəmziyyə xanım Xəlilovadır.
Layihə ilkin mərhələdə İsmayıllı rayonu və Sumqayıt şəhərində reallaşdırılacaq. Davamlılıq üçün, gələcəkdə mərhələlərlə Azərbaycan Respublikasının digər region və şəhərlərində də reallaşdırılması planlaşdırılmışdır.
“ƏST”İB Mətbuat Xidməti.
Bu xəbər 3950 dəfə oxunub