XƏBƏRLƏR




- 17/5/2016 “İncə məqamlar” sərgisi və konserti
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
“İNCƏ MƏQAMLAR” SƏRGİ VƏ KONSERT
17 may 2016-cı il tarixdə Ümumimilli Liderimiz Heydər Əliyevin 93-cü yubileyi münasibəti ilə Beynəlxalq Muğam Mərkəzində İstedadlı Əlillər ictimai birliyi fiziki məhdud istedadlı insanların “İncə məqamlar” adlı sərgisin və konsertin təşkil etmişdir. Tədbir Azərbaycan Respublikasının Prezidenti Yaninda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası" adlı layhəsi çərçivəsində təşkil olunmuşdur. “İncə məqamlar” adlı sərgi və konsert proqramında 23 müəllifin 400 ədəd əl işlərindən ibarət əsərlərin satış sərgisi və 10 nəfər əlilliyi olan istedadlı musiqiçilərin ifasında konsert proqramı təşkil olunmuşdur. İstedadlı Əlillər ictimai birliyinin sədri Cavad Qasımov Layihə haqqında geniş məlumat verərək qeyd etdi ki, “Tədbirin keçirilməsində məqsədimiz fiziki məhdud istedadlı insanların fəaliyyətini ictimayyətə təqdim etmək, onların cəmiyyət tərəfindən tanınmasına şərait yaratmaq, gələcək fəaliyyətlərinə stimul vermək və istedadları sayəsində maddi rifah halının yaxşılaşmasında onlara dəstək olmaqdır. Qeyd edim ki, bu günkü sərgiyyə çıxarılan əsərlər müəlliflərin özlərinin iştrakı ilə satışa çıxarılıb”...
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Mədəniyyət və Turizmi Nazirliyinin, Milli Paralimpiya Komitəsinin, Abşeron və Binəqədi Rayon İcra Hakimiyyətlrinin və Qeyri-Hökumət Təşkilatlarının rəhbərlikləri və nümayəndələri, o cümldən Millət Vəkili Qənirə xanım Paşayeva, İctimayyətin nümayəndələri, Ziyalılar, Şəhərimizin sakinləri və qonaqları iştrak etmişdir. Tədbir Beynəlxalq Mugam Mərkəzinin , 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabiltasiya Mərkəzinin, Əlil İdmançılara Dəstək ictimai birliyinin və Makro Marketin təşkilatı dəstəyi ilə təşkil olunmuşdur.
Tədbirin iştrakçıları Fəxri Fərman və Diplomlarla təltif edilmişdir
Bu xəbər 2683 dəfə oxunub