XƏBƏRLƏR




- 27/4/2016 “Autizmli uşaqların cəmiyyətə inteqrasiyası “adlı seminar
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
“Autizmli uşaqların cəmiyyətə inteqrasiyası “adlı seminar keçirildi.
Aprel autizm ayında Azərbaycan Respublikası ƏƏSMN-nin sosial sifarişi və maliyyə dəstəyi ilə həyata keçirilən “Sağlamlıq imkanları məhdud (autizm) uşaqlara defektoloji və psixoloji yardım göstərilməsi”layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu və “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi”(ADPYM) İctimai Birliyi ilə birgə 27.04.2016-ci il tarixdə saat 14.00-də “Autizmli uşaqların cəmiyyətə inteqrasiyası” adlı seminar keçirildi.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitunun direktor müavini Rafiq Qəndilov açdı.O qonaqları salamladı və ölkəmizdə çox aktual bir mövzu olan autizm problemi və onun maarifləndirilməsinin çox vacib olduğunu bildirdi.O bu tədbirin təşkilatçılarına TPİ-nin şöbə müdiri Lalə İmanovaya və Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədliyə təşəkkürlərini bildirdi .
Sonra çıxış üçün söz tədbirin təşkilatçısı TPİ-nin İnkluziv təhsil şöbəsinin müdiri L.İmanovaya verildi.O qeyd etdi ki,autizm problemi hər zaman İnstitumuzun diqqət mərkəzində olmuş və mövzuda bir sıra tədbirlər keçirmişik .
Tədbirin təşkilatçısı “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi”(ADPYM) İctimai Birliyinin sədri ,layihə koordinatoru Çiçək Məmmədli çıxış edərək X XI əsrin qlobal problemi hesab edilən autizm ölkəmizdə də ən aktual bir mövzu olduğunu və aparılmış tədqiqatlara görə dünya əhalisinin 1 faizi yəni 70 milyon əhali autizmin qurbanı olduğunu bildirdi. O vurğuladı ki,qeyri-rəsmi olaraq əldə etdikləri stastistikaya əsasən ölkəmizdə təxmini 5000 yaxın uşaq autizm sindromundan əziyyət çəkir.Getdikcə bu say artmaq üzrədir. Yaranma səbəbi elmə 100% məlum olmayan autizm sindromu ilə mübarizə günün tələbidir.Çiçək Məmmədli bu tədbirin mahiyyətindən ,həyata keçirdikləri layihənin uğurlarından,ölkəmizdə autizm sahəsində mövcud problemlərdən ,bu sahədə əldə etdikləri uğurlardan və qarşıda duran məsələlrdən danışdı.O,ölkəmizdə autizm sindromlu övladı olan valideynlərin qarşılaşdıqları bir sıra problemlərdən və onların həllinə dair hazırladıqları təkliflər layihəsinin əhəmiyyətindən ,dayanmadan aidiyyatı qurumlara geniş müzakirəsinin aprılması və diqqət mərkəzində olması məhz Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3.1.7-ci bəndində autizm sindromuna görə uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunmasın öz əksini tapması ilə nəticələndi.
“Aprel autizm ayı”nda bu təkliflərin bir daha geniş ictimai müzakirəsini təşkil etdikləri yenidən aidiyyatı dövlət qurumlarına təqdim edəcəkləri üçün imza toplama aksiyası keçirdiklərini bildirdi.Bu təklif valideynlər və tədbir iştirakçıları tərəfindən alqışla qarşılandı.O qeyd etdi ki,autizmin dərmanlarla müalicəsi aşkarlanmayıb ancaq ardıcıl pedaqoji iş müsbət nəticə verir.Artıq ölkəmizdə də heç də xarici ölkə mütəxəssislərindən geri qalmayan mütəxəssislər olduğunu bildirdi.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası İnsan Hüqüqları Üzrə Müvəkkili Ombudsman Aparatının müşaviri Müqalib Mahmudov çıxış etdi .O bildirdi ki,autizm problemi ombudsman Elmira Xanım Süleymanovanın ən kövrək və maraq dairəsində olan bir mövzudur. Bu barədə ADPYM-nin dəfələrlə Ombudsamana ünvanladığı müraciətlər araşdırılraq aidiyyatı qurumlara çatdırılmışdır.Milli Məclisdə bu sahədə aparılan müzakirələrdə Elmira Xanım yaxından iştirak edərək bir sıra təkliflər vermişdir.
Sonra Uşaq Bərpa Mərkəzinin direktoru Tağıyev Şahin çıxış etdi .Autizm sindromu haqqında danışdı və autizm sahəsində ölkəmizdə müəyyən işlərin əsası qoyulduğunu vurğuladı.
Tədbirdə iştirak edən Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin nümayəndəsi çıxış edərək bildirdi ki, mən bu gün qürür hissi ilə qeyd edə bilərəm ki,2008-ci ildə ölkəmizdə ilk autizm sahəsində fəaliyyət göstərən ADPYM-İctimai Birliyi məhz Suraxanı rayonu ,Qaraçuxur qəsəbəsində fəaliyyətə başlamışdır.Onun fəaıiyyəti nəticəsində bu gün autizm problemi ölkəmizdə aktual bir mövzuya çevrilmişdir.Bu sahədə iri layihələr həyata keçirən autizm probleminə aid təkliflər layihəsinin aidiyyatı qurumlarda və Milli Məclisdə geniş müzakirəsinə ,autizm terminin qanunvericilikdə yer alması bu İctimai Birliyin fəaliyyəti sayəsində mümkün olmuşdur.ADPYM-nin Qaraçuxur Bələdiyyəsi ilə əməkdaşlığı sayəsində autizmli uşaqların sosiallaşması ,cəmiyyətə inteqrasiyası mövzusunda bir sira xeyirxah layihələr rellaşdırmışlar və tədbirlər planında bu sahədə yeni layihələr nəzərdə tutlmuşdur.
Sonra çıxış üçün söz Hemofiliyali Xəstələrin Respublika Assosiasiyasinın Prezidenti və Əlil Təşkilatları İttifaqının sədr müavini Gülnara Hüseynovaya verildi. O autizm problemini aktuallığından və ölkəmizdə bu sahədə görülən işlərdən eyni zamanda Əlil Təşkilatları İttifaqının üzvü olan ADPYM İctimai Birliyinin autizm probleminin hər zaman gündəmdə olmağına çalışan ,bu sahədə çox işlər görmüş ,daim autizm maarifləndirmə tədbirləri ilə öndə olmasını bu sahədə uğurlu fəaliyyətindən danışdı.Ölkəmizdə autizm probleminə həsr edilmiş “Autizm”qəzetinin Təsisçi , baş redaktoru olan Çiçək Məmmədli və qəzetin redaktoru Esmira Kazımova təsis etdiykləri bu qəzet vasitəsi ilə maarifləndirmə sahəsində çox böyük nailiyyətlər əldə edə bilmişdir. O qeyd etdi ki,bu İctimai Birlik ölkəmizdə və regionlarda da bir sıra maarifləndirmə latihələri həyata keçirmişdir. Naxçıvan Muxtar Respublikasında Xüsusi qayğiya ehtiyacı olan uşaqlar mərkəzin fəaliyyətə başlamasında mütəxəssislərinin yetişməsində Çiçək xanımın rolu danılmazdır.Eyni zamanda ƏTİ-nin üzvü olan bu İctimai Birliyin qurduğu işi valideynlərlə sıx əlaqəsini tədqirəlayiq hesab etdiyini bildirdi.
Digər tədbir iştirakçısı “Qafqaz Media “İctimai Birliyinin sədri Azadə Hüseynova çıxış etdi.O ,ADPYM İB-nin sədri Çiçək Məmmədlinin ölkəmizdə autizm sindromlu övladı olan ailələrə göstərdiyi mənəvi və maddi dəstəkdən söhbət açdı.Hər zaman və il boyu demək olar ki,bütün bayramlarda onun müxtəlif xeyriyyə tədbirləri təşkil edərək autizmli uşaqların sosiallaşması və cəmiyyətə inteqrasiyası sahısində çalışmasından ,hər bir valideynə göstərdiyi diqqət və qayğsından danışdı.O,bütün bunları həyata keçirən İctimai Birliyin sədrinin iki övladının autizmdən əziyyət çəkdiyini də vurğuladı.
Tədbirdə iştirak edən digər aidiyyatı dövlət qurumlarının , Qeyri Hökümət Təşkilatlarının nümayəndələri də öz çıxışlarında tədbiri alqışladılar eyni zamanda yaranan problemlərə nəzər yetirərək gələcəkdə bu cür problemlərin yaşanmaması üçün müxtəlif rəy və təkliflərini də irəli sürdülər. Tədbirdə həmçinin mərkəz rəhbərləri ,autizm sindromlu uşaqlar ,valideynlər və KİV nümayəndələri çıxış etdilər .Çıxışlar ətrafında geniş müzakirələr aparıldı.Valideynlərin sualları dinlənildi və cavablandırıldı.Onların təklifləri və arzuları dinlənildi və yenidən işləniləcək təkliflər layihəsində nəzərə alınacağı bildirildi.
Sonra autizm sindromu və onunla mübarizə üsullarından danışıldı.Bu sahədə fəaliyyət göstərən təcrübəli və peşəkar mütəxəssislərin təqdimatı nümayiş etdirildi.Ölkəmizdə kifayət qədər tanınmış ,autizmli uşaqların sosiallaşması sahəsində yüksək göstəricilərə nail olmuş,peşəkar mütəxəssis defektoloq-loqoped, eyni zamanda Autizm Defektoloji Psixoloji Yardım Mərkəzi(ADPYM) İctimai Birliyinin təsisçilərindən biri,”Autizm “qəzetinin redaktoru,”Nitq İnkişaf “Mərkəzinin direktoru Esmira Kazımovanin “Autizm və nitq “mövzusunda təqdimatı nümayiş etdirildi.Təqdimat əsasında geniş müzakirələr aparıldı ,suallar cavablandırıldı.
Digər təqdimat “Loqopam”Reabilitasiya Mərkəzinin rəhbəri defektoloq -loqoped Şəfəq Məmmədova “Autizm sindromu və onunla mübarizə üsulları” mövzusunda təqdimat etdi.
“Günlük yaşam lideri “İlham Osmanlı “Nə üçün günlük yaşam ?”mövzusunda təqdimat etdi .Və o autizmli uşaqların cəmiyyətə inteqrasiyası zamanı günlük yaşamın tətbiqinin əhəmiyyətindən danışdı.
Tədbirdə ƏƏSMN-nin sosial sifarişi ilə “Sağlamlıq imkanları məhdud (autizm)uşaqlara defektoloji və psixoloji yardım göstərilməsi”layihəsi çərçivəsində hazırlanmış “Azərbaycanda autizm problemi “adlı sənədli film nümayiş etdirildi.
Film “Qafqaz Media “onlayn Tv-tərəfindən çəkilib.
Filmin çəkiliş qrupu:
Layihə koordinatoru :Çiçək Məmmədli
Rejissor:Elgün Seyidzadə
Redaktor: Xanım Əhmədova
Aparıcı:İlahə Abdullayeva
Çəkiliş qrupunun rəhbəri:”Qafqaz Media “İB-nin sədri,”Qafqaz Media .az “İnformasiya Agentliyinin baş redaktoru Azadə Hüseynova
Sonda xatirə şəkilləri çəkdirildi.
Yazını hazırladı:İlahə Abdullayeva
Foto : Elgün Seyidzadə , İslam Səfixanlı
Azərbaycan Respublikası
Autizm Defektoloji və Psixoloji Yardm Mərkəzi (ADPYM)İB-nin mətbuat xidməti
27.04.2016
Bu xəbər 3196 dəfə oxunub