21 Sentyabr 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
14/4/2016 “Milli Qəhrəmanlarımız” kitabının təqdimatı olub


14.04.2016
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Milli Qəhrəmanlarımız” kitabının təqdimatı olub

 

   Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirliyin dəstəyi ilə hazırlanaraq nəşr etdirilmiş, Azərbaycanın Milli Qəhrəmanlarının həyat və mübarizəsi haqqında sənədli materialları əhatə edən “Milli Qəhrəmanlarımız” kitabının təqdimatı olub. Tədbirdə millət vəkilləri, ictimai xadimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ayrı-ayrı Milli Qəhrəmanların doğmaları iştirak edib. 
   Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 
   Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, Vətənimizin ərazi bütövlüyü və konstutusiya quruluşunun müdafiəsi uğrunda  döyüşlərdə böyük şücaət və igidlik göstərmiş Milli Qəhrəmanlarımıza daim hörmət və ehtiram, qayğıkeş münasibət göstərildiyini, şəhid olmuş Qəhrəmanlarımızın xatirəsinin yüksək tutularaq əbədiləşdirildiyini vurğulayıb: “Hələ ötən əsrin 90-cı illərindən Ümummilli liderimiz  Heydər Əliyev bu sahədə ilk mühüm addımların atılmasını təmin edib. Habelə 1993-cü ilin dekabrında Ulu öndərin müvafiq sərəncamı ilə Milli Qəhrəmanlara, onlardan həlak olanların ailələrınə yardım edilib. 1995-ci ilin iyununda Milli Qəhrəmanların, onların ailələrinin sosial vəziyyətlərinin yaxşılaşdırılması tədbirləri haqqında Sərəncam imzalanıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə tədbirlər daha da gücləndirilib, Milli Qəhrəmanların, ümumən Vətənin müdafiəsində şəhid olmuş insanların xatirəsinin əbədiləşdirilməsi üçün mühüm işlər aparılıb. Eləcə də dövlət başçısının  14 iyul 2005-ci il tarixli Sərəncamı ilə Milli Qəhrəmanlarımıza, onlardan şəhid olmuş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün ödənilməsinə başlanılıb və ötən dövrdə bu təqaüd artırılaraq 1000 manata çatdırılıb”.
   S.Müslümov bildirib ki, xalqımızın tarixi qəhrəmanlıq ənənəsini şərəflə davam etdirmiş, hər birimizdə qürur hissi doğuran Milli Qəhrəmanlarımızın cəmiyyətə daha geniş şəkildə tanıdılması, onların həyat və qəhrəmanlığının geniş təbliği bu gün cəmiyyətdə, xüsusən gənclərimiz arasında vətənpərvərlik ruhunun güclənməsi baxımından mühüm önəm kəsb edir: “Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaş cəmiyyətləri ilə əməkdaşlığının bir istiqaməti də məhz Milli Qəhrəmanların tanıdılması və cəmiyyətdə geniş təbliği məqsədinə yönəlib. Bu istiqamətdə ardıcıl layihələr həyata keçirilir. Hazırda təqdim olunan “Milli Qəhrəmanlarımız” kitabı da nazirliyin vətəndaş cəmiyyətləri ilə əməkdaşlığının bir bəhrəsidir”. 
   Qəhrəman həmvətənlərimizin həyat və döyüş yolunun təbliğinin, habelə bu kitabın xüsusən indiki dönəmdə çox önəmli məsələlərdən olduğunu qeyd edən S.Müslümov hazırda  Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun çox yüksək olduğunu diqqətə çatdırıb: “Aprel ayının əvvəllərində Azərbaycan ordusunun təcavüzkar Ermənistan tərəfindən  ölkəmizə qarşı həyata keçirilən silahlı təxribatının qarşısını uğurla alması, düşmənə layiqli cavab verməsi Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun nə qədər qüdrətli bir ordu kimi formalaşdığını və işğal altında olan torpaqlarımızı istənilən vaxt azad etməyə qadir olduğunu sübut etdi”.
   Nazir bildirib ki, nəsillərdən nəsillərə ərməğan kimi qalacaq bu kitabda ölkəmizin ərazi bütövlüyünün, konstutusiya quruluşunun müdafiəsi uğrunda  döyüşlərdə misilsiz mərdlik və igidlik nümunələri göstərərək  Azərbaycanın Milli Qəhrəmanı şərəfli adına layiq görülmüş 211 nəfər həmvətənimiz haqqında məlumatlar, onlarla bağlı foto-materiallar toplu halında təqdim edilir. Hazırda Milli Qəhrəmanlar haqqında müəyyən nəşrlər, informasiya mənbələri olsa da, nəfis tərtibatla nəşr olunmuş bu kitab bütün Milli Qəhrəmanlarımızı tam əhatə edir. Burada hər bir Milli Qəhrəmanımız haqqında dolğun məlumat əksini tapıb və bu dəyərli kitabın cəmiyyətimizdə maraqla qarşılanacağı şübhəsizdir.
   S.Müslümov ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş insanların, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan siyasət barədə də məlumat verib. 
   Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı kitabın ərsəyə gəlməsindən bəhs edib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son illərdə digər vətəndaş cəmiyyətləri ilə yanaşı, həmin təşkilatla da əməkdaşlığa önəm verməsindən razılıqla söz açıb. E.Uluxanlı nazirlik tərəfindən “Milli Qəhrəmanlarımız” kitabının hazırlanması və nəşrinə verilən dəstəyin ümumən Milli Qəhrəmanlarımıza və şəhid olan qəhrəmanlarımızın xatirəsinə hörmət və ehtiramın əməli bir nümunəsi olduğunu diqqətə çatdırıb, bu dəstəyə görə nazirliyə minnətdarlığını ifadə edib. 
   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-mayor Dadaş Rzayev bildirib ki, Milli Qəhrəmanlarımızın daha geniş şəkildə tanıdılması, onların həyat və qəhrəmanlığının təbliği bu gün Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun yüksəldilməsində, ümuməm hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə aparılan işlərin, habelə “Milli Qəhrəmanlarımız” kitabının nəşrinə dəstək verilməsinin təqdirəlayiq və yaxşı bir nümunə olduğunu diqqətə çatdırıb. 
   Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli respublikamızın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə igidliklər göstərmiş Milli Qəhrəmanlarımıza diqqət və qayğı göstərilməsi, eyni zamanda şəhid qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi sahəsində görülən işlər, müvafiq normativ-hüquqi aktlar barədə söz açıb. Komitə sədri təqdim edilən “Milli Qəhrəmanlarımız” kitabının nəcib və xeyirxah bir mərama xidmət etdiyini, gənc nəslin vətənə sədaqət ruhunda tərbiyəsində onun dəyərli və təsirli vasitələrdən biri olacağını vurğulayıb. 
   Millət vəkili Qənirə Paşayeva Milli Qəhrəmanlarımız haqqında nəşr olunmuş kitabın Vətən, xalq, dövlət naminə yaşamaq və mübarizə aparmaq ruhunun daha da güclənməsində xüsusi rola malik olduğunu qeyd edib. Milli Qəhrəmanlarımızın hər birinin həyat və döyüş yolunun, şücaətlərinin  gənclərimiz üçün bir örnək olduğunu bildirib
   Digər çıxış edənlər kitabın Milli Qəhrəmanlarımız haqqında ən dolğun və əhatəli informasiya mənbəyi olmasından, onun qəhrəmanlarımızın tanıdılması sahəsində önəmindən və tərbiyəvi əhəmiyyətindən bəhs ediblər.

 

Davud Rəhimli

 
 
 
 
 
 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2063 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 19/9/2020- “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib

» 18/9/2020- Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı

» 17/9/2020- Nazir Sahil Babayev özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış kiçik müəssisələrə baxış keçirdi

» 16/9/2020- UNEC tələbəsi Birləşmiş Krallığın dəstəyilə "British Council" tərəfindən keçirilən "Creative Spark" müsabiqəsində dünya çempionu olub.

» 16/9/2020- "Əlilliyi olan aztəminatlı ailələrə sosial dəstək"

» 15/9/2020- Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açıldı

» 14/9/2020- “Qəhrəmanlarımız qürur mənbəyimizdir”

» 10/9/2020- Yenə standartlara uyğun olmayan ramp, əlilliyi olan şəxslərə qarşı laqeydlik, yanlış məlumat.

» 10/9/2020- Ağstafada 16 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlərlə təmin olundu

» 9/9/2020- Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verildi

» 8/9/2020- Qaradağ, Xətai, Binəqədi, Nərimanov, Saatlı, Sabirabad, Şuşa və Zəngilan rayonları üzrə xüsusi və güzəştli şərtlərlə pensiya təyin olunanların nəzərinə

» 5/9/2020- Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə bu dəfə həndbol üzrə inkluziv idman yarışları keçirildi

» 4/9/2020- AR Milli Məclisinin İnsan Hüquqları Komitəsi tərəfindən insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərlə birgə video-konfrans keçirmişdir.

» 3/9/2020- Əlilliyi olan uşaqların qatıldığı inkluziv idman yarışları təşkil edilib

» 2/9/2020- Bakıda Mərdəkan-Buzovna-Bilgəh magistral yolunda yeni piyada körpüsü istifadəyə verilib.

» 1/9/2020- “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi hüquqi yardımların göstərilməsi layihəsinin icrasına başladı

» 1/9/2020- Sosial-psixoloji reabilitasiya xidmətləri təkmilləşdirilir

» 31/8/2020- Daha 155 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq verilib

» 28/8/2020- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 27 avqust tarixli 309 nömrəli Qərarı ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın “I. Evdə təhsil almaq hüququ verən xəstəliklərin Siyahısı” bölməsi yeni redaksiyada təsdiq edilmişdir.

» 28/8/2020- “Benefisiar sahibliyin açıqlanması”