09 Avqust 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
16/3/2016 Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əlilliyi olan şəxslərin ali təhsili ilə əlaqədar seminar – təlim keçirilmişdir.


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əlilliyi olan şəxslərin ali təhsili ilə əlaqədar seminar – təlim keçirilmişdir.

 

Martın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” TEMPUS (ESFIDIP) adlı layihəsi çərçivəsində UNEC-də yaradılan “Əlilliyi olan Tələbələr üçün Mərkəzdə” həyata keçirilməsi nəzərdə tutulan  pilot proqlamlarda iştirak edəcək UNEC-in əlilliyi olan tələbələrinin tədris prosesində iştirak edən professor-müəllim heyəti üçün, həmçinin  inzibati işçilərin iştiraki ilə təlim-seminar keçirilib.

UNEC rektoru, professor Ədalər Muradovla görüşdə Əlillər Təşkilatları İttifaqının  prezidenti  Davud Rəhimli və vitse-prezidenti Bəybala İbadullayev əlilliyi olan tələbələrin ali təhsilə inteqrasiyasının vacib olması və UNEC tərəfindən bu istiqamətdə zəruri olan bütün tədbirlərin həyata keçirildiyi qeyd edilib. Bu sahədə maarifləndirmə işlərinin aparılması, tələbələrin təhsillərini başa vurduqdan sonra karyera perspektivlərinin inkişaf etdirilməsi müzakirə olunub. Ə.Muradov UNEC-də digər ali təhsil müəssisələri nümayəndələri üçün də analoji təlimlərin təşkil edilməsini təklif edib. Bildirib ki, UNEC bu istiqamətdə regionlarda da təlimlər apara bilər.

Seminar – təlimdə universitetin Beynəlxalq əlaqələr departamentin rəhbəri  Anar Kazımov ümumi məlumat verdikdən sonra Beynəlxalq  əlaqələr  departamenti, ESFİDİP UNEC layihəsinin koordinatoru Gülşən Vəliyeva layihə haqqında, Əlilliyi olan tələbələr üçün mərkəzin koordinatoru   Sevinc Sakmanli mərkəzin fəaliyyət planının təqdimatlarını etmişlər.

Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli və təşkilatın ekspert Bəybala İbadullayev tərəfindən əlilliyin dərki ümumi məlumat, yanaşmalar, etik qaydalar, qanunvericilik, inkluziv təhsil, universal dizayn haqqında təqdimat olunmuşdur.

Tədbirdə əsasən layihə çərçivəsində görülən işlərdən, eləcə də  UNEC-də təhsil alan əlilliyi olan tələbələrə universitetin təhsil və xidmətlərindən bərabər hüquqlu istifadə etmələri üçün xidmət və dəstəkdən, onlara göstərilən xidmətlərin yaxşılaşdırılması üçün bütün strukturları ilə, eləcə də professor-müəllim heyəti, tələbələrlə əməkdaşlıq çərçivəsində universitetdə inkluziv təhsil mühitinin yaradılması müzakirə olunmuş, suallar cavablandırılmışdır.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2171 dəfə oxunub




Flag Counter






» 5/8/2020- “VCT dayanıqlıq indeksi - 2019”

» 30/7/2020- İsmayıllı rayonunda təməli qoyulan “DOST Evi” mərkəzi bölgədə məşğulluğun, milli mədəniyyət nümunələri istehsalının və turizmin inkişafına dəstək verəcək

» 24/7/2020- "Əlilliyi olan uşaqların sosial reabilitasiyası” adlı layihəsini həyata keçirilir

» 21/7/2020- ZOOM/ SI&C

» 21/7/2020- DIPLOMATIYAMIZIN NÖVBƏTI BÖYÜK UĞURU

» 21/7/2020- İyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib.

» 21/7/2020- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciət edib.

» 15/7/2020- “Əlillik” altsistemində təkmilləşdirmələr aparılıb, bir sıra yeniliklər tətbiq edilib

» 14/7/2020- Əlil Təşkilatları İttifaqı Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatı ilə əlaqədar bəyanat yayıb

» 8/7/2020- VEBİNAR UN

» 8/7/2020- QHT Jest dilində məlumatlandırma tədbirlərini davam etdirir

» 6/7/2020- Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

» 1/7/2020- Vebinar. ZP MMBA

» 1/7/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində struktur islahatlar

» 1/7/2020- Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 5-ci işçi qrupunun iclası WG - 5 VEBINAR

» 28/6/2020- "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin 1 yaşı tamam olur.

» 27/6/2020- Dünya Bankı və Azərbaycan Hökuməti arasında “Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb

» 26/6/2020- ŞURANIN DƏSTƏYİLƏ İTALİYA VƏ UKRAYNANIN SƏHİYYƏ İSTİQAMƏTLİ TƏŞKİLATLARI İLƏ TƏCRÜBƏ MÜBADİLƏSİ APARILIB

» 23/6/2020- “Benefisiar məlumatların açıqlığına necə olaq?”

» 23/6/2020- “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsinin onlayn bağlanış konfransı keçirilib.