13 Noyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
17/2/2016 Qarabağ həqiqətlərindən bəhs edən “Atəşkəs” filmi nümayiş olundu


   International Eurasia Press Fund (IEPF) 4 yeni şəkil əlavə etdi — Nizami Cinema Center yaxınlığında.

2 saatBaku
Qarabağ həqiqətlərindən bəhs edən “Atəşkəs” filmi nümayiş olunur...
 
Bu gün Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə istehsal etdiyi “Atəşkəs” sənədli filmi azərbaycan dilində nümayiş olunur. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənov, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri cənab Azay Quliyev, millət vəkilləri, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirlikləri və beynəlxalq təşkilatların nümayəndələri, eləcədə media təmsilçiləri iştirak etməkdədir.Qeyd edək ki, Sənədli film “İşğalın qurbanı” layihəsi çərçivəsində macar və Azərbaycan jurnalistlərinin Qarabağ həqiqətlərindən bəhs edən ilk birgə işidir. Filmdə Cənubi Qafqaz regionunda Ermənistanın Azərbaycana qarşı təcavüzünün qeyd alındığı tarixi mərhələlər , Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi , o cümlədən Azərbaycanın Cənubi Qafqazın aparıcı dövlətlərindən biri kimi tarixi-mədəni irsi, ənənələri yer alıb. Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, ermən qırğınları, Qarabağ həqiqətləri, Qarabağ müharibəsinin törətdiyi acı nəticələr, Xocalı faciəsi filmin əsas qayəsini ,leytmotivini təşkil edir. Ekran əsərində macar, alman, fransız, amerikalı ekspertlərin münaqişənin həlli ilə bağlı fikirləri, rəyləri və münaqişə qurbanlarının, şahidlərin ifadələri yer alıb.Qarabağ həqiqətlərindən bəhs edən filmdə Azərbaycanın müasir tarixinə dair faktlar, eləcə də torpaqlarımızın işğalı nəticəsində doğma yurdlarından köçkün düşən insanların acı həyatı öz əksini tapıb. Filmdə işğaldan əvvəl Dağlıq Qarabağda azərbaycanlıların həyat tərzi, Şuşada keçirilən toy mərasimindən ilk dəfə olaraq unikal kadrlar da istifadə olunub.Filmin direktoru Qabor Szabo, rejissoru Erik Boqnardır. Film Macar Turan Fondunun sədri Andras Bironun senarisi əsasında çəkilib .Filmin 2 il ərzində Azərbaycanda baş tutan çəkilişləri, şahidlərdən müsahibələrin alınması , tarixi və mədəni ərazilərimizin video görüntülərinin çəkilməsi, arxiv materiallarının toplanması , cəbhə xəttində təhlükəli sayıla biləcək çəkilişlərin aparılması bilavasitə Beynəlxalq Avrasiya Mətbuat Fondu və onun əməkdaşlarının birbaşa iştirakı və dəstəyi ilə baş tutub. Film son olaraq Macarıstanda yerləşən , dünyacaməşhur “Oriqo” film studiyasında hazırlanaraq genişAvropa ictimaiyyətinə təqdim olunub.Məlumat üçün qeyd edək ki, “Atəşkəs” filmi ilk olaraq 2015-ci ilin dekabr ayının 8-də Macarıstanın paytaxtı Budapeşt şəhərində tarixi “Uranium” film, festival salonunda nümayiş olunub və ölkədə ciddi rezonans doğurub. Sənədli filmin Macarıstandakı premyerasında Macarıstan Parlamentinin spikerinin baş müşaviri Andras Keteman, millət vəkilləri, hökumət nümayəndələri, 5 şəhərin meri, tanınmış ictimai-siyasi xadimlər, elm adamları, jurnalistlər iştirak edib. Yaxın vaxtlarda həmçinin filmin Avropanın müxtəlif ölkələrində nümayiş olunması planlaşdırılır.
 
 
 
Davud Rəhimli
 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1321 dəfə oxunub




Flag Counter






» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu

» 28/10/2019- Əlilliyi olan şəxslərin hüquqlarına dair Bakıda seminar keçirilib.

» 26/10/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 23/10/2019- “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili”

» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”