13 Noyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
19/1/2016 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının iştirakı ilə “İctimai nəzarətin təşkil olunmasında QHT-lərin rolu” mövzusunda Dəyirmi masa keçirilib.


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının iştirakı ilə “İctimai nəzarətin təşkil olunmasında QHT-lərin rolu” mövzusunda Dəyirmi masa keçirilib.
 
Şura sədri Azay Quliyev deyib ki, prezident İlham Əliyev son çıxışında ictimai nəzarətin vacib olduğunu vurğulayıb və bu çağırış birbaşa QHT-lərə ünvanlanıb.
 
A. Quliyev bildirib ki, QHT-lər ictimai nəzarətin təşkili ilə bağlı təkliflərini açıqlamalıdır.
 
Şura sədri “İctimai iştirakçılıq haqqında” qanuna uyğun olaraq mərkəzi dövlət orqanlarında ictimai şuralar yaradılmalı olduğunu nəzərə çatdırıb: “Bəzi dövlət qurumlarında ictimai şuralar olsa da, formal şəkildə mövcuddur, bu məsələlərə diqqət yetirməliyik. Yaranmış vəziyyətdə süni bahalaşmanın qarşısının alınması vacibdir. QHT-lər də bu istiqamətdə öz töhfələrini verməlidir. Şura ictimai nəzarətin təşkili ilə bağlı QHT-lərin təkliflərini prezidentə təqdim edəcək. Ölkədə ictimai-siyasi sabitliyin qorunması, möhtəkirliyə, süni bahalaşmaya qarşı mübarizədə QHT-lər fəal iştirak etməlidir”.
 
Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov qeyd edib ki, “İctimai iştirakçılıq haqqında” qanuna uyğun olaraq 5-ə qədər nazirlikdə ictimai şuralar yaradılıb: “Bəs digər mərkəzi icra hakimiyyəti və yerli icra hakimiyyəti orqanlarında niyə ictimai şuralar yaradılmayıb? Ən azı Gəncədə, böyük şəhərlərimizdə icra hakimiyyətləri yanında ictimai şuraların yaradılmasını gözləyirdik, ancaq hələ bundan xəbər yoxdur”.
 
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məsələ ilə əlaqədar Şura yanında işçi qrup yaradılmasını təklif edib.
 
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov yoxlamaların dayandırılması barədə dövlət başçısının sərəncamının presedenti olmayan addım olduğunu söyləyib.
 
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu QHT-lərin vətəndaş cəmiyyəti adından prezidentə müraciət ünvanlamasını təklif edib.
 
Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov Şura yanında nazirliklərin fəaliyyətinə ictimai nəzarət həyata keçirmək üçün İctimai Palata yaradılması təklifini irəli sürüb.
 
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə ekstremal şəraitdə ictimai nəzarətin təşkili üçün QHT qrupları yaradılmasını və QHT-lərlə bağlı qanunvericiliyə edilən son dəyişikliyin tətbiqini müvəqqəti dayandırmağı təklif edib: “Bir fakt deyim. Bu günlərdə Nəsimi rayonunda, 5-ci mikrorayonda Leyla Əliyevanın əkdiyi ağacları çıxarıb, yerində 2 ev tikirdilər. Yeri rayon İcra Hakimiyyəti satmışdı. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik, o tikintilərin qarşısını aldıq. Digər tərəfdən, biz xarici donorlardan qrant layihələri əsasında maliyyəni şəffaf alır, vergi ödəyirdik. Ancaq siz kimlərin xarici donorlardan pullar almasını istəmirdinizsə, indi o QHT-lər pulları əlbəəl alır. Bizim kimi xarici donorlardan şəffaf maliyyə alan QHT-lər on minlərlə insanın işləməsini təmin edir, ölkəyə xaricdən maliyyə cəlb edirdilər. Lakin bu gün o pul gəlmir və insanlar da işsiz qalıblar. Ona görə də bu qanunvericiliyin tətbiqi dayandırılmalıdır”.
 
A. Quliyev icra qurumlarına ictimai nəzarət mexanizminin şəffaf olmasının vacib olduğunu vurğulayıb: “Yoxsa hansısa QHT gedib, hansısa icra qurumuna nəzarət etməyə gəldiyini bildirəcək. Bunun özü də yanlışdır, sən kimsən ki, nazirliyə nəzarət edəsən? Bu, bir növ reket jurnalistikaya da bənzəyə bilər. Ona görə də Şura yanında İctimai Palata, yaxud başqa qurum yaradılacaqsa, fəaliyyəti də şəffaf olmalıdır”.
 
Milli QHT Forumunun prezidenti Rauf Zeyni ictimai nəzarətin təşkili üçün Mətbuat Şurası və QHT-lərin daxil olduğu Vətəndaş Cəmiyyəti Alyansı yaradılmasını, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Şuranın saytında mobil telefonlarla neqativ hallarla bağlı məlumatların qəbulu üçün resurs yaradılmasını təklif edib. “Qadın Liderliyi Uğrunda” İctimai Birliyin sədri Ülkər Abdullayeva mətbuatın ictimai nəzarətin təşkilində əhəmiyyətli rolunu vurğulayıb, informasiyalara çıxışın asanlaşdırılmasının vacib olduğunu qeyd edib, bəzi dövlət rəsmiləri və deputatların əhaliyə yalan məlumat verməsinə son qoyulmasını zəruri sayıb.(apa)
 
Tədbir müzakirələrlə davam edib.
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1531 dəfə oxunub




Flag Counter






» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu

» 28/10/2019- Əlilliyi olan şəxslərin hüquqlarına dair Bakıda seminar keçirilib.

» 26/10/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 23/10/2019- “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili”

» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”