17 Noyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
14/12/2015 QHT Şurası yeni qrant müsabiqəsi elan etdi - 2016.


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra “Şura” adlanacaq) müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.

Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri dəstəkləyir:

  1. İnsan hüquqları və demokratiya məsələləri

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

  • İnsan hüquq və azadlıqlarının müdafiəsi;
  • Demokratik proseslərin dəstəklənməsi;
  • Əmək hüquqlarının müdafiəsi;
  • Ödənişsiz hüquqi xidmətlərin təşkili.
  • Şəffaflıq və institusional məsələlər

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

  • Korrupsiya və rüşvətxorluqla mübarizədə vətəndaş iştirakçılığının artırılması;
  • Azərbaycanda mədən sənayesində şəffaflıq təşəbbüsünün tətbiqinə dəstək;
  • “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun təbliği;
  • QHT-lərin fəaliyyətində şəffaflığın artırılması üzrə təşəbbüslər;
  • Şəffaflıq məsələlərinə həsr olunmuş video çarxların hazırlanması, təqdimatı və təşviqi.
  • İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

  • Milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınması və dövlət sirri təşkil edən məlumatların qorunmasına dair təşəbbüslər;
  • Milli-mənəvi dəyərlərin, Azərbaycançılıq məfkurəsi və Azərbaycan dilinin qorunmasına dair təşəbbüslər;
  • İctimai problemlərin həlli istiqamətində QHT-bələdiyyə əməkdaşlığı;
  • Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslər;
  • Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə;
  • Müxtəlif mədəni və dini dünyagörüşünə malik qrupların vətəndaş cəmiyyətinə inteqrasiyası;
  • Azərbaycan dövlətinin həyata keçirdiyi islahatlara ictimai dəstək;
  • İctimai təhlükəsizliyin qorunmasında vətəndaş fəallığının artırılması;
  • Yol-nəqliyyat hərəkəti iştirakçılarının davranış qaydalarının təkmilləşməsinə dair təşəbbüslər.
  • Narkomaniya və insan alveri ilə mübarizə məsələləri

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

  • Narkomaniya ilə mübarizədə ictimai fəallığın artırılması (video çarxlar, aksiyalar, yarışlar, mədəni tədbirlər);
  • İnsan alverinə qarşı mübarizədə ictimai fəallığın artırılmasına dair təşəbbüslər.
  • Beynəlxalq əməkdaşlıq məsələləri

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

  • Şimali Amerika və Avropa İttifaqı ölkələrində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı tədbirlər;
  • Xarici ölkələrin KİV-lərində Azərbaycanla bağlı məqalələrin, verilişlərin və digər materialların yerləşdirilməsi;
  • Dağlıq Qarabağla bağlı yaradılmış saytların xarici dillərə tərcüməsi və yenilənməsi;
  • Azərbaycanlılara qarşı soyqırımlar, erməni təcavüzü mövzusunda xarici auditoriyalara hesablanmış videoçarxların, qrafik tipli materialların hazırlanması. Tanınmış xarici mədəniyyət və incəsənət xadimlərinin, idmançıların və digər nüfuzlu şəxslərin bu mövzularda xarici dillərdə qısa video təqdimatlarının, musiqi kliplərinin hazırlanması;
  • Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə dair xarici dillərdə elektron audio-kitabxana bazasının, onun mobil telefonlar üçün proqram təminatının yaradılması və tətbiqi;
  • Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı soyqırımların araşdırılması ilə bağlı xarici tədqiqatçılar və tələbələr üçün təqaüd proqramları;
  • Ölkəmizin mövqeyinin gücləndirilməsi məqsədilə nüfuzlu xarici KİV nümayəndələri, müstəqil jurnalist və fəal bloqerlərdən ibarət qrupların Azərbaycana səfərlərinin təşkili.
  • Ətraf mühit və sağlamlıq məsələləri

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

  • Yaşıllıqların salınması;
  • İctimai obyektlərin ekoloji və sanitar vəziyyətinin monitorinqinin aparılması;
  • Ətraf mühitin məişət tullantılarından təmizlənməsi;
  • Ətraf mühitin öyrənilməsi, uşaqların ekoloji təcrübə işlərinə cəlb olunması və onların iştirakı ilə ekskursiyaların təşkili (festival, TV veriliş, sosial çarx);
  • Yoluxucu xəstəliklərlə mübarizə (sosial çarx, bukletlər);
  • Məişət gigiyenası, qida təhlükəsizliyi və tibbi biliklərin artırılması;
  • Əhali arasında qabaqlayıcı tibbi tədbirlərin həyata keçirilməsinin təbliği;
  • Psixoloji yardıma ehtiyacı olanlar üçün məsləhət xidmətinin təşkili;
  • Fövqəladə hallarda ilkin tibbi xidmətin göstərilməsinin təbliği.
  • Ailə, qadın və uşaq məsələlərinə dair təşəbbüslər

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

  • Ailə dəyərlərinin və sağlam ailə modelinin təbliğinə dair təşəbbüslər;
  • Uşaq hüquqlarının pozulmasının qarşısının alınmasına və zorakılığa məruz qalmış uşaqların problemlərinin həllinə dair təşəbbüslər;
  • Məişət zorakılığı və erkən evliliyə qarşı mübarizə tədbirləri.
  • Sosial məsələlər

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

  • Ahıl, tənha və aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşması və onların asudə vaxtlarının səmərəli təşkilinə dair təşəbbüslər;
  • Əlilliyi və sağlamlıq imkanı məhdud olan şəxslərin yaradıcılıq qabiliyyətinin və təhsil imkanlarının artırılması;
  • Şəhid ailələri, Qarabağ müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşması.
  • İqtisadi məsələlər

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

  • Kiçik biznesinin inkişafına yönələn təşəbbüslər;
  • Fermerlərin maarifləndirilməsi və innovativ texnologiyaların tətbiqi sahəsində bilik və bacarıqlarının artırılması;
  • Əhalinin məşğulluğuna və kənd turizminin inkişafına dair təşəbbüslər;
  • Kiçik infrastruktur problemlərinin həllinə dair təşəbbüslər;
  • Azərbaycan Respublikası Vergi Məcəlləsinin izahı və vergi mədəniyyətinin yüksəldilməsinə dair təşəbbüslər.
  • Təhsil, mədəniyyət və idman məsələləri

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

  • Təhsilin keyfiyyətinin yaxşılaşmasına dair təşəbbüslər;
  • Məktəblilərin sağlamlığının qorunmasına və fiziki tərbiyəsinə diqqətin artırılması, şagirdlərin pis vərdişlərdən çəkindirilməsi və sağlam böyümələri istiqamətində təşəbbüslər;
  • Ümumi təhsil müəssisələrinin işinin səmərəliliyini artırmaq məqsədilə müxtəlif maraqlı tərəfləri cəlb etməklə məktəb-valideyn münasibətlərinin təkmilləşdirilməsinə dair təşəbbüslər;
  • Yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirilməsi, onların asudə vaxtının səmərəli təşkilində QHT-lərin məktəbdənkənar müəssisələrlə əməkdaşlığının gücləndirilməsi;
  • Uşaq və yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılması və inkişaf etdirilməsi məqsədilə tədbirlərin təşkili;
  • Məktəblilərin sağlam həyat tərzinə cəlb olunması, idmana marağın artırılması məqsədilə idman yarışlarının təşkili və digər tədbirlərin keçirilməsi;
  • Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarına azarkeş dəstəyi verilməsinə dair təşəbbüslər.

Layihələrin müddəti

Təqdim olunan layihələr Şuranın tərtib etdiyi formalara, qaydaya və şərtlərə uyğun olmalıdır. Layihələrin müddəti 12 ayadək ola bilər.

Maliyyə yardımının məbləği

  • 2014-cü ilin sonunadək qeydiyyatdan keçmiş QHT-lər üçün layihənin maksimum məbləği15000 (on beş min) manatola bilər.
  • 2015-ci il yanvarın 1-dən sonra qeydiyyatdan keçmiş QHT-lər3000 (üç min) manatdanartıq olmayan məbləğdə layihə təklifləri verə bilər.

QHT üçün tələblər

  • Dövlət qeydiyyatı və bank hesabı olmalıdır;
  • Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları (Dövlət Reyestrindən çıxarış) təqdim etməlidir;
  • Müvafiq qanunvericiliyə uyğun olaraq Maliyyə Nazirliyinə son maliyyə hesabatını verməlidir;
  • Təqdim etdiyi mövzu üzrə təcrübəsi olmalıdır.

Maliyyə yardımı aşağıdakı fəaliyyətlər üçün istifadə edilə bilməz

  1. Daşınmaz əmlakın satın alınması;
  2. Mövcud kəsirin ödənilməsi;
  3. Təhsil üçün fərdi təqaüd;
  4. Siyasi və dini fəaliyyət;
  5. Ayrı-ayrı fərdlərə maddi yardım;
  6. Azərbaycan Respublikasının qanunvericiliyinin pozulmasından və ya ona riayət edilməməsindən irəli gələn cərimələrin ödənilməsi.

Layihələrin hazırlanması üçün texniki şərtlər

  • İctimai əhəmiyyət kəsb edən mövzu üzrə kitab nəşrini təklif edən QHT mövzuya dair ixtisaslaşmış qurumların rəyini təqdim edir;
  • Kitab nəşrini təklif edən layihənin büdcəsində çap məhsulunun həcmi və tirajının sayı göstərilir;
  • Film və video çarx çəkilişini təklif edən təşkilat filmin və video çarxın ssenarisini, dəqiq həcmini göstərir, müvafiqrəyilayihəyəəlavə edir;
  • Layihədə təlimlərin keçirilməsi nəzərdə tutulduğu hallarda təlimin mövzuları və təlimçilərin CV-ləri əlavə olunur;
  • Seminar, konfrans, dəyirmi masa və bu tipli digər tədbirlərin proqramı, gündəliyi, iştirakçıların sayı barədə ilkin məlumatlar layihəyə əlavə olunur;
  • Televiziya verilişləri təklif edən QHT-nin müvafiq televiziyadan razılıq məktubu təqdim edən layihələrə üstünlük verilir.

Ərizələrin təqdim olunması üçün texniki tələblər

  • QHT elektron ərizəyə daxil olmaq üçün özünün VÖEN-ni və parolunu (azı 5 simvol) daxil edir;
  • QHT müsabiqəyə yalnız Şuranınwww.e-qht.azelektron xidmətsaytında qeydiyyatdan keçməklə elektron ərizə və layihə təklifi ilə müraciət edir;
  • Şuranınwww.e-qht.azelektron xidmətsaytında olan elektron ərizədə “QHT-lərin qeydiyyatı” və “Layihə haqqında məlumat” bölmələrində olan suallara cavablandırır;
  • Ərizələrin qeydiyyatı üçün nəzərdə tutulan müddət bitdikdən sonra QHT-nin elektron poçtuna ərizənin qeydə alınması ilə bağlı bildiriş və ərizənin qeydiyyat nömrəsi göndərilir;
  • Şəxsən və ya poçtla təqdim olunan ərizələr qəbul olunmur.

Layihələrin qiymətləndirilmə meyarları

Təqdim olunmuş layihə təkliflərini qiymətləndirmək üçün Şura aşağıdakı meyarlardan istifadə edəcək:

  • Müraciət edən təşkilatın irəli sürdüyü problemin Azərbaycan cəmiyyəti üçün aktuallığı, Şuranın elan etdiyi istiqamət və mövzulara uyğunluğu;
  • Təşkilatın layihəni həyata keçirmək üçün kifayət qədər səriştəyə, bacarığa və insan resurslarına malik olması;
  • Layihənin adının onun məqsəd və məzmununa uyğunluğu;
  • Layihə müəllifinin qoyulan problemi aydın təsvir etməsi və əsaslandırması;
  • Layihənin məqsədinin müəyyənliyi, konkretliyi, aydınlığı və problemin təsviri ilə uyğunluğu;
  • Layihənin vəzifələrinin dəqiq müəyyənləşdirilməsi və qoyulan məqsədə çatmağa xidmət etməsi;
  • Layihədə göstərilən problemin və məqsədin benefisiarlar üçün prioritet təşkil etməsi;
  • Layihədə nəzərdə tutulan benefisiarlar qrupunun kifayət qədər aydın təsvir edilməsi, onların problemləri ilə tanışlıq və əvvəlki iş təcrübəsi;
  • Nəzərdə tutulmuş fəaliyyətlərin layihənin məqsəd və vəzifələrinin yerinə yetirilməsinə xidmət etməsi;
  • İcra planında (təqvim planı) tədbirlərin icrası üçün müəyyənləşdirilmiş müddətlərin reallığı;
  • Gözlənilən nəticələrin layihədə təsvir edilmiş problemin həllinə təsiri;
  • Nəzərdə tutulan nəticələri əldə etmək üçün tədbirlər planının real olması və həyata keçirilməsinin mümkünlüyü;
  • Təklif olunan monitorinq mexanizmlərinin layihənin əldə ediləcək nəticələrinin səmərəli qiymətləndirilməsinə imkan yaratması;
  • Layihənin davamlılıq göstəriciləri;
  • Büdcənin real və ehtiyaca uyğun hazırlanması, o cümlədən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğunluğu;
  • Ərizə forması, layihə və ona əlavə olunmuş sənədlərin müsabiqə qaydalarına və tələblərinə uyğunluğu, habelə verilmiş məlumatların və sənədlərin doğruluğu;
  • Layihə hazırlanarkən müvafiq sahə üzrə ekspertlər və potensial tərəfdaş təşkilatlarla məsləhətləşmələrin aparması.

Ərizələrin qeydə alınmasından imtina üçün əsas səbəblər

  • Elektron ərizədə tələb olunan məlumatların və sənədlərin çatışmazlığı;
  • Əvvəlki ildə “QHT-nin illik maliyyə hesabatı”nı Maliyyə Nazirliyinə təqdim etməməsi;
  • Əvvəlki müsabiqədə maliyyələşdirilmiş layihənin icra müddətinin başa çatmaması;
  • Əvvəlki müsabiqədə maliyyə yardımı almış, layihənin icrası başa çatmış QHT-nin Şuraya müvafiq hesabat təqdim etməməsi;
  • Layihələrin hazırlanması üzrə texniki şərtlərə əməl olunmaması;
  • Əvvəlki maliyyə yardımı müsabiqəsi zamanı Şura ilə münaqişəli vəziyyətdə olan QHT-lərlə bağlı araşdırmaların başa çatmaması.

Müsabiqənin proseduraları

Müsabiqə üzrə ərizələrin qəbulu14 dekabr 2015-ci il tarixdənelektron qaydada həyata keçirilir. Ərizələrin qəbulu və qərar qəbul etmə prosesi4 mərhələdəaparılır:

  • 1-ci mərhələ- Layihə təklifinin qəbulu;

Bu mərhələ14 dekabr 2015 – 15 yanvar 2016-cı il tarixədəkmüddəti əhatə edir. Bu mərhələdə elektron ərizə və layihə təklifi qəbul edilir.

  • 2-ci mərhələ- Ərizə və layihə təkliflərinin ilkin seleksiyası;

Bu mərhələ16-30 yanvar 2016-cı il tarixədəkmüddəti əhatə edir. Təqdim olunan ərizə, layihə və ona əlavə olunan sənədlər operator tərəfindən araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.

  • 3-cü mərhələ- Qeydə alınmış layihə təkliflərinin ekspertizası;

Bu dövr01-19 fevral 2016-cı iltarixədək müddəti əhatə edir. Bu mərhələdə qeydə alınmış layihə təklifinin hər biri azı 2 ekspert tərəfindən qiymətləndirilir.

  • 4-cü mərhələ- Şurada müzakirə və qaliblərin elan edilməsi;

Müsabiqə qalibləri 2016-cı il martın 10-dan sonra elan olunacaq. Müsabiqənin qalibləri haqda məlumat Şuranın saytında yerləşdirilir və fərdi qaydada təşkilatlara çatdırılır. Müsabiqədə qalib gəlmiş təşkilatlarla müqavilə imzalanır.

Əlavə məlumatlar

Müsabiqə ilə əlaqədarməlumatlandırma sessiyası 18 dekabr 2015-ci ildə saat 15.00-da Şuranın Ofisində(Fikrət Əmirov 1, 2-ci mərtəbə) keçiriləcək.

Ərizənin elektron forması, həmçinin müsabiqənin şərtləri, seçim meyarları və qiymətləndirmə qaydası iləŞuranınwww.cssn.gov.az,www.qhtxeber.azwww.e-qht.azinternet saytlarındatanış olmaq olar. Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şuranın Katibliyinin baş məsləhətçisi Rauf Məcidbəyliyə müraciət etmək olar.

Tel /faks: (012) 493 17 80, 493 17 32 (daxili 125). E-mail: r.medjidbeyli@cssn.gov.az

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1967 dəfə oxunub




Flag Counter






» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu

» 28/10/2019- Əlilliyi olan şəxslərin hüquqlarına dair Bakıda seminar keçirilib.

» 26/10/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 23/10/2019- “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili”

» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”