XƏBƏRLƏR




- 10/12/2015 “Əlilliyi olan Uşaqların Valideynləri üçün Ailə Təlim Proqramı”
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əlilliyi olan Uşaqların Valideynləri üçün Ailə Təlim Proqramı”adlı layihə həyata keçirilib.
Layihənin ilkin mərhələsində 2013-cü ildə “Validə” Valideynlər Assosiasiyası Azərbaycan Prezidenti yanında Qeyri-hökumət təşkilatlara Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə Bakı şəhəri Qaradağ rayonunun Sahil qəsəbəsi və Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhəri Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrində pilot olaraq Ailə Təlim Proqramının tədbiqinə başlamışdır. Layihənin bu mərhələsi Bakı şəhəri Qaradağ rayonu Ümid, Qobustan, Sahil, Sanqaçal və Lökbatan qəsəbələri, Quba şəhəri, Zərdabi və Nüqədi kəndlərində yaşayan əlilliyi olan uşaqların valideynləri üçün Ailə Təlim Proqramı haqqında bilik və valideynlik bacarıqlarının formalaşması və əldə etdikləri bilikləri öz uşaqlarının təlim- tərbiyyəsində istifadə etməsi prinsipinə əsaslanır. Layihənin məqsədi Azərbaycanda əlilliyi olan uşaqların valideynləri üçün Ailə Təlim Proqramını tədbiq etməklə onların bilik, bacarıq və məsuliyyətlərinin artırılması, onların səriştələrinin inkişaf etdirilməsi və övladlarını müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət kimi yetişdirməkdə köməkliyin edilməsidir.Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əlilliyi olan Uşaqların Valideynləri üçün Ailə Təlim Proqramı”adlı layihə həyata keçirilib.
Layihənin ilkin mərhələsində 2013-cü ildə “Validə” Valideynlər Assosiasiyası Azərbaycan Prezidenti yanında Qeyri-hökumət təşkilatlara Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə Bakı şəhəri Qaradağ rayonunun Sahil qəsəbəsi və Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhəri Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrində pilot olaraq Ailə Təlim Proqramının tədbiqinə başlamışdır. Layihənin bu mərhələsi Bakı şəhəri Qaradağ rayonu Ümid, Qobustan, Sahil, Sanqaçal və Lökbatan qəsəbələri, Quba şəhəri, Zərdabi və Nüqədi kəndlərində yaşayan əlilliyi olan uşaqların valideynləri üçün Ailə Təlim Proqramı haqqında bilik və valideynlik bacarıqlarının formalaşması və əldə etdikləri bilikləri öz uşaqlarının təlim- tərbiyyəsində istifadə etməsi prinsipinə əsaslanır. Layihənin məqsədi Azərbaycanda əlilliyi olan uşaqların valideynləri üçün Ailə Təlim Proqramını tədbiq etməklə onların bilik, bacarıq və məsuliyyətlərinin artırılması, onların səriştələrinin inkişaf etdirilməsi və övladlarını müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət kimi yetişdirməkdə köməkliyin edilməsidir.
Davud Rəhimli
Bu xəbər 2059 dəfə oxunub