XƏBƏRLƏR




- 4/12/2015 3 Dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə Binəqədi rayonu Icra Hakimiyyəti və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının tədbiri
3 Dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə Binəqədi rayonu Icra Hakimiyyəti və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası sağlamlıq imkanları məhdud olan hemofiliyalı uşaqlar üçün tədbir keçirdi.
Tədbirdə uşaqlar öz bilik və bacarıqlarını nümayiş etdirərək, göstərdilər ki, əgər dərman preparatları ilə təminat və qayğı varsa, onlar məktəbə gedir, kamil və sağlam həyat tərzi sürürlər.
Xatırladaq ki, hemofiliya irsi qan xəstəliyidi və qanda laxtalanma faktorunun çatışmazlığına görə daxili orqanlara və oynaqlara qansızmalar baş verir. Buda hemofiliyalı uşaqlarda erkən əlilliyə səbəb ola bilər.
Bununla əlaqədar Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Azərbaycan Respublikası Prezidenti Yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Hemofiliyalı uşaqlara psixo - sosial və fizioterapevtik xidmət üçün Reabilitasiya Mərkəzi təşkil edilmişdir.
Mərkəzdə 83 nəfər uşaq faydalanaraq yataq rejimindən fəal həyata qayıtmışlar r və cəmiyyətin bütün prosseslərində iştirak etmək iqtidarında olacaqlar.
Mərkəzdə hemofiliyalı uşaqlarda əlilliyə erkən müdaxilə edərək, hemofiliya xəstəliyinin fəsadlarının nəticələrini aradan qaldırılması üçün reabilitasiya tədbirlərini həyata keçirmişdir.
6 ay ərzində 115 hemofiliyalı uşaqların hərəkət - dayaq sistemində olan fəsadları qiymətləndirərək ağırlıq dərəcələrini müəyyənləşdirib individual yanaşma ilə hər xəstəyə beynəlxalq kriteriyalara əsaslanaraq psixo - sosial və fizioterapevtik reabilitasiya proqramı tərtib edilmişdir.
Davud Rəhimli
Bu xəbər 2024 dəfə oxunub