23 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27/11/2015 2015-ci ilin 1 yanvardan, 31 oktiyaba kimi respublika ərazisində 1846 yol-nəqliyyat hadisəsi


Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə,  “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layi­hə­si çərçivəsində, 27 noyabr 2015-ci il tarixində, Beynəlxalq Mətbuat Mərkəzində, Azərbaycanda mərkəzi magistral yollarında mövcud olan, avtomobil qəzalarının qarşısının alınması istiqamətində qabaqlayıcı təbliğat-təşviqat işini gücləndirmək məqsədi ilə, adiyyəti olan Dövlət qrumlarının, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Baş Dövlət Yol Polisi İdarəsinin, QHT-nın, KİV-nin nümayəndələrinin və avtomobil yol qəzaları nəticəsində sağlamlığını itirmiş vətəndaşların iştirakı ilə Dəyirmi Massa yığıncağı keçirildi.

      Layihənin rəhbəri və Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti Sərraf Orucov çıxış edərək, Dəyirmi Massa yığıncağ iştirakçılarına ətraflı məlumat verərək, bildirdi ki, bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağırlı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqğın, millətin təhlükə mənbəyinə çevirilən avtomobil qəzalarıdır.  Dünyada avtomabil qəzalarda hər il 1,5 milyonadək insan dünyasını dəyişir. 20-50 milyon nəfər müxtəlif xəsarətlər alır, əlil olur. Qəza qurbanlarının sayı hətta müharibə, təbii fəlakət və digər fövqaladə vəziyyətlərdə ölən insanların sayından geri qalmır. 

     Azərbaycanda isə 23 ildən artıq davam edən, Qarabağ mühaibəsindən  əlavə  yeni bir ölüm növü həyatımıza daxil olaraq, günümüzün ən aktual və bəlalı problemlərindən birinə çevirilibdir.   Müharibə, təbii fəlakətlər müyyən zaman davam edir və bitir, bitməsiylə də kütləvi insan qırğınına da son qoyulur.  Müharibə və təbii fəlakətlər müyyən bir ərazini əhatə edir, avtomobil qırğını isə svilzasiyanın olduğu bütün əraziləri əhatə edir və zamansızdır - nə zaman insanı haqlayacağı məlum deyil.

     Azərbaycanda son vaxtlar elə gün olmur ki, avtomobil qəzaları barədə məlumatlar yayılmasın  və hər 2,4 avtomabil qəzasından biri ölümlə nəticələnir.   Təsüflər olsun ki, hər gün “Avtomobil qəzası nəticəsində coxlu sayda  adam öldü” Bu söz artıq o qədər adiləşib ki, bizim üçün, hər gün duyduğumuz xəbərə çevrilib. Hətta “Bir ailənin bir neçə üzvünün qəzalarda həlak olması” haqda xəbərləri eşidirik. 

     Azərbaycanda hər il təxminən, 2500-dən çox yol nəqliyyat hadisəsi qeydə alınır. Bu qəzalarda hər il, 1000-dən çox insan dünyasını dəyişir, 3000-ə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alır.  Təşkilatımızın, son 20 illər ərzində apardığı araşdırmalara əsasən, I-ci Qarabağ müharibəsində Azərbaycan Ordusu 14 min itgi vermişdirsə, avtomobil yol qəzaları nəticəsində isə ümumilikdə 30 minə yaxın insan tələfatı olduğu müəyyən olmuşdur. Bu fakt göstərir ki, ölkəmiz kimi, nəqliyyatımız da müharibə şəraitindədi.

      Baş Dövlət Yol Polisi İdarəsinin  məlumatına əsasən,  2014-ci ilin 1 yanvardan, 31 oktiyaba  kimi 10 ay müddətində respublika ərazisində 2212  yol-nəqliyyat hadisəsi qeydə alınıb.  Nəticədə 951 nəfər ölüb, 2227  nəfər yaralanaraq xəsarət almışdır. 

     2015-ci ilin 1 yanvardan, 31 oktiyaba  kimi respublika ərazisində 1846  yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 741 nəfər ölüb, 1905  nəfər yaralanaraq xəsarət alıb.  Müşhidələrimizə əsasən ötən ilin müvafiq  dövrü ilə müqayisədə 366  yol-nəqliyyat hadisəsi, 210  ölüm faktı, 322 xəsarət faktı azalıb. Hesabat dövründə 410 piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat

hadisəsi qeydə alınıb. Nəticədə 147 nəfər ölüb, 319 nəfər xəsarət alıb. Hesabat dövründə baş verən qəzalarda ölənlərin 50 , yaralananların isə 99-u azyaşlıdır. Öllən azyaşlı uşaqlardan 17 nəfəri 7 yaşına  qədəd, 43 nəfəri isə 7 yaşından 16 yaşlarnda olmuşdur.

      Təkcə, Bakı şəhəri üzrə isə,  2015-ci ilin  yanvarın 1-dən  noyabrən 14 -nə kimi,  694 yol hadisəsi qeydə alınmışdır. Baş vermiş yol qəzalarında 200 nəfər ölmüş, 746 nəfər isə xəsarət alaraq yaralanmıdır.  2014-ci illə müqaisə etddikdə bu rəqəmlər, DİN Baş Dövlət Yol Polis  İdarəsinin, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin, və son aylar, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, «Beynəlmiləlçi Əlil Döyüşçülər»  Fondunun həyata keçirdiyi, “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layi­hə­sinin əməkdaşlarının apardıqları təbliğat-təşviqat işləri sayəsində yol-nəqliyyat hadisəsi azalaraq 106 hadisə, 78 ölü və 45 nəfərin xəsarət alınması qeydə alınmışdır.  Sərxoş sürücülərin torrəddiyi 48 yol-nəqliyyat hadisəsində 24 nəfər ölmüş, 61 nəfər isə ağır yaralanmışdır.              

     Hər gün avtoqəzalarla bağlı bu qədər ölüm xəbərləri eşitdiyimiz halda sürücülər yenədə qaydaları pozurlar, içkili vəziyyətdə sükan arxasına oturaraq yeni-yeni faciələr törədirlər. Bu gün rayon xəstəxanalarımız avtomobil yol qəzaları nəticəsində yaralanmış insanlarla dolaraq müharibə şəraitindəki, hospitallara bənzəyir.  Axı, 7- 16 yaşlı uşaqların nə günahı var ki, bu uşaqlar heç böyümədən nəqliyyat hadisəsinin qurbanları olurlar. 

    Bu gün bizim hər birimiz və aillə üzvülərimiz avtomobil qəzaların qurbanları ola bilərik və bu təhlükə hələ davam edir.  Bu problem ictimayyəti narahat edən ən aktual problemlərdən biridir.

     Həyata keçirtdiyimiz, “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layi­hə­sini əsas məqsədi, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının, Qeyri Hökümət Təşkilatlarının və KİV nümayəndələrinin birgə iştirakı ilə, Azərbaycanln mərkəzi magistral avtomabil yollarında, yol dairələrdə və əhalinin sıx olduğu avtomabil gözləmə dayanacaqlarında vətəndaşların təhlükəsizliyini müdafiyyə edib, baş verən yol nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimayi dəsdək verməkdir.

      Əziz vətəndaşlar, təsadüfləri nəzərə almasaq, çox şey bizdən – səndən, məndən, hər birimizdən asılıdır… Çalışaq yol qurbanı olmayaq. Siz də, yol qəzada ölən yaxınlarınızı, dostlarınızı xatırlayın və düşünün, bir çox hallarda bu qəzalar baş verməyə bilərdi.  Əzizləriniz bu gün də sizinlə olardı. Həyatın ləzzətini yaşayardı… Hər birimiz – istər sürücü, istər piyada olaq, məsuliyyətimizi dərk etməliyik. Özümüzü də, özgələri də qorumaq qayğısına qalmalıyıq…

      Əziz sürücülər, "UNUTMAYIN Kİ, SİZİN ANİ SƏHLƏNKARLIĞINIZ, ÖZÜNÜZÜN VƏ BAŞQALARININ HƏYATINI ALT-ÜST EDƏ BİLƏR!"

     Tədbirdə iştirak edən, Azərbaycan Respublikasının  Administrasiyasının  ictimai-siyasi məsələlər

şobəsinin baş məsləhətçisi Rasim Mirzəyev çıxış edərək, “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layihəsi haqqında çıxış edərək bildirdi ki, layi­hə­, Azərbaycan cəmiyyəti üçün olduqca ciddi və aktual problemlərdən biri hesab edilir. Həyata keçirilən layihə mövcud problemi tam həl etməsədə, qaldırılmış problemin həllində qabaqlayıcı tədbir kimi dəyərləndirilə bilər. Ümüd edirik ki, Azərbaycanda ilk dəfə həyata keçirilən “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layihəsi sahəsində görüləcək təbliğat-təşviqat işləri avtomabil qəzalarının törətdiyi acı fəsadları aradan qaldrmaq istiqamətində və ölkəmizdə vətəndaşlarımızın təhlükəsizliyinin müdafiyəsinə öz xeyirli tövhəsini verəcəkdir.

     Tədbirdə işdirak edən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Gülnarə Hüseyinova, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin drektor  müavini həkim Bilal Əsədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında yaradılmış Ictimai Şuranın sədri Məis Əliyev, Azərbaycan Respublikası  Əlil Təşkilatlar İttifaqının  prezidenti Davud Rəhimli, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatının baş məslləhətçisi Müqabil Mahmudov, “Gəncliyyə Yardım” Fondunun Vitse Prezidenti Salman Əliyyev, Azərbaycan Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri Məhluqə Rəhimova,  XI-ci əsir Qadinlari ictimai Birliyinin sədri Mahirə Əmirhüseyinova, “Vətən Fədailərinin Hüquqlarının Müdafiyə” İctimai Birliyinin sədri Dadaş Quliyev, “Uşaq hüquqları Alyansının”  sədri Nazir Quliyev, Hərbi Jurnalistlər Birliyinin sərdi Üzeyir Cəfərov, “Polisə Dəsdək” İctimai Birliyinin sərdi Şəmsəddin Əliyev, “Demokratik Seçki Mərkəzinin” sədri Qorxmaz İbrahimli, “Şəmsi Əsədullayev adına Xeyriyyə” Cəmiyyətinin sədri Cəsarət Hüseyinov, “Ədalət və Hüquq Kostantik” MMC-nin hüquqşunasları Məcid Məmmədov, Azər Səfərov və başqa QHT-ınn nümayəndələri çıxış edərək, Azərbaycanda mərkəzi magistral yollarında mövcud olan, avtomobil qəzalarının törətdiyi acı fəsadları aradan qaldrmaq və ölkəmizdə vətəndaşlarımızın təhlükəsizliyinin müdafiəsinin istiqamətində qabaqlayıcı təbliğat-təşviqat işini gücləndirmək məqsədi ilə  məqsədyonümlü təkliflər verərək, layihəni dəsdəklədiylərini bildirdilər.

 

Davud Rəhimli

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1467 dəfə oxunub




Flag Counter






» 23/9/2019- “Heç bir əlilliyi olan şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru”

» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.