16 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
21/11/2015 21 noyabr Dünya Yol qəzaları Qurbanlarının Xatirəsi günüdür.


 

     

21 noyabr Dünya Yol qəzaları Qurbanlarının Xatirəsi günüdür.  Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bu gün bütün dünyada qeyd edilir.                                                         

       Azərbaycanda da 21 noyabr Dünya Yol qəzaları Qurbanlarının Xatirəsi günü ilə əlaqədar olaraq, Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə,  “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layi­hə­si çərçivəsində, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının, "Canlı Svetafor" Piyadalara Kömək Təşəbbüs Qrupunun və KİV-nin nümayəndələrinin birgə iştirakı ilə, Suraxanı rayonunda tədbir keçirildi.  

      Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti Sərraf Orucov 21 noyabr Dünya Yol qəzaları Qurbanlarının Xatirəsi günü haqqında məlumat verərək, bildirdi ki, bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağırlı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqğın, millətin təhlükə mənbəyinə çevirilən avtomabil qəzalarıdır.

     Dünyada avtomabil qəzalarda hər il 1,5 milyonadək insan dünyasını dəyişir. 20-50 milyon nəfər müxtəlif xəsarətlər alır, əlil olur. Qəza qurbanlarının sayı hətta müharibə, təbii fəlakət və digər fövqaladə vəziyyətlərdə ölən insanların sayından geri qalmır. 

     Azərbaycanda isə 25 ildən artıq davam edən Qarabağ mühaibəsindən  əlavə  yeni bir ölüm növü  həyatımıza daxil olaraq günümüzün  ən aktual və bəlalı problemlərindən birinə çevirilibdir.

     Müharibə, təbii fəlakətlər müyyən zaman davam edir və bitir, bitməsiylə də kütləvi insan qırğınına da son qoyulur.  Müharibə və təbii fəlakətlər müyyən bir ərazini əhatə edir, avtomobil qırğını isə svilzasiyanın olduğu bütün əraziləri əhatə edir və zamansızdır - nə zaman insanı haqlayacağı məlum deyil.

      Statistik məlumatlara görə, Azərbaycanda mərkəzi magistral yollarda avtomobil qəza hadisələrinin sayı  həddən artıq çox olur  və hər 2,4 avtomabil qəzasından biri ölümlə nəticələnir.   Hər dəfə də həmin qəzalarda beş, hətta on nəfərədək insan ölür. Ümumiyyətlə son vaxtlar elə gün olmur ki, avtomobil qəzaları barədə məlumatlar yayılmasın.  Təsüflər olsun ki, hər gün “Avtomobil qəzası nəticəsində coxlu sayda  adam öldü” Bu söz artıq o qədər adiləşib ki, bizim üçün, hər gün duyduğumuz xəbərə çevrilib. Hətta “Bir ailənin bir neçə üzvünün qəzalarda həlak olması” haqda xəbərləri eşidirik.    Azərbaycanda hər il təxminən 3500-dən çox yol nəqliyyat hadisəsi qeydə alınır. Bu qəzalarda hər il 1000-dən çox insan dünyasını dəyişir, 2000-ə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alır.  Təşkilatımızın, son illər ərzində apardığı araşdırmalara əsasən, I-ci Qarabağ müharibəsində Azərbaycan Ordusu 14 min itgi vermişdirsə, avtomobil yol qəzaları nəticəsində isə ümumilikdə Azərbaycanda 30 minə yaxın insan tələfatı olduğu müəyyən olmuşdur. Bu fakt göstərir ki, ölkəmiz kimi, nəqliyyatımız da müharibə şəraitindədi.

     Hər gün avtoqəzalarla bağlı bu qədər ölüm xəbərləri eşitdiyimiz halda sürücülər yenədə qaydaları pozurlar, içkili vəziyyətdə sükan arxasına oturaraq yeni-yeni faciələr törədirlər. Bu gün rayon xəstəxanalarımız avtomobil yol qəzaları nəticəsində yaralanmış insanlarla dolaraq müharibə şəraitindəki, hospitallara bənzəyir.  Bu gün bizim hər birimiz və aillə üzvülərimiz avtomobil qəzaların qurbanları ola bilərik və bu təhlükə hələ davam edir.  Bu problem ictimayyəti narahat edən ən aktual problemlərdən biridir.

       Əziz vətəndaşlar, Siz də 21 noyabr günü anın, qəzada ölən yaxınlarınızı, dostlarınızı xatırlayın. Düşünün, bir çox hallarda bu qəzalar baş verməyə bilərdi. Əzizləriniz bu gün də sizinlə olardı. Həyatın ləzzətini yaşayardı… Hər birimiz – istər sürücü, istər piyada olaq, məsuliyyətimizi dərk etməliyik. Özümüzü də, özgələri də qorumaq qayğısına qalmalıyıq… Həyat gözəldir, yaşamaq gözəldir. Təsadüfləri nəzərə almasaq, çox şey bizdən – səndən, məndən, hər birimizdən asılıdır… Həyatın bir yol verildiyini ki, hər kəs bilir… Çalışaq yol qurbanı olmayaq. "UNUTMAYIN Kİ, SİZİN ANİ SƏHLƏNKARLIĞINIZ,  ÖZÜNÜZÜN  VƏ BAŞQALARININ HƏYATINI ALT-ÜST EDƏ BİLƏR!"

    Tədbirdə iştirak edən, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin, Hərəkətin Təhlükəsizliyi Təbliğatı və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi, polis  polkovniki Vaqif  Əsədov çıxış edərək bildirdi ki, Baş Dövlət Yol Polisi İdarəsinin İctimayyətlə əlaqələr şöbəsinin məlumatına əsasən,  2015-ci ilin ilk 6 ayında respublika ərazisində 1045 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 407 nəfər ölüb, 1117 nəfər xəsarət alıb. Ötən ilin müvafiq  dövrü ilə müqayisədə 171 hadisə, 105 ölüm faktı, 117 xəsarət faktı azalıb. Hesabat dövründə 408 piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 143 nəfər ölüb, 313 nəfər xəsarət alıb. Hesabat dövründə baş verən qəzalarda ölənlərin 34-ü, yaralananların isə 99-u azyaşlıdır.

      Bakı şəhəri üzrə isə,  2015-ci ilin  yanvarın 1-dən  noyabrən 14 -nə kimi,  694 yol hadisəsi qeydə alınmışdır. Baş vermiş yol qəzalarında 200 nəfər ölmüş, 746 nəfər isə xəsarət alaraq yaralanmıdır.  2014-ci illə müqaisə etddikdə bu rəqəmlər, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının və son aylar,  Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun həyata keçirdiyi “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layi­hə­sinin əməkdaşlarının apardıqları təbliğat-təşviqat işləri sayəsində  azalaraq 106 hadisə, 78 ölü və 45 nəfərin xəsarət alınması qeydə alınmışdır.

      Vaqif  Əsədov çıxışının sonunda həyata keçirilən, layi­hə­nin mövcud problemi tam həll etməsədə, qaldırılmış problemin həllində qabaqlayıcı tədbir kimi dəyərləndirərək, Azərbaycanda ilk dəfə həyata keçirilən “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layihəsi sayəsində görüləcək təbliğat-təşviqat işləri avtomobil qəzalarının törətdiyi acı fəsadları aradan qaldrmaq istiqamətində və ölkəmizdə vətəndaşlarımızın təhlükəsizliyinin müdafiəsinə öz xeyirli tövhəsini verdiyini bildirdi.

    Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin, Hərəkətin Təhlükəsizliyi Təbliğatı və İctimai Qurumlarla Əlaqə Şöbəsinin inspektoru, polis  mayoru Fəzail Əfəndiyev və "Canlı Svetafor" Piyadalara Kömək Təşəbbüs Qrupunun rəhbəri Xalid Musayev və layihəyyə cəlb olunmuş ekspert mütəxəssisləri, polkovnik leytenant Elşən Məmmədov, Əhməd Sultanəhmədov, Mahir Çıraqov çıxış edərək, avtomobil qəzalarının törətdiyi acı fəsadları aradan qaldrmaq və ölkəmizdə vətəndaşlarımızın təhlükəsizliyinin müdafiəsinin istiqamətində görülmüş və gələcəkdə görüləcək  işlər haqqında məlumat verdilər.

    Tədbirin sonunda, "Canlı Svetafor" Piyadalara Kömək Təşəbbüs Qrupunun balaca könüllülərinin hazırladığı nümunəvi proqramla,  yoldan hərəkət edən sürüçülərə təbliğat işi aparılaraq davam etdi. 

 

Davud Rəhimli

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1501 dəfə oxunub




Flag Counter






» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində

» 30/7/2019- "Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili"