21 Fevral 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
18/11/2015 Sərxoş sürücülərə qarşı mübarizə


 

 

Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə,  “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layi­hə­si, layihədə nəzərdə tutulmuş tədbirlər planına uyğun olraq  silsilə tədbirlərlə davam edir.  

     www.udpo.az - a verilən məlumata görə: Layihə çərçivəsində 16-17-18 noyabr 2015-ci il tarixlərində, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun qərərgahında, avtomabil qəzası zamanı qəzaya düşərək sağlamlıqlarını itirmiş vətəndaşların vətəndaşlara tibbi reabilitasiya və sosiyal problemlərinin həllinə hüquqi köməklik göstərmək  məqsədi ilə  3 gün pulsuz hüquqi xidmət günləri təşkil olundu.

      Layihənin direktoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti Sərraf Orucov həyata keçiriləcək layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının, Qeyri Hökümət Təşkilatlarının və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinin birgə iştirakı ilə, Azərbaycanln mərkəzi magistral avtomabil yollarında, yol dairələrdə və əhalinin sıx olduğu avtomabil gözləmə dayanacaqlarında vətəndaşların təhlükəsizliyini müdafiyyə edib, sərxoş sürücülərə qarşı mübarizə apararaq, baş verən yol nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimayi dəsdək verməkdir.

     Hər gün avtoqəzalarla bağlı bu qədər ölüm xəbərləri eşitdiyimiz halda sürücülər yenədə qaydaları pozurlar, içkili vəziyyətdə sükan arxasına oturaraq yeni-yeni faciələr törədirlər. Bu gün rayon xəstəxanalarımız avtomabil yol qəzaları nəticəsində yaralanmış insanlarla dolaraq müharibə şəraitindəki, qospitallara bənzəyir.  Bu gün bizim hər birimiz və aillə üzvülərimiz avtomabil qəzaların qurbanları ola bilərik və bu təhlikə hələ davam edir.  Nəqliyyat vasitəsinin sərxoş sürücü tərəfindən idarə olunması, yollarda bütün hərəkət iştirakçıları üçün ən böyük təhlükədir. Onlara qarşı yaxınları, ailə üzvləri  də mübarizə aparmalıdır. Bu problem ictimayəti narahat edən ən aktual problemlərdən biridir. Sərxoş sürüçülərin törətdikləri avtomabil yol qəzaları millətin sağlam həyyat tərzi üçün təhlükə törədir.

     Azərbaycanda dövlət proqramı çərçivəsində, əlillərin və sağlamlıq imkanları məhdud olan vətəndaşların sağlamlığını bərpa edildi halda, hər il, avtomabil yol qəzaları nəticəsində 100-lərlə vətəndaşımız  sağlamlığını itirərək əlil olur. Bu insanların avtomabil yol qəzaları nəticəsində sağlamlığını itirdikdən sonra, Tibbi Espertiziya Kamisiyalarında əlillik dərəcəsinin almalarımda problemlər yaranır. Bu insanlar yaranmış problemlərinin həll olunması üçün bilmirlər hara və necə müraciət etsinlər. Bir çox ailələrin isə maddi imkansızlığı ucbatından yol qəzasında sağlamlığını itirmiş ailə üzvünün vaxtında müalicə olunmaları problemə çevirilir.

      Buna görədə, layihə çərçivəsində həmçinin, avtomabil qəzası zamanı qəzaya düşərək sağlamlıqlarını itirmiş vətəndaşların qanuna müvafiq olaraq, Tibbi-sosial ekspert komisiyalarında və Əhalinin sosial müdafiəsi mərkəzləri ilə əməktaşlıq edərək onlara 88 nömrəli tibbi forma sənədini, əlillik qrupunun almalarına və ehtiyacı olanlara müalicə və sosial bərpaetmə məsələlərinə hüquqi, psixoloji dəstəklə köməklik göstərməkdir. Layihənin icrası zamanı artıq 62 nəfər avtomabil qəzası zamanı qəzaya düşərək sağlamlıqlarını itirmiş vətəndaş, tibbi reabilitasiya və sosiyal məsəllərinndə yaranmış problemlərlə əlaqədər layihəyə müraçiət etmişdir. Layihəyə cəlb olunmuş mütəxəsislərimizin və layihəyyə hüquqi məsələlərdə yaxından dəsdək verən, “Hüquq Kostantik” MMC-nin hüquqşunasları Məcid Məmmədovun və Azər Səfərovun köməkliyi ilə, bizə müraciət etmiş vətəndaşlardan 45 nəfərinin müraçiəti, Tibbi-sosial ekspert komisiyalarında və Əhalinin sosial müdafiəsi mərkəzlərində araşdırılaraq, onlara qanuna müvafiq olaraq hüquqi köməklik edilmişdir. Bundan əlavə həyata keçirilən layihənin mayihətini anlamayan 21 nəfər sərxoş vəziyyətdə avtomabili idarə etmiş və avtomabili, Dövlət Yol Polisi müfətişləri tərəfindən əlindən alınaraq cərimə məntəqələrinə apaılmış vətəndaşlar layihəyyə müraciət edərək bizdən onların probleməlirinin həllində köməklik etməyimizi istəmişdir. Layihənin əsas məqsədi, sərxoş vəziyyətdə avtomabili idarə etmiş vətəndaşların problemlərinin həllinə kömək etmək deyil, əksinə avtamabili sərxoş vəziyyətdə idarə edib, başqalarının həyatına təhlükə, özlərinə isə  ələvə problem yaradmasının qarşısını alaraq mübarizə aparmaqdır.

       Sərraf Orucov əlavə məlumat verərək bildirdi ki, layihədə nəzərdə tutulmuş və Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə hazırlamış tədbirlər planına uyğun olaraq,  noyabırın 20 dən 30 noyabr tarixinədək, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birlikdə, Bakı şəhərində və Bakı-Ələt, Bakı-Qazax, Bakı-Quba, Bakı–Astara istiqamətlərindəki, magistral avtomabil yollarında SÜRÜCÜLƏR İNTİZAMLI OLUN! təhlükəsizlik günləri keçirdərək, vətəndaşlarımızın təhlükəsizliyini müdafiyyə edib, baş verən yol nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimayi dəsdək verəcəyik.

     Tədbirdə iştirax edən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin Məsləhətçisi Qalib Yaqubov həyata keçirilən layihə haqqında çıxış edərək bildirdi ki,  bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağırlı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqğın, millətin təhlükə mənbəyinə çevirilən avtomabil qəzalarıdır. “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layi­hə­sində həllinə çalışmaq istədiyimiz problemlər, Azərbaycan cəmiyyəti üçün ciddi və aktual problemlərdən biri hesab edilir. Layihə mövcud problemi tam həl etməsədə, qaldırılmış problemin həllində qabaqlayıcı tədbir kimi dəyərləndirilə bilər. Ümüd edirik ki, Azərbaycanda ilk dəfə həyata keçirilən “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layihəsi sahəsində görüləcək təbliğat-təşviqat işləri avtomabil qəzalarının törətdiyi acı fəsadları aradan qaldrmaq istiqamətində və ölkəmizdə vətəndaşlarımızın təhlükəsizliyinin müdafiyəsinə öz xeyirli tövhəsini verəcəkdir. 

 

Davud Rəhimli

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1706 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 18/2/2020- KOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürüb

» 17/2/2020- Dövlət Sosial Müdafiə Fondunun yeni idarələri yaradıldı

» 13/2/2020- Əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsi genişləndiriləcək.

» 13/2/2020- 32 nəfər əlilliyi olan uşaq ailələrinə qayıdıb

» 11/2/2020- Nazirliyin rəsmi internet səhifəsində onlayn əlaqə xidməti istifadəyə verildi

» 10/2/2020- 2020-ci ildə açılacaq və inşasına başlanacaq mərkəzlər ildə əlavə 12,8 min şəxsə reabilitasiya xidməti göstərməyə imkan verəcək

» 6/2/2020- Pensiyalar 16,6 faiz artırıldı

» 31/1/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib.

» 28/1/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nə qədər şəxsə müavinət və təqaüd ödəyir?

» 27/1/2020- Ötən il 2400-ə yaxın əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

» 24/1/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Salyan, Cəlilabad və Biləsuvarda 4 rayonun sakinləri ilə görüşdü

» 21/1/2020- Göndərişlərin verilməsi və əlilliyin qiymətləndirilməsi qaydalarında hansı yeniliklər edilib?

» 19/1/2020- TARİXMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ

» 18/1/2020- Sosial islahatlar bu il də geniş miqyasda davam edəcək

» 17/1/2020- 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar nazirlikdə tədbir keçirilib

» 16/1/2020- "BMT-AZƏRBAYCAN ÇƏRÇİVƏ SƏNƏDİ"NİN HAZIRLANMASI MÜZAKİRƏ EDİLİR STRATEJİ PRİORİTETLƏŞDİRMƏ SEMİNARI

» 16/1/2020- Əlilliyin təyin olunması meyyarlarında dəyişiklik olundu

» 15/1/2020- Üç təşkilat arasında anlaşma memorandumu bağlanmışdır.

» 15/1/2020- #BizBirik komandası 2020-ci ildə də öz işini davam etdirir.

» 14/1/2020- BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması məsələləri müzakirə olunub