14 Noyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
26/10/2015 Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Açıq qapı günü”


№  05                                                                                                                   « 26 »  oktyabr   2015-ci il.                                                                                                                                                                                

                                                                        

PRESS - RELİZ 05                                                           

Hərbi Dəniz Qüvvələrində “Açıq qapı” günü keçirildi

       Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən, oktyabrın 25-də saat 11.00-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün qoşun növlərində olduğu kimi xüsusi qoşun növü olan, Hərbi Dəniz Qüvvələrinin (HDQ) baş qərargahda və hərbi hissələrində  əsgər valideynləri və ictimayyət nümayəndələri üçün “Açıq qapı günü” keçirildi. 

        Tədbirdə valideynlərlə yanaşı ictimai təşkilatların nümayəndələrindən Azərbaycan Respublikası  “Beynəlmiləlçi Əlil Döyüşçülər”  Fondunun  Prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov, Vətən Müharibəsi Veteranları ictimayi birliyin Səbail rayon şöbəsinin sədri, Qarabağ müharibəsinin vetranı İlham Əliyev, 20 yanvar Cəmiyyətinin sədir müavini Mustafa Əliyev, bir qurup müharibə veteranları, Bədi qiraətçi gənc şairə Ülkər Piriyeva və mətbuat nümayəndələri iştirak etddilər.

      Qonaqları salamlayan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən I dərəcəli kapitan Şahin Məmmədov başda olmaqla,  tədbir iştirakçıları tədbirə başlamazdan əvvəl, baş qərargahının onündə ucaldılmış, Azərbaycan dövlətinin və  Silahlı Qüvvətlərinin memarı Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəsdələri qoydular.

     Azərbaycan dövlət himmi səsləndirdikdən sonra, Azərbaycanın müsdəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın xatirəsi ehtiramla yad edidi.

       Daha sonra valideynləri və ictimaiyyət nümayəndələrini salamlayan Hərbi Dəniz Qüvvələrinin komandanı I dərəcəli kapitan Şahin Məmmədov məlumat verərək bildirdi ki, Azərbaycan Respublikasının Müdafiə naziri cənab general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən, oktyabrın 25-də Müdafiə Nazirliyinin bütün qoşun birləşmələrində, hərbi hissələrdə “açıq qapı” günü keçirilir.  “Açıq qapı” gününün Silahlı Qüvvələrlə ictimaiyyət arasında körpü olacağını deyən Şahin Məmmədov qeyd etdidi ki, yeni baza bu ilin iyun ayının 25-də prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Dövlət başçısının göstərişinə əsasən burada şəxsi heyətin yaşaması və xidmət etməsi üçün hər cür şərait yaradılıb və bu tədbirlər növbəti mərhələdə də davam etdiriləcək.  Şahin Məmmədov qeyd edib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında bütün hərbi hissələrdə, hətta ön cəbhədə yerləşən hərbi hissələrdə şəxsi heyətin xidməti üçün lazımi şərait yaradılmışdır.

      Tədbirdə Qarabağ müharibəsi veteranları İlham Əliyev, Sərraf Orucov və digər ictimaiyyət nümayəndələri, valideyinlər çıxış edərək öz ürək sözlərini bildilər.

      Daha sonra HDQ komandanı Şahin Məmmədovun müşahidəsi ilə valideynlər, ictimayyət və mətbuat nümayəndələri, HDQ-nin şəxsi heyətinin təminatı, istifadəsində yer alan silah və sursatlarla tanış olaraq, HDQ dəniz piyadaların nümunəvi çıxışlarını izlədilər. Sonra ziyarətçilər kazarmalara və gəmilərə baş çəkərək əsgərlərin yaşayış yeri, onlar üçün yaradılan şəraitlə yerində tanış olaraq HDQ-nin gəmilərinə baxış keçiri.  Şahin Məmmədov HDQ-nin gəmiləri və onların təyinatı barədə ətraflı məlumat verərək ziyarəçiləri maraqlandırılaran sualları cavablandırıldı. 

      Ziyarətin sonda valideyinlər övladları və HDQ-nin şəxsi heyyəti ilə bir yerdə gəmilərdə nahar etdilər. “Açıq qapı” günündə iştirak edən valideyinlər  və ictimayyət nümayəndələri  övladlarının xidməti üçün yaradılan şəraitlərdən və əskərlərə verilən gündəlik yeməklərin çeşidi və keyfiyyətindən  razı qaldıqlarını bildirdilər.

        “Açıq qapı” günündə iştirak etmiş, ictimayyət nümayəndələrdə Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər”  Fondunun  Prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov görüş və Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında xoş və qürururlu sözlərlə bildirdi ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  xüsusi qoşun növü olan, Hərbi Dəniz Qüvvəsi Xəzər dənizində Rusiyadan sonra imkanlarına görə, ikinci hərbi donanma sayılır və Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir.   

Yadelli işğalçılar və onların havadarları bilməlidirlər ki, Azərbaycan daha 1988-1993-cü illərin Azərəbaycanı deyil. Onun iqtisadiyyatı, hərbi potensialı və qüdrəti günü-gündən güclənməkdədir. Azərbaycan Respublikasnın Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində, Qısa bir zamanda Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına uyğunlaşaraq Cənubi Qafqaz ölkələri içərisində ən gücllü və qüvvətli ordu olmuşdur. Artıq Azərbaycanın Ordusu 1992-1993-cü illərdəki ordu deyil.  Silahlı Qüvələrimizin maddı–texniki bazasının möhkəmləndirilməsi, əskər və zabit heyətinin mənəvi–psixoloji drumunun yaxşılaşdrılması, döyüş əhval ruhiyəsinin yüksəl­dilməsi sahəsində ciddi işlər görüldü. İndi Azərbaycan Silahlı Qüvələri Avropa standartlarına uyğun formalaşmışdr.

Artıq Azərbaycan Silahlı Qüvələrininin əskər və zabit heyətləri beynəlxalq olkələrin sülh məramlı tədbirlərində yaxından iştirak edərək öz misiyalarını yerinə yetirərək antiteror koalisiyalarında yaxından iştirak edirlər. Son illər ərzində Əfqanıstana və iraqa göndərilən əsgəri qüvvələrimiz Azərbaycan dövlətinin başını uca etmiş, hərbi hazırlığımızın yüksək səviyə­sini göstərmişdir.

       Əgər birinci Qarabağ müharibəsində Azərbaycan Ordusunda azsaylı hərbçi mütəxəsislər döyüşürdülərsə, indi onların sayı 10 minlərlədir. Əgər işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan sülh danışıqları nəticə verməzsə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev hərb variantından istifadə edib müharibə əmrini verərsə, onda biz-keçmiş Əfqanstan müharibəsinin döyüşçüləri Qarabağda işğal olunmuş torpaqlarımızın ermənilərdən təmizləyib azad etmək üçün yenidən döyüşməyə hazırıq! Biz bu ağır yükü və problemi gələcək nəsilə saxlamamalıyıq!  

      Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər”  Fondunun üzvüləri adından Silahlı Qüvvələrərin dami diqqət və qayğını artırdığına görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə,  Azərbaycan Respublikasının Müdafiə naziri cənab general-polkovnik Zakir Həsənova və həmçinin Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrində əsgər valideynləri və ictimayyət nümayəndələri ilə “Açıq qapı” gününü yüksək və təntənəli səviyyədə təşkil etdiyləri üçün  Hərbi Dəniz Qüvvələrinin komandanı I dərəcəli kapitan Şahin Məmmədova, Hərbi Dəniz Qüvvələrinin komandanı şəxsi heyyəti üzrə müavini I dərəcəli kapitan Natiq Bağırova və eləcədə HDQ-inin bütün heyyət üzvülərinə öz təşəkürünü bildirdi.

 

 

                            Azərbaycan Respublikası

               «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun

                                 Mətbuat Xidməti

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1867 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu

» 28/10/2019- Əlilliyi olan şəxslərin hüquqlarına dair Bakıda seminar keçirilib.

» 26/10/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 23/10/2019- “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili”

» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”