04 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
28/9/2015 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 30 nəfər sağlamlıq imkanları məhdud uşağı Türkiyəyə bərpa müalicəsinə göndərib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 30 nəfər sağlamlıq imkanları məhdud uşağı Türkiyəyə bərpa müalicəsinə göndərib (VİDEO)

 

   Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daha 30 nəfər sağlamlıq imkanları məhdud uşaq valideynlərindən birinin müşaiyəti ilə Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə göndərilib. Uşaqların Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınması zamanı onların valideynləri Prezident cənab İlham Əliyevin əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyasına diqqət və qayğısından razılıqla söz açaraq, övladlarının xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkilinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. 
   ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev ölkəmizdə sosial proqramların cari ildə də uğurla davam etdirilməsinin tibbi-sosial reabilitasiya sahəsində də özünü aydın şəkildə göstərdiyini vurğulayıb: “Cari ilin ötən dövründə hazırda göndərilən uşaqlar da daxil olmaqla nazirlik tərəfindən xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərilən əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sayı artıq 215-ə çatıb ki, bu da ötən illə müqayisədə 33 faiz çoxdur. Göndərilən şəxslər Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində 5 ulduz oteldə yerləşdirilir və qabaqcıl metodlar əsasında göstərilən reabilitasiya xidməti ilə təmin olunurlar”. 
   Şöbə müdiri əlavə edib ki, həmin mərkəzdə Dənizli bölgəsinin müalicəvi əhəmiyyəti olan yerli resurslarından və innovativ texnologiyalarından istifadə edilməklə tətbiq olunan reabilitasiya üsulları (hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s.) bir sıra çətin sağalan xəstəliklərin müalicəsində fayda verir. ƏƏSMN-nin bir nəfər həkimi də buradan göndərilən şəxslərə mərkəzdə xidmətlərin göstərilməsinə nəzarət etmək və müvafiq reabilitasiya təcrübəsini öyrənmək üçün Türkiyəyə ezam olunur.
   Ölkəmizdə bərpa-müalicə sisteminin təkmilləşdirilməsi işlərindən də bəhs edən S.Abdullayev bu günlərdə açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzində 16 yaşdan yuxarı əlilliyi olan insanların ən müasir standartlara uyğun diaqnostikası və müalicəsi üçün hər bir şəraitin yaradıldığını, hazırda Uşaq Bərpa Mərkəzində də müasir tələblərə uyğun reabilitasiya sisteminin qurulmaqda olduğunu bildirib: “Reabilitasiya vasitələri və protez-ortopedik məmulatlarla təminat işləri də ilbəil güclənir. Məsələn, cari ilin yanvar-avqust aylarında ƏƏSMN tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar ümumilikdə 24866 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin ediliblər ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 58,2 faiz çoxdur”.

 

 
 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3228 dəfə oxunub




Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü